21 yan 14:22olke

"Keşlə"dən 3-cü qələbə

"Keşlə"dən 3-cü qələbə
Dünən "Zirə" və "Keşlə" ölkədəki hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirdi. Bu komandalar "Neftçi"nin İsmət Qayıbov adına təlim-məşq bazasında üz-üzə gəldi. Qeyd edək ki, buna qədər "Keşlə" iki sınaq görüşündə qüvvəsini sınamışdı. Ötən ilin sonunda Yuri Maksimova həvalə olunan komanda həm "Qaradağ Lökbatan"ı (3:1), həm də "Neftçi"ni (2:1) məğlub etmişdi. "Zirə" isə yalnız əvəzedicləri ilə üz-üzə gəlmiş və həmin oyunda 4 cavabsız qolla qələbə qazanmışdı.
Oyunun start fitindən öncə 20 Yanvar qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Matçı Orxan Məmmədov idarə edirdi. Hər iki komandanın bir neçə azarkeşi oyunu izləyirdi. "Keşlə" tərəfdarları isə klubun kiçik bayrağını da gətirmişdilər. Onlar birdəqiqəlik sükutdan sonra bir neçə dəfə "şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndirdilər.
Qarşılaşma saat 15.00-da başlamalı olsa da, 15 dəqiqə yubandı. İndi isə hər iki komandanın ilk "11-liy"ini diqqətinizə çatdıraq.
Zirə: Kamal Bayramov, Tellur Mütəllimov, Sadiq Quliyev, Yovan Krneta, Adil Nağıyev, Viktor İbokoyi, Milan Duriç, İbrahim Aslanlı, Elşən Abdullayev, Vüsal İsgəndərli, Mirsahib Abbasov.
Keşlə: Kamran Ağayev, Cabir Əmirli, Slavik Alxasov, Adrian Skarlatake, Denis Silva, Erve Tçami, Əlibəy Məmmədli, Nemanya Stoyanoviç, Pablo Padio, Məqsəd İsayev, Pərdis-Fərcad Azad.
Birinci hissədə hər iki komanda fəal olsa da, hesab açılmadı. İlk yarının ən təhlükəli vəziyyətini "Zirə" yaratdı. Belə ki, Duriçin zərbəsindən sonra top tirə tuş gəldi. Ümumilikdə isə "Keşlə"nin rəqiblə başabaş mübarizə apardığını deməliyik. Fasilə zamanı paytaxt təmsilçisinin prezidenti Zaur Axundov ehtiyat oyunçular skamyasına baş çəkdi. İkinci yarıda "Zirə"nin baş məşqçisi Ayxan Abbasov qapıçıdan başqa bütün heyəti dəyişdi. "Qartallar"ın heyətində Müşfiq İlyasov, Kənan Zülfüqarov, Milad Bayramov, Riçard Qadze, Sadio Tounkara, Vüqar Mustafayev, Elgün Nəbiyev, Orxan Əliyev və Aleksandr Şemonayev şans qazandı. Yalnız zədəli Jozef Bumla yenicə məşqlərə başlayan Anar Nəzirov matçın iştirakçısı olmadı. "Keşlə"nin heyətində də ikinci yarıda bir sıra dəyişikliklər reallaşdı. Vaqif Cavadov və Sinan Akkoyunla yanaşı, baxışda olan Əziz Quliyev də meydana çıxdı. 68-ci dəqiqədə Sinan, 83-cü dəqiqədə isə Əlibəy "Zirə"nin qapısına yol tapdı. Hər iki qolun başla vurulduğunu da qeyd edək. 88-ci dəqiqədə Qadze vurulan qollardan birinin əvəzini çıxdı. Beləliklə, "Keşlə" Bakıdakı hər üç yoxlama matçında qələbə qazandı.
Həm "Zirə"nin, həm də "Keşlə"nin sabah ölkəni tərk edərək hazırlığın növbəti mərhələsi üçün Antalyaya yollanacağını da xatırladaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar