19 yan 22:16olke

Samirlərin duelindən Əliyev qalib ayrıldı

Samirlərin duelindən Əliyev qalib ayrıldı
Cavid İmamverdiyev qeyri-etik ifadələrə görə meydandan qovuldu
Türkiyə toplanışını ərəfəsində həm “Sumqayıt”, həm də “Səbail” vətəndə sonuncu yoxlama oyunu keçirdilər. Yeri gəlmişkən onu da qeyd edək ki, elitanın debütantı “Kapital Bank Arena”ya qonaq gəlməmişdən öncə birinci divizionun iki komandası - “Xəzər” və “Sabah”la üz-üzə gəlmişdisə, “kimyaçılar” 4 gün öncə aşağı dəstənin lideri “Qaradağ Lökbatan”la qüvvəsini sınamışdı.
Dünən Sumqayıtda baş tutan qarşılaşmaya hər iki komandanın baş məşqçisinin ciddi yanaşdığını görmək üçün heyətlərə diqqət yetirmək yetərli idi. Samir Abasov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaratmışdı: Fərhad Vəliyev, Azər Salahlı, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Vüqar Bəybalayev, Tural Hüseynov, Kamal Mirzəyev, Cavid Tağıyev, Rəşad Eyyubov, Cavid İmamverdiyev, Amil Yunanov.
“Aslanlar”ın çalışdırıcısı Samir Əliyev isə bu heyətə güvənmişdi: Elxan Əhmədov, Nikolas Apakidze, Rahil Məmmədov, Kərim Diniyev, Tamazi Tsetsxladze, Kamal Qurbanov, Pərviz Qaraxanov, Elman Taqayev, Ayron Stati, Nurlan Novruzov, Raul Yaqubzadə.
Divizion təmsilçisiylə oyunda olduğu kimi bu qarşılaşmada da sumqayıtlı azarkeşlər sevimlilərini tək buraxmamış, tribunalara təxminən 100-ə yaxın tamaşaçı toplaşmışdı. Rəvan Həmzəzadənin fit çaldığı oyuna qonaqlar daha fəal başladı. 3-5-2 taktiki düzülüşü ilə oynayan “Səbail” meydanın mərkəzini ələ keçirərək Abasovun yetirmələrinə hücum qurmaq imkanı vermirdi. Onu da qeyd edək ki, “kimyaçılar” ilk yoxlama matçından fərqli, bu dəfə çox “ağır” görünürdü ki, buna da səbəb komandanın səhər fiziki məşq keçməsi idi. Düzdü, klub rəsmilərindən əldə etdiyimiz bilgiyə görə, “aslanlar”ın da səhər məşqi olub. Buna baxmayaraq, Əliyevin komandası daha təravətli görünürdü. Qarşılaşmada ilk qol qonaqlardan gəldi. 16-cı dəqiqədə Vurğun Hüseynov cərimə meydançasında səhvə yol verərək, demək olar ki, topu rəqibə “hədiyyə” etdi. Kapitanın səhvindən yararlanan Nurlan isə Fərhadı da bir hərəkətlə işsiz qoyub qüvvətli zərbə ilə “mərmi”ni yaxın yuxarı küncə göndərdi. Novruzovun qoluna ən çox sevinənlərdən biri də klubun mətbuat katibi Törə Əhmədova idi. Törə xanın “matçdan öncə mənə söz vermişdi ki, fərqlənəcək. Vədini tutdu” deyib, hücumçunu vədinə əməl etdiyinə görə alqışladı. Qapısında qol görən meydan sahibləri sanki yuxudan ayıldı. Daim sürətli və məzmunlu oyunu ilə seçilən komanda hesabda geri düşdüyünü görüb özünəxas tərzdə oyun sərgiləməyə başladı. “Kimyaçılar”ın tempi artırması, dəqiq ötürmələr meydandakı durumu dəyişdi. Artıq Abasovun komandası hücum edir, qonaqlar isə daha çox müdafiənin qayğısına qalırdılar. Birinci hissənin qalan dəqiqələri “ağ-göylər”in üstünlüyü şəraitində keçsə də, hesab dəyişmədi və komandalar fasiləyə qonaqların üstünlüyü ilə yollandı.
İkinci yarı meydan sahiblərinin hücumları ilə başladı. Amil bir epizodda qola yaxın olsa da, zərbəsi istədiyi kimi alınmadı. 55-ci dəqiqədə isə forvard istəyinə çatıb rəqib qapısının torunu silkələdi. Onu bildirək ki, Yunanovun qolu çox baxımlı alındı. Amil komanda yoldaşının sağ cinahdan qapı önünə asmasını elə “göydə tutaraq” qayçı zərbəsi ilə Elxanı məyus etdi. Abasov oyunda “status-kvo”nun bərpa olunduğunu görüb əvəzetmələrə əl atdı. Əsas heyətin üzvlərini meydandan çıxaran 39 yaşlı mütəxəssis gəncləri “döyüşə” atdı ki, bu da oyunun gedişinə təsir göstərdi. Yeri gəlmişkən onu bildirək ki, buna qədər Həmzəzadə “kimyaçılar”ın aparıcı futbolçusu Cavid İmamverdiyevi meydandan qovmuşdu. Yarımmüdafiəçi qeyri-etik ifadələrə yol verdiyindən hakimin qəzəbinə tuş gəldi. Gənclərin ümidinə qalan “ağ-göylər” üstünlüyü tədricən əldən verdi. Bunun da nəticəsi olaraq sona 10 dəqiqə qalmış ikinci yarıda meydana çıxan Vüqar Nadirov komandasına qələbə qazandıran qola imza atdı – 2:1. Hakimin final fitindən sonra “aslanlar”ın sevincini görməyə dəyərdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar