18 yan 22:20olke

“Neftçi” Antalyaya 18 futbolçuyla uçdu

“Neftçi” Antalyaya 18 futbolçuyla uçdu
“Ağ-qaralar” Qarsiya ilə birillik anlaşdı
Qış hazırlığına yanvarın 5-də başlayan və bu günə kimi yalnız bir yoldaşlıq görüşü keçirən “Neftçi” (yanvarın 14-də “Keşlə”yə məğlub olmuşdular – 1:2) dünən səhər saatlarında vətəni tərk edib. Bakı – İstanbul - Antalya reysi ilə yola düşən heyətdə məşqçi və futbolçuçularla yanaşı, texniki və inzibati heyət yer alıb. Prezident Orxan Hüseynzadə isə kollektivə İstanbulda qoşulub.
“Ağ-qaralar” Türkiyənin ən böyük kurort şəhərinə 18 futbolçuyla yollanıb ki, onların arasında müqavilə ilə hələ də kluba məxsus olan Mateo Mujeklə Daniel Seqoviya yoxdu. Xorvat müdafiəçi klub axtarışını davam etdirdiyi halda, ispan hücumçu hələ də əvəzedici heyətlə məşq edir. Ümumi siyahı belədi: Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kiril Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namiq Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya. Daha dörd futbolçu - Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov Rəşad Sadıqovun rəhbərliyi altında U-21-in düşərgəsində olduqlarından, təlim-məşq toplanışına sonradan qoşulacaqlar. Maraq üçün xatırladaq ki, bakılılar hazırda Bələkdəki “Alva Donna” otelində məskunlaşıb.
Siyahıdakı futbolçular arasında sonuncu ada, yəqin ki, təəccübləndiz. Əslində paraqvaylı müdafiəçi haqda hələ “Neftçi” – “Keşlə” oyununun reportajında bəhs etmişdik. Sadəcə, həmin vaxt Fransisko Qarsiya ilə müqavilə bağlanmadığından, ətraflı bilgi verməmişdik. Ölkənin ən köklü klubu Qarsiya ilə münasibətləri rəsmiləşdirib. Onunla bu ilin sonuna qədər müqavilə bağlanıb.
Apreldə 27 yaşı tamam olacaq cənubi amerikalı orta sahə oyunçusudu. Meydanın mərkəzində oyun qurmaq bacrığı olduğu kimi, cinah yarımmüdafiəçisi funksiyasını da yerinə yetirə bilir. Cinahda oynayanda bir növ İqnasio Erreranı xatırladır. Texnikası hesabına cərimə meydançasına daxil olub hiyləgər zərbə vurmağı xoşlayır. Sürətli olmasa da, texnikası və gövdəsi hesabına nəsə etməyə çalışır. Derlis Meza Kollinin həmyerlisi Avropada ilk dəfə legioner həyatı yaşayacaq. Buna qədər Paraqvayda “Serro Porteno”, “İndependyente”, “Sportivo Lukeno”, “Deportivo Kapyata” və “Nasyonal”ın şərəfini qoruyub. 2015/16 mövsümünü isə Kolumbiya “Atletiko Hulia”sında keçirib. “Serro Porteno”da üç dəfə ayrı-ayrı vaxtlarda çıxış etdiyini də xatırladaq. Bu isə o deməkdi ki, Fransisko 2011-ci ildən bu yana 8 klub dəyişib. Qısası, bir yerdə duruş gətirməyi bacaran oyunçu deyil.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar