18 yan 19:04olke

“Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi

“Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi
“Qəbələ” Antalyadakı ilk təlim-məşq toplanışını başa vurub. Laradakı hazırlıq prosesi yoxlama oyunu ilə bitib. “Qırmızı-qaralar” “Kaya Bələk” otelinin meydanında “Sürix”lə qarşılaşıb. Xatırladaq ki, bu komandalar 2 il əvvəl də Antalyada münasibətləri aydınlaşdırmış və Roman Qriqorçukun komandası rəqibi darmadağın etmişdi (4:0). Ancaq həmin qarşılaşmada rəqib qapısına yol tapan futbolçuların (Aleksey Antonov, Vadim Abdullayev, Samir Zərgərov) heç biri indi komandada deyil. Bundan başqa, “Sürix” o zaman İsveçrə çempionatında son sıralarda gedirdisə, indi ilk “3-lüy”ü qapayır. Elə matçın gedişi də “ağ-göylər”in əvvəlki komanda olmadığını göstərdi.
Bakı vaxtı ilə saat 16.30-da start götürən oyunda “Qəbələ”nin “11-liy”i belə olub: Dmitri Bezotosnı, Qismət Alıyev, Voislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Jozef-Monroz, Filip Ozobiç, Ruslan Qurbanov, Baqali Dabo.
İlk yarıda ərazi üstünlüyü rəqibin tərəfindəydi. “Qəbələ” ani əks-hücumlarla nəsə etməyə çalışırdı. Ancaq hücumda çoxalmaq mümkün olmurdu. 16-cı dəqiqədə Dabonun itibucaq altından endirdiyi zərbəni rəqib qapıçı dəf etdi. 32-ci dəqiqədə Monrozun sağ cinahdan yerlə ötürməsini Baqali “çərçivə”yə göndərə bilmədi. 41-ci dəqiqənin tamamında topu sinəsi ilə saxlayan Cavidin vuruşunda cüzi dəqiqlik çatmadı. İlk yarıda rəqibin əsasən standart vəziyyətlərdən təhlükə yaratdığını söyləməliyik.
Fasilədə hər iki komandanın heyətində dəyişikliklər baş verdi. Qriqorçuk Təmkin Xəlilzadə, Elvin Camalov, Elvin Məmmədov, Famussa Kone, Rasim Ramaldanov, Abbas Ağazadə və Yusif Nəbiyevi meydana buraxdı. İkinci yarıda “Qəbələ” topla daha çox oynasa da, qol rəqibdən gəldi. 54-cü dəqiqədə komandasını xilas edən Bezotosnı 3 dəqiqə sonra korner asması zamanı aciz qaldı. Vernidub rəqib futbolçunun arxadan müdaxiləsi fonunda topu başla öz qapısından keçirdi. Hesab çox keçmədən bərabərləşə bilərdi. Ancaq Ruslanın asması zamanı nəzarətsiz qalan Stiven başla “çərçivə”ni dəqiq nişan ala bilmədi. Son dəqiqələrdə isə Ozobiç əlverişli mövqedən cərimə zərbəsini boşa verdi. Beləliklə, “Sürix” 1:0 hesablı qələbəyə sevindi. Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda “Akhisarspor”la heç-heçə (1:1) etmişdi.
Qriqorçuk görüşü klubun rəsmi saytına belə şərh edib: “Bu oyun bizim üçün çox faydalı alındı. Toplanışın yorğunluğu futbolçularda hiss olunurdu. Rəqib də elə komanda idi ki, yaxşı məşq etməyimizə səbəb oldu. Bu görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabıyla qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.
Roman İosifoviç təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Atırau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq. Matçın keçirilməməsi onlar haqda məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxşı keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.
Bu oyundan sonra üçgünlük istirahətə buraxılan komanda hazırlığı yanvarın 21-dən Antalyada davam etdirəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar