18 yan 18:42olke

Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb

Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb
“Özünü yerə-göyə çırpdı ki, heç kimə heç nə demə”
Nə qədər futboldan danışmaq, yazmaq olar? Sizi demirəm, bəzən özüm “o atdı, bu tutdu, filankəs filan kluba keçdi” yazıb-oxuyanda bezirəm. Fərqlilik hər zaman maraqlı və cəlbedici olur. Ona görə də bundan sonra ayda bir dəfə altında imzam olan müsahibədə fərqli suallara fərqli cavablarla tanış olacaqsız. Buna qədər futbolçuların xanımları ilə müsahibələrim olmuşdu. Daha sonra futbol adamları ilə futboldankənar mövzularda söhbətlərim baş tutmuşdu. Lakin bu rubrikada futbolçuların atalarını sorğu-suala çəkəcəm. İlk müsahibim hər kəsin futbolçu və məşqçi kimi yaxşı tanıdığı, Coşqunla Kərimin atası Şahin Diniyev olmuşdu. Daha sonra uzun illər millinin şərəfini qorumuş, “Qarabağ”ın, “Tvente”nin, “Bakı”nın, “İnter”in, “Volqa”nın, “Qəbələ”nin və AZAL-ın formasını geymiş Vaqif Cavadovun atası, ötənlərin futbolçusu Füzuli Cavadovu danışdırmaq qərarına gəlmişdim.
Noyabr və dekabr aylarının ilsonuna təsadüf etməsinə görə tapşırıqlar həddən artıq çox olurdu deyə, rubrikaya vaxt ayıra bilmirdim. Odu ki, yeni ilin ilk ayında müsahibim yığmanın və “Neftçi”nin futboçusu Ruslan Abışovun atası İbrahim Mustafayevdi. İbrahim əmi ilə söhbətin maraqlı tərəfi budu ki, o həm də jurnalistlərin yaxşı tanıdığı, “İdman Azərbaycan”ın əməkdaşı Sərxan İbrahimoğlunun atasıdı. Bir sözlə, Abışovun atası ilə söhbətdə bir gülləylə iki dovşan vurmuş oldum.
“Ağıllı uşaq olub, harda qoysan, orda oturardı”
- Bildiyimə görə, üç oğul atasısız.
- Elədi. Böyüyü Sərxandı, ortancıl Elxan, ən kiçikləri Ruslan.
- Sonbeşik şirin olur deyirlər, həm də ərköyün. Sizin ailədə də belə olub?
- Çox şirin uşaq olub, istiqanlı, özünü istədən idi. Amma ərköyün olmayıb, sakit idi. Maşallah, uşaqlıqdan bu yana ağıllı olub, dəcəllik etməyib. Harda qoysan, orda oturardı. Onun öz dünyası var idi.
- Dəcəl hansı idi?
- Elxan, Elxan...
- Sərxan necəydi?
- Sərxanın da nadincliyi vardı, amma söz deyəndə başa düşürdü.
- Bildiyimə görə, Ruslana qədər nəslinizdə futbolçu olmayıb.
- Xeyr, olmayıb.
- Bəs peşəkar boksçu, güləşçi?
- Belələri də olmayıb.
- Bəs bu uşaqlarda futbola sevgi hardandı?
- Mənim özümdən (gülür). Futbola izah edə bilməyəcəyim qədər həvəsli olmuşam. O vaxt Ruslan lap balaca idi, 3-4 yaşı olardı, ya yox. Onda Sərxanla Elxanı 8-ci mikrorayonda o vaxt FŞM kimi tanınan stadionda futbola yazdırmışdım. Ruslan əllərini dizlərinin arasına qoyub, oturub həvəslə böyük qardaşlarının oyununa baxırdı. Ruslan 1-ci sinfə gedəndə Sərxan onu da futbola yazdırdı. Mən işdə olanda Sərxan aparıb-gətirirdi.
- Hər üç oğlunuzun uşaq yaşlarında futbolla məşğul olduqlarını dediz. Maraqlıdı, Ruslan nədə onları qabaqladı?
- Sərxanla Elxan müəyyən vaxtdan sonra məşqlərdən uzaqlaşdılar. Futbolun dalınca getmədilər. Öz aramızdı, 90-cı illərdə futbolun səviyyəsi də indiki kimi deyildi axı. Ruslan futboldan əl çəkmədi, sona qədər getdi. Hədsiz marağı var idi.
“Gözünə döndüyüm də qayıtdı ki, Ruslan”
- Yaxşı futbolçu olsa da, xaraktercə utancaqdı, yerini biləndi.
- Düz deyirsiz. Sizə maraqlı hadisə danışım. Ruslanın 17 yaşı olanda ona dedim ki, gəl səni əsas komandaya təklif etdirim. Tanış var idi, onun vasitəsilə nəsə etmək olardı. Özünü yerə-göyə çırpdı ki, heç kimə heç nə demə. Qoy özləri mənim oyunumu görüb, bəyənib, çağırsınlar. Sən heç kimə heç nə demə. Deyirdi ki, tapşırıqla getsəm, hamının yanında gözükölgəli olacam, mənə hörmət etməyəcəklər. Nə başınızı ağrıdım, imkan vermədi. Elə oldu ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olan ildə, sağ olsun Qurban Qurbanov, Ruslanı əsas komandaya dəvət etdi. O vaxt heyətdə ən gənc futbolçu idi.
- Deyilənə görə, bir ailədə ardıcıl oğlan uşaqları doğulanda, valideynlər növbəti övlad kimi qız arzulayır. Sizdə də belə olub? Yəni Sərxanla Elxandan sonra qız gözləyirdiz?
- Mən belə şeylərə önəm verən adam olmamışam. Allahın verdiyi paydı, qız, ya oğlan – fərq etməz. Allahdan, sadəcə, övlad payı istəmişəm, nə verərdi, verərdi. Amma qız uşağı hər evin yaraşığıdı. Anaya köməkdi, dayaqdı. Hər bir valideyn evdə qızın olmasını arzulayır. Yenə də övladlarımdan yerdən göyə qədər razıyam. Allah onları mənə çox görməsin.
- Ruslanı Sərxanla Elxandan fərqləndirən nədi? Sonbeşikdə nə var ki, böyüklərdə yoxdu?
- Ruslan ailəcanlı uşaqdı, evə çox bağlıdı. Dindardı, namaz qılır, Allaha şükürlər olsun, Həcc ziyarətinə gedib-gəldi. Onun öz dünyası var. Hamımız Allahımızı sevirik, amma Ruslan həm də şəriət qanunlarına əməl edir. Qalan cəhətlərdə eynidilər.
- Adını niyə Ruslan qoyduz?
- Mən qoymamışam, Sərxan qoyub (gülür).
- Sərxanın onda 4 yaşı var idi axı.
- 80-ci illərdə Sərxan Sərxan vardı, müğənni. Sənətçi kimi onu çox bəyənirdim. Sərxan 1983-cü ildə anadan olanda adını ona görə belə qoydum. Həm də nadir adlardan idi, yeni-yeni eşidilirdi. Elxanın adını Sərxanın adına uyğunlaşdırıb qoyduq. Ruslan anadan olanda Sərxan, üzr istəyirəm, baldızımgildəydi. Sərxanın əlindən tutub evə qayıdanda, yolda dedim ki, daha bir qardaşın olacaq evdə. Həmin ərəfələrdə ad fikirləşirdim və təsadüfən sualı Sərxana verdim. Ağlıma gəlməzdi ki, nəsə deyər. Elə-belə soruşdum. Gözünə döndüyüm də qayıtdı ki, Ruslan. O vaxt “Ruslan və Lüdmila” filmi yayınlanırdı deyə, o addan xoşu gəlirdi. İlk dəfə o qədər də önəm vermədim. Amma düşünəndə baxdım ki, uşaq düz deyir, elə Ruslan yaxşıdı. Sərxan, Elxan, Ruslan... Evə gəldik, dedim uşağın adı Ruslan olacaq.
“Məni maddiyyatdan əvvəl qürurlandıran amil idmançı atası olmağımdı”
- Belə başa düşdüm ki, Sərxan Ruslanın mənəvi atasıdı. Onu futbola yönəldən, məşqlərə aparıb-gətirən, adını qoyan... Başqa nə qaldı?
- Allah hamıya layiqli övladlar bəxş etsin. Həmişə bunu arzulayıram. Yaxşı övladlar çox olanda, adam gələcəkdən də rahatdı. Sərxan ailəmizin böyük oğludu, həmişə irəli düşüb, nəsə etməyə çalışıb. Həqiqətən də Ruslana mənəvi dayaqdı.
- Ruslanın təkbaşına ailənizin həyat səviyyəsini tam dəyişdiyini demək olar?
- Məni maddiyyatdan əvvəl qürurlandıran amil idmançı atası olmağımdı. Bu mənim ən böyük arzum idi. Hər zaman idmançı atalarına baxıb, nələrisə düşünərdim, göz önünə gətirərdim. Bu gün Ruslan tanınır, sevilirsə, mən bundan başa sala bilməyəcəyim qədər həzz alıram. Bağban öz bağının məhsulunu görəndə, necə fərəhlənir? Mən də elə. Ailəvi harasa gedəndə tanıyırlar, yaxınlaşıb görüşürlər. Bundan gözəl nə ola bilər? Şəxsən mənim üçün bu hissləri yaşamaq maddiyyatdan daha önəməlidi.
- Futbolçu olmasını istəmisiz, anladım. Bəs anası nə deyirdi?
- Vallah, anası da qarşı çıxmayıb. O da öz dəstəyini verirdi. Amma daha çox savad almasını arzulayırdı. Dəfələrlə deyirdi ki, futbolla yanaşı, dərslərini də yaxşı oxu, gələcəyin işini bilmək olmaz. Məktəbi qurtarıb ADBTİA-ya qəbul oldu, ondan sonra da ilişib qaldı futbolda.
- Ruslan futbolçu olmasaydı, hansı sənət ona yaraşardı?
- Məndən olsaydı, hüquq-mühafizə orqanlarında işləməsini istərdim. Yəni futbolçu olmasaydı. Ortancıl oğlum Elxan bir müddət Sərhəd Qoşunlarında işlədi, akademiyada baş leytenant rütbəli bölük komandiriydi. Ancaq sonradan qalmaq istəmədi, öz xahişi ilə işdən azad olundu.
- Ruslan pulun qədrini biləndi?
- Necə deyim? Nə o yanlıqdı, nə bu yanlıq. Pulun qədrini bilir, çünki zəhmətlə qazanır. Amma xəsis deyil, əliaçıqdı. Xeyriyyəçiliyi sevir. Oğlum olduğuna görə demirəm, vallah. Kasıba, kimsəsizə ürəyi yanır, əl tutur.
- Sonbeşikdə bəyənmədiyiniz xüsusiyyət hansılardı? Ən çox nəyə görə qınayırsız onu?
- Xasiyyətində elə bir pis cəhət yoxdu ki, qınayım, ya da yol göstərim. Maşallah, ağıllı, dünyagörüşü olan uşaqdı. 30 yaşı oldu, pisi yaxşıdan ayırmağı bacarır. Yeganə narazı qaldığım məqam bir müddət üzütüklü gəzməsinə görə olub. Üç qardaş saqqal saxlayırdılar. İndiki cavanlarda dəbdi-nədi, saqqal saxlamağa meyil göstərirlər. Bir onda etiraz elədim ki, ay bala, cavan oğlansan, bu nə saç-saqqaldı axı? Ondan sonra üzünü təmizlədi.
- Ana tərəfə çəkib, yoxsa ata tərəfə?
- Bu məsəli uşaqlarıma da demişəm: ot öz kökü üstə bitər. Düzdü, hər iki tərəfi çox istəyir, gedib-gəlir. Amma nədənsə oğlanlarımı biz tərəfə oxşadırlar. Biz də üç qardaş olmuşuq. Deyilənə görə, Sərxan mənə oxşayıb, Elxan ortancıl qardaşıma, Ruslan ən kiçiyə. Ruslanı kiçik qardaşıma oxşadırdılar deyə, uşaqlıqda “Nadir, Nadir” çağırırdılar.
“Biz bəyənirdik, özünə də göstərdik, bəyənib “hə” dedi”
- Həyatın altını-üstünü görmüş adamsız. Maşallah, üç oğul böyütmək zarafat deyil. Elə olubmu ki, kasıb vaxtlarınızda sizdən yan gəzən, görməzlikdən gələn, qapınızı döyməyən adamlar Ruslanın əli çörəyə çatandan sonra əlinizi öpüb alnına qoymaq istəyib, “qardaş” deməkdən bezməyib?
- Jurnalist işləyirsiz, siz belə şeyləri məndən də çox bilirsiz. Hər halda, futbolun içindəsiz. Əlbəttə, olub, var, olacaq da. Həyatın yazılmamış qanunlarındandı. Kasıba barmaqarası baxırlar. Amma imkanı bir az yaxşılaşan kimi həmin adamlar yolunu dəyişib ki, təki onunla üz-üzə gəlsin, salam versin. Belələrinin niyyəti dərhal hiss olunduğuna görə önəm verməmişəm. Salam verib keçmişəm.
- Yol polisi saxlayanda, yaxud hansısa dövlət orqanına işiniz düşəndə Ruslan Abışov ad-soyadı köməyinizə çatır?
- Ruslanın maşını dəfələrlə məndə olub, amma indiyə qədər heç vaxt polis saxlamayıb. Qayda-qanuna riayət edən adamam. Hətta belə hal baş versə belə, Ruslanın adını çəkmərəm. Ruslanın atasının özünə, maşallah, nə olub ki? (gülür)
- Təxminən bir il əvvəl Ruslan ailə qurdu. Maraqlıdı, xanımını özü seçdi, yoxsa ata-ana məsləhətiylə?
- Səmimi deyirəm, bizim məsləhətimizlə. Tanıdığımız ailənin – qohumun uşaqlığından gözümüzün qabağında böyümüş qızını aldıq. Qaynımın qaynı qızıdı, körpü məsələsi. Allaha çox şükür, yaxşı qızdı, dindardı, yaxşı ailənin qızıdı. Biz bəyənirdik, özünə də göstərdik, bəyənib “hə” dedi.
- Nəvələriniz arasında İbrahim adını davam etdirən var?
- Hələ ki yoxdu.
- Deyəsən, o adı Ruslan məşğul edib.
- (gülür) O haqda mən heç nə deyə bilmərəm. Ailə Ruslanındı, seçim özlərinindi. Özləri hansı adı istəyirlər, onu da qoyarlar. İndiki gənc ailələr müasirliyə önəm verirlər. Bəlkə xəyallarında olan başqa ad var, nə bilim.
- İbrahim pis ad deyil ki...
- Mənə görə yaxşı addı, Peyğəmbərin adı olub. 21 yaşında cavan əmim rəhmətə getmişdi. Onun adını mənə qoymuşdular.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar