17 yan 18:52olke

Topaz premyer-liqası 17 pillə gerilədi

Topaz premyer-liqası 17 pillə gerilədi
Hər dəfə ölkə çempionatında 8 komandanın iştirakını arzuolunmaz mənzərə kimi qabardanda, futbol başbilənlərinin cavabları özünü çox gözlətmirdi. Onlar ölkə birinciliyinin səviyyəsinin aşağı düşmədiyini, reytinqdə gündən-günə irəlilədiyimizi deyirdilər. Ancaq durum dəyişib. Belə ki, dünyanın ən güclü liqalarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) hər il olduğu kimi, yenə çempionatların reytinqini müəyyənləşdirib. Siyahıda planetin 89 ən güclü liqası yer alıb ki, 2017-ci ilin yekunlarına əsasən tərtib olunan cədvələ premyer-liqamız da daxil edilib.
PFL-in təşkilatçılığı ilə keçirilən birincilik dünyanın 50-ci çempionatıdı. Bu yeri Şimali İrlandiya ilə bölüşən elitamızın 358 xalı var. Maraqlıdı ki, bir il öncə dünyada 33-cü olan ölkə çempionatı 17 pillə geriləyib. Uruqvay, Norveç, Belarus, İran, Albaniya, Mərakeş, Qazaxıstan, CAR, Sloveniya, Makedoniya, Serbiya, Çin, İsveç, Bolqarıstan, Sudan, Boliviya və Yaponiya birincilikləri də premyer-liqanı arxada qoyub. Qeyd edək ki, siyahıda ilk 3 yeri İspaniya, İngiltərə və Braziliya çempionatları tutur. Ölkəmiz kimi Türkiyə superliqası da geriləyib, ancaq cəmi 4 pillə. Qardaş ölkənin çempionatı 14-cü yerə enib.
Premyer-liqa üçün dünyada 50-ci yer son 5 ilin antirekordudu. Çempionatımız reytinq cədvəlində sonuncu dəfə 2013-cü ilin yanvarında belə aşağı mövqedə qərarlaşmışdı. Həmin vaxt 2012-nin yekunları Azərbaycanı dünyada 84-cüetmişdi. Növbəti il 43-cü sıraya yüksələn çempionatımız sonrakı illərdə “40-lıq”dan kənara çıxmayıb. Düzdü, bəziləri bu siyahının həqiqəti əks etdirmədiyini düşünür. Bəlkə də dərinə gedib müqayisə aparsaq, mübahisəyə səbəb olacaq nələrsə üzə çıxarmaq olar. Ancaq bir halda ki futbol rəhbərliyi reytinqdə irəliləyiş olanda onu xüsusi olay kimi ictimaiyyətə təqdim edir, geriləmədən də xəbər tutmalıdılar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Bu gün, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Bu gün, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Bu gün, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Bu gün, 18:18 Malta ayağımızın altını qazdı Bu gün, 18:15 Haşımov Bebeki bəyənib Bu gün, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Bu gün, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Bu gün, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Bu gün, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Bu gün, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 18:04 Həftənin idman proqramı Bu gün, 18:03 Xal itirməyən iki komanda qaldı Bu gün, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Bu gün, 18:00 Yaxşı ki “Səbail” var… Bu gün, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Bu gün, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Bu gün, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Bu gün, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Bu gün, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar