17 yan 18:46olke

Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu

Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu
“Qəbələ”nin əvəzediciləri “Ağsu”ya uduzdu
“Qəbələ” Antalya toplanışını davam etdirir. Yanvarın 5-dən Lara qəsəbəsindəki “Trendi” otelində məskunlaşan “qırmızı-qaralar” əksər hazırlıq gününü iki məşqlə yekunlaşdırır. Futbolçular səhər fitnesdə tərləyir, axşam meydanda toplu çalışmalarda iştirak edir. Bölgə təmsilçisi sabah ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun komandası İsveçrə “Sürix”i ilə münasibətləri aydınlaşdıracaq.
“Üçgünlük istirahət xeyrimizə olacaq”
“Qəbələ”nin sağ cinah müdafiəçisi Ürfan Abbasov 10 günlük hazırlıq prosesini gabalafc.az saytına açıqlamasında dəyərləndirib: “Toplanışın ilk günündən yaxşı hazırlıq keçirik. Mövsümün ikinci yarısına güclü məşq qrafiki ilə hazırlaşırıq. Gündə iki dəfə olmaqla çalışırıq. Həm fiziki hazırlıq keçir, həm də topla məşqlər edirik”.
Müdafiəçi komandadakı ab-hava barədə də danışıb: “On gündü məşqlərdə özümü əla hiss edirəm. Komandada ab-hava çox yüksəkdi. Toplanışın çox maraqlı keçməsi əhval-ruhiyyənin gündən-gündə daha da yüksəlməsinə təsir edir. Düşünürəm ki, hazırlığın birinci mərhələsini başa vurduqdan sonrakı üçgünlük istirahət də xeyrimizə olacaq. Vətənə baş çəkib, qayıtdıqdan sonra hazırlığa daha böyük səylə davam edəcəyik”.
Abbasov yanvarın 14-də keçirilən ilk yoxlama oyunu haqda da fikirlərini bölüşüb. O, “Akhisarspor”la qollu “sülh”lə bitən (1:1) qarşılaşmadan razı qaldığını qeyd edib: “Düzdü, toplanışa yeni başlamışdıq. İstirahətdən sonrakı hazırlığın 6-cı günündə meydana çıxdıq. Rəqib Türkiyə superliqasında çıxış edən komanda olsa da, ilk matçda yaxşı oynadıq. Qarşıda hələ 5 yoxlama görüşümüz var. Həmin qarşılaşmalara daha yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, bu görüşlərdə də yaxşı oynayıb, mövsümün ikinci yarısına tam hazır olacağıq”.
Ozobiç “Qəbələ”dəki ən önəmli qollarından danışdı
Komandanın “döyünən ürəyi” Filip Ozobiç isə “Qəbələ” TV-nin qonağı olub. Xorvatiyalı yarımmüdafiəçi qırmızı-qara formada vurduğu ən önəmli üç qoldan danışıb: “Lill” ilə cavab oyununda Bezotosnı topu Verniduba verdi. Vitali uzun ötürmə vermək istəsə də, ötürməsi bir qədər qısa alındı. Topa birinci Uiks çatdı. Yaxşı mövqe seçdim və zərbə də yaxşı alındı. Top ayağımdan çıxan kimi tora daxil olacağını anladım. Çox şad idim. Azarkeşlər də çox sevindi. Bu, “Qəbələ”nin heyətindəki ən önəmli qoldu. Bu qola görə valideynlərim, bacım və sevgilimin də sevincinin həddi-hüdudu yox idi. Dostlarım da təbrik mesajları yazmışdı. Bu həm mənim, həm də “Qəbələ” üçün böyük uğur idi. Biz Fransa elitasında çıxış edən komandaya qalib gəlmişdik. Oyunumuz çox yaxşı alındı və layiqli şəkildə Avroliqada mərhələ adladıq. İkinci önəmli qolu Suraxanıda “Qarabağ”a vurmuşam. Top Asifdə olanda uzun ötürmə verəcəyini anladım. Müdafiəçinin arxasından yaxşı çıxdım. O, məni yalnız qayda pozuntusu hesabına saxlaya bilərdi. Qapıçı da həmçinin. Sadəcə, topu daşıdım və onu qapıdan keçirdim. Çox təəssüf ki, bu qarşılaşmada uduzduq. Qola görə sevinsəm də, məğlubiyyətə görə üzüldüm. Üçüncü ən vacib qolumu Qəbələdə “Zirə”yə vurmuşam. Ağır oyun idi. Ruslan Qurbanov ötürmə verdi və sol ayağımla fərqləndim. Solla zərbələr məndə yaxşı alınır. Həmin qarşılaşmada bu qol yeganə oldu. Ümid edirəm ki, bundan sonra “Qəbələ”də çoxlu belə qol vuracam”.
Əvəzedicilər “Ağsu”ya uduzdu
Bu arada “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yanvarın 14-də doğma meydanda qış hazırlıq dönəmində ilk yoxlama oyununu keçirib. Birinci divizion təmsilçisi “Ağsu” ilə qarşılaşan Emin İmaməliyevin komandası 1:2 hesabıyla uduzub. Qəbələlilərin yeganə qoluna Osman Soltanov imza atıb.
Yeri gəlmişkən, əvəzedicilərin yoxlama oyunlarındakı növbəti rəqibləri də dəqiqləşib. Yanvarın 18-də Bakıya yollanacaq “qırmızı-qaralar” paytaxtda keçirəcəyi dörd günlük hazırlıq çərçivəsində 2 matça çıxacaq. “Qəbələ” ayın 19-da “Şüvəlan”la, 3 gün sonra isə “Keşlə”nin əvəzedici komandası ilə münasibətləri aydınlaşdıracaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar