17 yan 18:43olke

Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub

Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub
“Komanda monoton oyun sərgiləyəndə...”
Matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasova yaxınlaşıb, həm oyun, həm də hazırlıq ilə bağlı fikirlərini öyrəndik.
- Rəhbərlik etdiyiniz komanda təlim-məşq toplanışı dönəmində ilk yoxlama oyununu keçdirdi. Meydanda gördüklərinizdən razı qaldız?
- Açığı, oyundan qeyri-adi nəsə heç nə gözləmirdim. Bu matç heç əvvəlcədən hazırlıq planımıza daxil deyildi. Sadəcə, düşündüm ki, futbolçuların fikrini məşqlərdən yayındırmaq üçün belə qarşılaşma lazımdı. Artıq neçə vaxtdı futbolçular ancaq məşq edirlər ki, bu da bəzən bezdirici olur. Bu gün həm də komandanı fiziki yüklənmə fonunda necə təsir bağışladığını görmək fürsətim oldu. Onu da bildirim ki, komanda səhər də məşq edib.Özünüz də gördüz ki, hər iki hissəni fərqli heyətlə oynadıq. İlk yarıda, demək olar ki, əsas heyətin üzvləri meydanda idi. Fasilədən sonra isə gənclərə özünü göstərmək imkanı yaratdıq. Qısaca desəm, belə ağır yüklənmədən sonra futbolçular heç də pis təsir bağışlamadılar. Ancaq görüləsi hələ çox işimiz var.
- Çempionat oyunlarından fərqli, yenə arxa xətdə 4 müdafiəçinin xidmətindən yararlandız. Mövsümün əvvəlində bu taktikadan istifadə etsəz də, effekt vermədi. Yenidən “5-li” müdafiəyə qayıtdız. Sizə uğur gətirməyən taktikanı sınamaqda məqsədiniz nədi?
- Bütün variantları sınaqdan keçiririk ki, çempionatda lazım gələndə dəyişiklik edə bilək. Ola bilsin, qış fasiləsindən sonra oyunlara da fərqli taktiki düzülüşlə çıxdıq. Komanda monoton oyun sərgiləyəndə, daim eyni taktiki düzülüşdən istifadə edəndə rəqib səni asanlıqla zərərsizləşdirə bilir. Xatırlayırsızsa, ötən il mövsümün ikinci yarısına da 4 müdafiəçi ilə başlamışdıq. Sonradan müəyyən dəyişikliklər etdik. Məncə, istənilən baş məşqçinin fərqli sistemləri olmalıdı.
- Dörd futbolçunuz – Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov və komandaya yeni qoşulan Ülvi İsgəndərli komandadan ayrı düşərək, U-21-in toplanışına qatılıb. Onların yoxluğu sizə problem yaratmır ki?
- Heç bir problem yoxdu. U-21-in baş məşqçisi hamımızın yaxşı tanıdığı Rəşad Sadıqovdu. Onun nəyə qadir olduğunu, komandaya, futbolçuya münasibətini yaxşı bilirəm. Belə deyək, oyunçularıma görə narahatlıq keçirmirəm. Dünən gecə Rəşadla danışıb, 4 futbolçumuzun durumu ilə maraqlanmışam, onların necə təsir bağışladığını öyrənmişəm. O da bizimkilərdən ağızdolusu danışıb, məşqlərdə var gücləri ilə çalışdıqlarını bildirdi ki, bu da məni sevindirdi. Bəlkə də əvvəlki illər olsaydı, narahat olardım. İndi Sadıqova görə arxayınam. Bundan başqa, “Sumqayıt” Türkiyəyə yollanandan cəmi 4 gün sonra həmin uşaqlar bizə qoşulacaqlar. Təxminən 12-13 gün bizimlə məşq edəcəklər ki, məncə, bu da kifayət edəcək. Ən azı üç yoldaşlıq görüşündə komanda ilə birgə olacaqlar.
- İkinci hissədə meydana çıxanlar arasında iki yeni gənc futbolçu gördük. Onların oyunundan razı qaldız?
- Camal Camalovu çoxdan tanıyıram. Bir ara bizdə idi, sonradan “Zirə”yə yollandı. Fasilədə yenidən kluba qaytardıq. Hər iki futbolçu əvəzedici heyətə cəlb olunub. Buna baxmayaraq, əsas komandanın məşqlərində də iştirak edirlər. Ümumiyyətlə, əvəzedici heyətdə top qovan bütün gəncləri diqqət mərkəzində saxlayırıq.
- Türkiyədə keçirəcəyiniz yoxlama görüşlərindəki rəqiblər artıq məlumdu. Seçimi özünüz etmisiz, yoxsa menecerlər onları təklif edib, siz də razılaşmısız?
- Rəqib seçərkən mənimlə razılaşdırılıb. Bir yoxlama görüşü üçün komanda seçimində çətinliklə üzləşmişdik. Həmin gün oyun keçirmək üçün bizə üç komanda təklif olunmuşdu. Onlar arasında Polşa, Rumıniya və adını unutduğum ölkənin təmsilçisi var idi. Rumınlarla görüşdən imtina etdim. Onlarla bizimki nəsə tutmur. Hər dəfə meydanda nəsə problem yaşanır. Adını unutduğum klub zəif idi. Belədə “Poqon”a üstünlük verdim. Ümumiyyətlə, yoldaşlıq görüşləri üçün bizə 12 klub təklif olunmuşdu. Seçim edib dördünə razılıq verdim.
- Ölkə kubokunun yarımfinalında qarşılaşacağınız “Keşlə”də qış fasiləsində əsaslı dəyişikliklər olub. Komandaya yeni baş məşqçi ilə yanaşı, bir sıra yerli və legioner futbolçular dəvət olunub. Yuri Maksimovun komandası artıq iki yoxlama matçı keçirib. Onların oyunlarını izləmisiz?
- Özüm canlı izləməsəm də, ətraflı məlumatım var. İzləməməyimin də səbəbi var. Məsələn, dünənə kimi deyirdilər ki, “Neftçi” ilə qarşılaşma “Bakcell Arena”da baş tutacaq. Mən də ora getməyə hazırlaşırdım. Ancaq son anda məlum oldu ki, matç başqa məkanda keçiriləcək. Bakıxanovdakı stadionda da oyuna baxmaq üçün o qədər də əlverişli şərait yoxdu. Yəqin ki, növbəti yoxlama oyunlarını stadionda canlı izləyəcəm.
- Premyer-liqa təmsilçiləri ilə yanaşı, Türkiyədə yığmanın da təlim-məşq toplanışı olacaq. Baş məşqçi kimi necə düşünürsüz, bu gün “Sumqayıt”da milliyə namizəd var?
- Ad çəkməyəcəm, ancaq düşünürəm ki, ən azı iki futbolçumuz yığmaya dəvət oluna bilər. Heç şübhəsiz, bu mənim subyektiv fikrimdi. Əlbəttə, son qərar Qurban Qurbanova məxsusdu. Onun fikirlərinə isə hörmətlə yanaşırıq. Komanda olaraq biz də fevralın 2-də yığmanın oyununa baxmağı planlaşdırmışıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar