16 yan 15:46olke

“Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı

“Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı
Bədavi Hüseynov yerli futbolçular arasında liderdi
“Anortosis”də legioner həyatı yaşayan Araz Abdullayev son vaxtlar baxımlı oyunu ilə həm bu klubun azarkeşlərini, həm də bizləri sevindirir. Elə buna görə də yunanlar mövsümün sonunda Arazı daimi əsasla heyətə cəlb etmək istəyir. Bunun üçün isə onlar yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Qəbələ”yə 150 min avro ödəməlidi. Bu məbləğ iki klub arasında imzalanan müqavilədə əksini tapıb ki, çoxları Abdullayevin transfer qiymətinin daha yüksək olduğunu düşünür. Bütün dünyada tanınan, futbolçuların keçid qiymətləri qeyd olunan transfermarkt.com saytında da futbolçumuzun qiyməti 500 min avro göstərilib. Düzdü, bu saytda göstərilən məbləğlər bir qədər şişirdilmiş olur. Buna baxmayaraq, hansısa klub və ya agent futbolçu ilə maraqlananda ilk növbədə “transfermarkt”a göz yetirir. Bu amili nəzərə alıb biz də premyer-liqa klublarını bir-bir gözdən keçirib, heyətdə yer alan futbolçuların qiymətləri ilə maraqlandıq.
“Qarabağ”
Cari avrokubok mövsümündə ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda çıxış edən “köhlən atalar”ın oyunçularına qış fasiləsində yetərincə maraq var. Artıq Dino Ndlovu Çinə yollanıb. Tarik Elyunussinin də yolüstə olduğu söylənilir. Vild-Donald Gerye də Türkiyə klublarının maraq dairəsindədi. Ancaq çox maraqlıdı ki, “transfermarkt”ın qiymətləndirilməsində Ağdam təmsilçisinin ehtiyat qapıçısı, əksər hallarda əsas heyətdən kənarda qalan Anton Kanibolotskinin dəyəri 1 milyon avro göstərilib. Ağdamlıların əsas qokliperi, Bosniya və Hersoqovina yığmasına da cəlb olunan İbrahim Şehiçi isə rənglərinə bağlamaq istəyən klub 800 min avrosundan keçməlidi. Ümumiyyətlə, son çempionun heyətində ən bahalı oyunçu Pedro Enrikedi. “Qarabağ”ın PAOK-dan icarəyə götürdüyü yarımmüdafiəçinin qiyməti 3 milyon avrodu. İkinci pilləni “milliləşdirilmiş” legioner Riçard Almeyda ilə Tarik Elyunussi bölüşür. Hərəsinə görə 1 milyon 500 min avro ödəyən klub yarımmüdafiəçiləri ağdamlılardan qopara bilər. Məşhur portalın qiymətləndirməsinə görə Dani Kintana 1 milyon, Miçel 900, Vild-Donald Gerye 800, Yakub Jezniçakla Bədavi Hüseynov 700, Maksim Medvedev, Qara Qarayev və Ramil Şeydayev 500 min avro dəyərindədi. Digər futbolçuların transfer qiyməti isə belədi: Coşqun Diniyev 400, Əfran İsmayılov 350, Arif Daşdəmirov və Ansi Aqolli 300, Rahid Əmirquliyev və Ağabala Ramazanov 250, Elvin Yunuszadə, Abbas Hüseynov və Rəşad Sadıqov 200, Mahir Mədətov, Elgün Uluxanov 150, Şahruddin Məhəmmədəliyev 100 min avro. Bütün bu göstəriciləri nəzərə aldıqda, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın ümumi dəyərinin 16,05 milyon avro təşkil etdiyini deyə bilərik.
“Qəbələ”
Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ”nin heyətində yer alan oyunçular arasında qiyməti milyona çatanlar olmasa da, onların da dəyərləri heç də az deyil. Portalın əməkdaşlarının fikrincə, “qırmızı-qaralar”ın ən bahalı oyunçusu Vitali Vernidubdu. Mərkəz müdafiəçisinin qiyməti 900 min avrodu. Filip Ozobiç isə dəyərinə görə ikincidi. Xorvat yarımmüdafiəçi 800 min avroya qiymətləndirilib. Sonrakı üç yeri üç futbolçu bölüşür: Stiven Jozef-Monroz, Dion Malone və Voislav Stankoviç üçün “radarlar”a müraciət edən klub 700 min avrosundan keçməlidi. Şimallıların yerli oyunçularından ən bahalısı Cavid Hüseynovdu ki, onun dəyəri 400 min avro göstərilib. Roman Qriqorçukun rəhbərliyi altında top qovan digər futbolçuların qiymələri isə belədi: Dmitri Bezotrosnı 650, Famussa Kone 500, Baqali Dabo 450, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Elvin Məmmədov və Ruslan Qurbanov 300, Rasim Ramaldanov 250, Asif Məmmədov və İlqar Qurbanov 200, Elvin Camalov 100, Qismət Alıyev 75 min avro. Beləliklə, “Qəbələ”nin heyətinin ümumi dəyəri 7,7 milyon avroya bərabərdi.
“Zirə”
Son üç mövsümdə medallara iddialı olan “qartallar”ın heyətinə baxdıqda elə də bahalı oyunçulara rast gəlmədik. Qəsəbə təmsilçisinin ən dəyərli üzvi Jozef Bumdu. “Trasfermarkt”da onun qiyməti 600 min avro göstərilib. Komandanın “vuran ayağı” sayılan Riçard Qadzenin dəyəri isə, çox təəccüblü olsa da, cəmi 150 min avroya bərabərdi. Yerlilərdən Vüqar Mustafayev hamıya yuxarıdan aşağı baxır. Vüqarla maraqlananlar 200 min avrosundan keçməlidi. Ayxan Abbasovun komandasının “düşünən beyni” Milan Duriçin dəyəri isə 350 min avro göstərilib. “Qartallar”ın digər futbolçularının qiyməti belədi: Yovan Krneta 250, Viktor İbokoyi və Orxan Əliyev 200, Sadiq Quliyev, Anar Nəzirov və Sadio Tounkara 150, Yusif Nəbiyev 125, Elşən Abdullayev və Tellur Mütəllimov 100, Aleksandr Şemonayev 75, Mirsahib Abbasov və Vüsal isgəndərli 50, Kamal Bayramov 25, Adil Nağıyev, Elgün Nəbiyev 25 min avro. “Transfermarkt”ın qitmətləndirməsinə görə qəsəbə təmsilçisinin heyətinin dəyəri 3 milyon avrodu.
“Sumqayıt”
Premyer-liqanın yeganə legionersiz komandası da trasnsfer qiyməti yüksək olan futbolçularla öyünə bilməz. Portalda “kimyaçılar”ın ən qiymətli futbolçuları kimi Cavid İmamverdiyevlə Rəşad Eyyubov göstərilib ki, onların qiyməti 250 min avrodu. Çox qəribə olsa da, ən aşağı dəyərləndirilən Bəxtiyar Həsənalızadəylə Kamal Mirzəyevdi. Portalın əməkdaşlarının fikrincə, əsas heyətinin daimi üzvü olan Bəxtiyarı 75 min avro qarşılığında sumqayıtlılardan almaq olar. Heyətin qalan üzvlərini isə bu məbləğə transfer etmək mümkündü: Tural Axundov və Cavid Tağıyev 200, Rail Məlikov, Elnur Abdullayev, Azər Salahlı və Nicat Qurbanov 150, Vurğun Hüseynov və Vüqar Bəybalayev 125, Amil Yunanov 100, Kamal Mirəzyev 75, Fərhad Vəliyev 50 min avro. Beləliklə, “kimyaçılar”ın şərəfini qoruyan futbolçuların ümumi dəyəri 2,2 milyon avroya bərabərdi.
“Neftçi”
Ölkənin ən köklü klubunun şərəfini qoruyan futbolçular arasında Kiril Petrov ən dəyərli oyunçu kimi göstərilib. Ukraynalı müdafiəçinin qiyməti 600 min avrodu. İkinci pillədə isə Səlahət Ağayevlə Məhəmməd Mirzəbəyov qərar tutublar. Millinin də şərəfini qoruyan futbolçuların qiyməti 400 min avro təşkil edir. İqnasio Erreranın dəyəri də eynidi. Çox maraqlıdı ki, ötən illərdə Azərbaycanın ən qiymətli oyunçularından olan Ruslan Abışovun dəyəri aşağı düşüb – 300 min avro. Görünür, onun son vaxtlar sabit oyun sərgiləməməsi, “Neftçi”nin titullardan uzaq düşməsi diqqətdən yayınmayıb. Ümumiyyətlə, heyətdə yer alan digər futbolçuların qiymətlərinə nəzər yetirək: Daniel Seqoviya və Mateo Mujek 350, İlkin Qırtımov, Namiq Ələsgərov, Emin Mahmudov və Derlis Meza Kolli 300, Rəhman Hacıyev və Aqil Məmmədov 200, Rəşad Sadiqov və Elnur Cəfərov 150, Elnur Süleymanov 50, Rəşad Əzizli, Ömər Buludov, Orxan Bəşirov, Anton Krivotsyuk, Kamran Nəcəfzadə və Mirabdulla Abbasov 25 min avro. Heyətin ümumi dəyəri isə 4,9 milyon avro təşkil edir.
“Səbail”
Elitanın debütantının düşərgəsində ən bahalı oyunçu kimi Vüqar Nadirov göstərilib. “Qarabağ”ın sabiq forvardının dəyəri 250 min avrodu. Çox maraqlıdı ki, “aslanlar”da yerli futbolçunun qiyməti əcnəbilərdən üstündü. Belə ki, legionerlər arasında ən yüksək dəyərləndirilən Surinam əsilli hollandiyalı Ayron Statidi. Sol cinah müdafiəçisinin qiyməti 100 min avro göstərilib. Ümumiyyətlə, portal “Səbail”in oyunçularını o qədər də yüksək qiymətləndirməyib: Kərim Diniyev 200, Murad Ağayev, Emil Balayev və Nurlan Novruzov 150, Elxan Əhmədov və Eltun Yaqublu 125, Fəhmin Muradbəyli və Rahil Məmmədov 100, Seymur Əsədov və Mutuzəli Abakarov 75, Əmirhüseyn Nəcəfi, Murad Musayev, Maudo Jarjue, Kamal Qurbanov və Aqşin Muxtaroğlu 50, Orxan Qurbanlı və Raul Yaqubzadə 25 min avro. “Aslanlar”ın düşərgəsində yer alan oyunçuların ümumi dəyəri 1,9 milyon avrodu.
“Keşlə”
Dövrələrarası fasilədə heyətində əsaslı dəyişikliklər baş verən paytaxt təmsilçisində “Səbail”də oldğu kimi yerlilər legionerlərdən daha yüksək qiymətləndirilib. “Keşlə”nin ən qiymətli iki futbolçusu Kamran Ağayevlə mövsümün ilk yarısını boşa verən Vaqif Cavadovdu. Hər ikisinin qiyməti 300 min avro göstərilib. Əcnəbilər arasında isə yaxın günlərdə düşərgəyə qoşulan Pablo Podio fərqlənir. Argentinalının qarşısında 275 min avro yazılıb. Yuri Maksimovun əlinin altında olan qalan oyunçuların dəyəri isə belədi: Denis Silva, Məqsəd İsayev və Fuad Bayramov 250, Adrian Skarlatake və Herve Tçami 200, Tərlan Quliyev, Slavik Alxasov və Orxan Sadıqlı 150, Pərdis Fərcad-Azad 100, Sərtan Taşkın, Məmməd Quliyev, Bilal Qəmbərov və Qara Qarayev 25 min avro. Kollektivin ümümi dəyəri 2,6 milyon avro təşkil edir.
“Kəpəz”
Yunis Hüseynovun apardığı islahatlardan sonra heyətdə yer alanlar arasında ən qiymətli futbolçuların hər ikisi qış fasiləsində Gəncəyə təşrif buyurub. Çox maraqlıdı ki, hər iksi də son mövsümü Gürcüstan çempionatında keçirib. Belə ki, ukraynalı qolkiper Sergey Litovçenko və “Samtredia”nın sabiq kapitanı Ciuli Mandqaladzenin qiyməti portalda 300 min avro göstərilib. Yerlilərdən isə Tural Cəlilov, Şəhriyar Rəhimov, Tərzin Cahangirov və Samir Zərgərov seçilir. Onların transfer dəyəri 200 min avro qeyd olunub. Gəncə təmsilçisinin başqa oyunçularının qiyməti belədi: Şəhriyar Əliyev 125, Murad Səttarlı və Ceyhun Cavadov 100, Elşən Rzazadə və İlyas Səfərzadə 75, Kamran Abdullazadə və Davud Kərimi 50, Tərlan Qasımzadə, Nicat Məmmədov, Ceyhun Əhmədov, Tural Rzayev və İlkin Sadıqov 25 min avro. Premyer-liqanın autsayderinin ümumi dəyəri isə 2,1 milyondu.
Legioner həyatı yaşayan milli üzvləri
Maraq üçün ölkə xaricində top qovan milli üzvlərinin də “transfermarkt”dakı qiymətlərini də gözdən keçirdik. Məlum oldu ki, Dmitri Nazarov 650, Pavel Paşayev 500, Eddi İsrafilov 300, Renat Dadaşov 180, Budaq Nəsirov isə 100 min avroya dəyərləndirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, saytın əməkdaşlarının qiymətləndirilməsi təxminidi. Buna baxmayaraq, dünya futbol ictimaiyyəti portalda yazılanlarla hesablaşır. Biz də ordakı qeydləri nəzərə alaraq onu deyə bilərik ki, “Qarabağ” yaşıl meydanda olduğu kimi, bu sahədə də elita təmsilçilərini qabaqlayır. Heyətinə görə “köhlən atlar” bütün rəqiblərindən üstündü. Premyer-liqanın ən ucuz komandası isə “Səbail”di.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:02 Sabah “Futbol+”də Dünən, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi Dünən, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək Dünən, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi Dünən, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı Dünən, 16:26 Yenilmək növbəsi Maltanındı! Dünən, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib Dünən, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür Dünən, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək Dünən, 16:04 Stuxlik hakimlərdən test götürdü Dünən, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı Dünən, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” Dünən, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” Dünən, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol Dünən, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı Dünən, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar