16 yan 15:06olke

Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir

Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir
“Elə oyun olmadı ki, meydana tam heyətlə çıxaq”
Futzal üzrə yüksək liqanın debütantlarından olan FK.İD-in çempionata rəng qatan komandalardan olduğu birmənalıdı. Belə ki, mövsümə yaxşı başlayan debütant birinci dövrədə “Neftçi” kimi təcrübəli rəqibi məğlub etməklə diqqətləri üzərinə çəkdi. Heyətində Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Nihad İsmayılov, Faiq Əliyev, Elvin Quliyev, Ramil Həsənzadə kimi təcrübəli və istənilən baş məşqçinin sərəncamında görmək istədiyi oyunçular cəmləşən debütantın sonrakı görüşlərdə də uğurlu nəticə qazanacağı gözlənilirdi. Ancaq FK.İD qış fasiləsinə qədər keçirdiyi 12 oyunun 4-də qələbə qazandı, 3 matçda isə heç-heçə etdi. Debütant yekunda “Neftçi” ilə birlikdə 15 xalla 4-5-ci yerləri bölüşdü.
Bəs komandasının arxada qalan 2 dövrədəki çıxışını baş məşqçi Rafael Abdulov necə dəyərləndirir? Təcrübəli mütəxəssis Futzal Federasiyasının “feysbuk” səhifəsinə danışıb: “Qış fasiləsinə qədərki çıxışımızı orta qiymətləndirirəm. Tam istədiyimizi əldə edə bilməməyimizə təsir edən məqam oldu. Xüsusilə də oyunçularımızın tez-tez zədə almasını və uzun müddətə sıradan çıxmasını qeyd edərdim. Elə oyun olmadı ki, meydana tam heyətlə çıxaq. Hər dəfə bir-iki vacib futzalçımız qarşılaşmanı kənardan izləyirdi. Bu da ciddi amildi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bu problemlər həllini tapar”.
Abdulov yüksək liqanın səviyyəsinin artdığını deyir: “Cari çempionatın əvvəllkilərdən səviyyəcə yüksək olduğu faktdı. Bunun da əsas səbəblərindən biri yeni legionerlərin klublarımıza cəlb edilməsidi. Eyni zamanda yüksək liqaya bizimlə yanaşı, “Marafon” da yüksəlib ki, hər iki kollektivin yaxşı çıxış etdiyi, hazırlıqlı gəldiyi təsir edən məqamlardandı. Yeri gəlmişkən, medianın futzalla bağlı builki fəaliyyəti də bizi sevindirir, təqdirəlayiqdi. İstər oyunların canlı yayınlanması, istər idman saytlarının və qəzetlərin xəbərlər hazırlaması yarışa ayrıca rəng qatır”.
Dövrələrarası fasilədə heyətdə ediləcək dəyişikliklərlə bağlı danışan komandanın baş məşqçisi artıq iki oyunçu ilə yolları ayırdıqlarını vurğulayıb: “Emil Abbaszadə və Adil İsmayılovla yolları ayırdıq. Təbii ki, güclənmək haqda düşünürük. Planlarımızda yeni, yerli futzalçıların heyətə cəlb edilməsi var. Çünki həm rəhbərlik, həm də baş məşqçi kimi özüm əcənəbilərin xidmətindən istifadə etmək niyyətində deyiləm. Yaxşı olar ki, öz həmyerlilərimizə şans verək, onları qazanaq”.
Hazırlıq planlarından danışarkən, Abdulov Bakıdan kənara çıxmaq haqda düşünmədiklərini qeyd edib: “Fasilə müddətində Bakıda hazırlaşacağıq. Əvvəldən yenə fiziki hazırlığa üstünlük verəcəyik. Taktiki məşqlər və yoldaşlıq oyunları ilə hazırlığı davam etdirəcəyik. Yanvarın ortalarından məşqlərə başlayacağıq”.
Sonda baş məşqçi yüksək liqanın arxada qalan iki dövrəsi üçün iki rəmzi “beşlik” qurub: “Bu siyahıya legionerləri daxil etmək istəməzdim. “Araz”dan Xətai Bağırov, İsa Atayev, “Marafon”dan Seymur Məmmədov, Renat Sultanov, bizdən Nihad İsmayılov, Faiq Əliyev və Elşən İbrahimxəlilov, “Ekol”dan Namiq Məmmədkərimov, Fərid Ələkbərov, “Neftçi”dən Tural Qurbanov kimi oyunçular var. Qapıçılardan Rövşən Hüseynlini, Emin Kürdovu qeyd edərdim. Bu oyunçuların hamısı komandamda olsaydı, “4-lük”ləri qurardım”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar