16 yan 14:59olke

Ruslan Abışov səviyyəli legionerlər arzulayır

Ruslan Abışov səviyyəli legionerlər arzulayır
“Qəbələ” səddini keçsək, final oyunu daha rahat olacaq”
Oyun bitəndən sonra soyuqdan tir-tir əsən futbolçular avtobusun yolunu tutsalar da, jurnalistlərin əhatəsinə düşən kapitan Ruslan Abışov komandayla bağlı sualları cavablamaqdan imtina etmədi. 90 dəqiqə meydanda olan təcrübəli futbolçu milliylə bağlı məqamlara da toxundu.
- Hazırlıq necə gedir?
- Bir həftədi ağır məşqlər keçirik. Yükləmələr həqiqətən çoxdu. Çempionatın ikinci yarısında uğur qazanmaq istəyiriksə, Antalya toplanışında yaxşı hazırlaşmalıyıq. “Kəpəz”lə çempionat matçına qədər tam hazır olmalıyıq. Gördüyünüz kimi, rəqiblərimiz də güclənir. Premyer-liqa ilə yanaşı, kuboka da iddiamız var. İlk hədəfimiz finala yüksəlməkdi. “Qəbələ” ilə oyun erkən final olacaq. Əsas odu ki, heç kim zədələnməsin. Buna görə çox narahatam. Yaxın günlərdə komandaya bir-iki nəfər də qoşulmalıdı. İnşallah, çempionatın ikinci yarısına tam hazır olarıq.
- Səncə, “Neftçi”yə neçə yeni transfer lazımdı?
- Siyahı məşqçilər korpusundadı, artıq rəhbərliyə təqdim edilib. Əlbəttə, hamımız istəyirik ki, komandamıza yaxşı futbolçular, legionerlər gəlsin. Gücümüzə güc qatasınlar, “Neftçi”yə layiq futbolçular olsunlar.
- Cari mövsümün sonunda “Neftçi”dən nə gözləmmək olar?
- Medal qazanmaq istəyirik. Amma bu, çətin görünür. Gücümüz yalnız sona qədər mübarizə aparmağa çatır. Avrokuboklara vəsiqə qazanmaq başlıca hədəfdi. Ölkə kubokunu da əldə etmək yaxşı olar. Bilirik ki, yarımfinalda güclü rəqiblə qarşılaşacağıq. Amma çəkinmirik, qorxmuruq. Yaxşı hazırlıq keçsək, kuboka da yiyələnə bilərik.
- Qarşıdan millinin toplanışı gəlir. Baş məşqçi Qurban Qurbanovdan dəvət gözləyirsən?
- Əlbəttə, gözləyirəm. 8 ildi yığmanın formasını geyirəm. Robert Prosineçkinin dönəmi mənim üçün uğurlu olmadı. Amma bu haqda geniş danışmaq istəmirəm. Qurban müəllimin rəhbərliyi altında yenidən öz mövqeyimdə oynamaq istəyirəm. Yığmaya fayda vermək əsas istəyimdi. Bilirəm ki, hər şey özümdən aslıdı, inam qazanmalıyam. Zədələnməsəm, “Neftçi”də uğurlu çıxış etsəm, milliyə dəvət alacağıma inanıram.
- Qurban Qurbanovun milliyə təyinatı barədə nə deyə bilərsən?
- Qurban müəllim azərbaycanlı futbolçuları yaxşı tanıyır. Hamını izləyir və hər kəsin xarakterinə yaxından bələddi. Məncə, yaxşı nəticələr olacaq. Millətlər Liqasında və AÇ-2020-nin seçmə mərhələsində iddialı olmalıyıq. Uğurlu nəticələr olmalıdı.
- Bu ayın sonunda “Neftçi”nin düşərgəsindən millinin toplanışına yollanmaq klub üçün problem yaratmayacaq?
- Əlbəttə, problem yaradır. İstər-istəməz bir müddət komandadan ayrı düşürsən. Amma artıq buna öyrəşmişik. Neçə ildi belə davam edir. Millinin maraqlarını da düşünməliyik.
- Ölkə kubokunda əsas favorit “Qəbələ” və “Neftçi” göstərilir. Bu duelin qalibinin kuboka yiyələnəcəyini gözləmək olar?
- “Sumqayıt”ı da iddialı sayıram. Gördüyünüz kimi, “Keşlə” də yaxşı komanda qurur. Əsas “Qəbələ” səddini keçməkdi, bunu bacarsaq, final oyunu daha rahat olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar