16 yan 14:57olke

Məqsəddən “Neftçi”yə iki sillə

Məqsəddən “Neftçi”yə iki sillə
“Ağ-qaralar”ın fasilə dönəmində ilk legioneri Fransisko Qarsiya oldu
Dünənki şaxtalı havada, üzr istəyirəm, it itliyi ilə iki saat bayırda dayanmazdı. Amma havanın necə olmasının nə futbol oyununa, nə də bizlərin işinə dəxli var. Madam ki, futbolçular top dalınca qaçmağa hazırdı, deməli, biz də bütün çətinliklərə sinə gərib stadionda olmalıydıq.
Stadion demişkən, “Neftçi”nin “Keşlə” ilə hansı arenada qarşılaşacağı əməlli-başlı tapmaca oldu. 10 gün əvvəl matçın klubun İsmət Qayıbov adına bazasında baş tutacağı deyilsə də, görüşə iki gün qalmış “Bakcell Arena” işarə verildi. Şənbə günü isə yenidən Bakıxanov qəsəbəsindəki bazanın adı hallandı. Oyun da elə sonuncu məkanda baş tutdu.
Zaur Axundov bir hissə dözdü
Futbol elə xəstəlikdi ki, qar-boran bilmir. Elə buna görə də dünənki havada təxminən 30-a yaxın azarkeşin oyunu izləmək üçün stadiona təşrif buyurmasına təəccüblənmədik. Klub rəhbərlərindən “Neftçi”nin prezidenti Orxan Hüseynzadə sona qədər gözə dəymədi. Məlum oldu ki, Hüseynzadə klubun işləriylə bağlı İstanbula uçub. Yanvarın 17-də komandaya həmin şəhərdə qoşulub, ordan Antalyaya yola düşəcək. Əvəzində icraçı direktor Elnur Eyvazov canına əziyyət verməyi vacib saymışdı. “Keşlə”dən isə oyundan əvvəl icraçı direktor Rəmiş Malıyev gözə dəyirdi. Matçın 7-ci dəqiqəsində Zaur Axundov da mübarək qədəmlərini bazaya qoydu və özünəməxsus aram addımlarla düz texniki zonaya - Yuri Maksimovun yanına yollandı. Futzalda görməyə alışdığımız mənzərə idi. Lakin sona qədər duruş gətirə bilmədi. İkinci hissənin əvvəlində Rəmiş Malıyevi də götürüb şəxsi avtomobilinə tərəf yön aldı. Əlverişli yer tapıb, fasilədən sonra meydanda yaşananlara maşından baxdı.
Tərlan Əhmədov danışmadı
Diqqəti çəkən başqa məqamlar da yox deyildi. Məsələn, bu gün tibbi baxışdan keçəndən sonra “Neftçi”ylə rəsmi müqaviləyə imza atacağı gözlənilən yeni legioner Fransisko Qarsiya da oyunu izləyənlər arasındaydı. Vətəni Paraqvaydan Bakıya gələnə qədər təxminən bir sutka yolda olan futbolçu paytaxtımıza matç günü səhər saatlarında çatdığından, Tərlan Əhmədov Fransiskonun nəyə qadir olduğunu az da olsa, görməyimizə imkan yaratmadı. Odu ki, Derlis Meza Kollinin həmyerlisi qarşılaşmanı klubun avtobusunda oturub izlədi. Jurnalistlərə müsahibə verməsinə isə baş məşqçi razı olmadı. Yeri gəlmişkən, Tərlan bəy özü də danışmaqdan boyun qaçırdı. Bunu da bir neçə gün öncə klub saytına müsahibə verməsi və başqa yeniliklərin olmaması ilə əlaqələndirdi.
Seqoviya oyuna baxmadı
Əhmədovun sərəncamında görmək istəmədiyi Daniel Seqoviyanın “Neftçi”dən ayrılmaq fikri yoxdu. Mövsümün sonuna qədər qüvvədə olan müqavilə müddətini önə çəkən ispan forvard nə olur-olsun, komandadan ayrılmaq istəmədiyini deyir. Bu da başadüşüləndi. Elxan Abdullayevin təklifi əsasında aylıq 12 min dollara (20 min manat) qol çəkən Seqoviya başqa ölkədə ən yaxşı halda bu məbləğin yarısına layiq görüləcəyini dərk etdiyindən, Azərbaycandan ikiəlli yapışıb. Tərlan Əhmədov isə çıxış yolunu Danieli əvəzedici heyətə göndərməkdə görüb. Odu ki, nə oyun iştirakçıları, nə də qarşılaşmanı izləyənlər arasında adı çəkilən hücumçu var idi.
Slavik qovuldu, “Neftçi” şoka düşdü
Hə, keçək əsas məsələyə - oyuna. Rəşad Sadiqovun mikrozədəsinin olması, Anton Krivotsyukla Elnur Cəfərovun U-21-in düşərgəsinə yollanması Əhmədovun seçim imkanlarını məhdudlaşdırmışdı. Rəqib həmkarı Yuri Maksimovun bu baxımdan narazılıq etməsinə əsas yox idi. Komandaların start “11-lik”ləri aşağıdakı kimi idi.
Neftçi: Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Kiril Petrov, İlkin Qırtımov, Derlis Meza Kolli, Emin Mahmudov, İqnasio Errera, Elnur Süleymanov, Rəhman Hacıyev, Mirabdulla Abbasov.
Keşlə: Kamran Ağayev, Slavik Alxasov, Tərlan Quliyev, Denis Silva, Cabir Əmirli, Nemanya Stoyanoviç, Pablo Podio, Vaqif Cavadov, Məmməd Quliyev, Herve Tçami, Pərdis Fərcad-Azad.
Ramil Diniyevin idarə etdiyini qarşılaşmaya sabiq “bankirlər” sürətli başladı və 10 dəqiqə ərzində iki dəfə real qol imkanları oldu. Tədricən “Neftçi” özünə gəldi. Topa nəzarət edən “ağ-qaralar” meydanda istədiyini edirdi. Lakin əsas gücün sağ cinaha düşməsi, “sol”da İqnasio ilə Məhəmmədin istənilən səviyyədə çıxış etməməsi hücumların kəsərini azaldırdı. Buna baxmayaraq, ilk hissədə qol vuruldu. İlkinin ötürməsindən sonra Rəhman topu qapı qarşısına havalandırınca, Mirabdulla başla fərqləndi. Birinci hissə bu hesabla başa çatdı. 18-ci dəqiqədə Slavik Alxasovun yan xətt hakimini söydüyünə görə meydandan qovulub, başqa futbolçu ilə əvəzlənməsi də yaddaqalan hadisə idi.
Fasilədə bir neçə futbolçunu əvəzləyən Maksimovdan fərqli, Əhmədov yalnız qapıçı Rəşadı Aqil Məmmədovla dəyişdi. İkinci hissənin gedişində dəyişikliklər sıralanınca bir neçə gün öncə “Neftçi”dən “Keşlə”yə keçən Məqsəd İsayev də meydana ayaq basdı. İsayevi xatırlatmağımız boşuna deyil. Belə ki, oyunun taleyini sol cinah müdafiəçisi kimi çıxış edən sabiq “Neftçi”li həll etdi. 74-cü dəqiqədə künc zərbəsindən havalandırılan topu başla qapıdan keçirən bəstəboy futbolçu 2 dəqiqə sonra Pərdisin vurduğu qolda ötürmə müəllifi kimi yadda qaldı. Ardıcıl iki qolun şokundan ayılmayan “ağ-qaralar”ın hücumları səmərə verməyincə, oyun “Keşlə”nin qələbəsiylə yekunlaşdı.
Maraq üçün xatırladaq ki, “ağ-qaralar” yanvarın 16-dan 17-nə keçən gecə Bakıdan İstanbula, ordan Antalyaya yola düşəcək. Türkiyədəki toplanışda daha iki legionerlə müqavilə bağlanılacağı gözlənilir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar