15 yan 00:43olke

“Cavanlığımı xatırladan uşaqları görürəm”

“Cavanlığımı xatırladan uşaqları görürəm”
Rəşad Abdullayev özünə məşqçi deyə bilmir
Birvaxtlar ölkənin istedadlı futbolçularından hesab olunan, “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi aparıcı komandaların formasını geyən, 10 oyunda millinin şərəfini qoruyan Rəşad Abdullayev artıq məşqçiliyə start verib. Yayda futbolçu karyerasını başa vurandan sonra sorağı “Keşlə”dən gəlsə də, bu sənətdə ilk addımlarını atmaq vaxtilə şərəfini qoruduğu “Neftçi”yə təsadüf etdi. Abdullayev bundan sonra “ağ-qaralar”ın U-19 komandasında Bəhram Şahquliyevin köməkçisi kimi çalışacaq. Fürsətdən istifadə edib Rəşadla danışdıq.
- Klub saytında rəsmi məlumat yoxdu. Buna baxmayaraq, səni “Neftçi”də çalışan məşqçi hesab etmək olar?
- Bəli, artıq işə başlamışam. U-19-da Bəhram müəllimin köməkçisiyəm. Bu gün (dünən) üçüncü məşqimiz idi. Yəqin ki, yaxın günlərdə məlumat verilər.
- Təklif Tərlan Əhmədovdan gəldi, yoxsa klub rəhbərliyindən?
- Belə olmasında Tərlan müəllimin də böyük rolu olub. Bildiyiniz kimi, vaxtilə “Neftçi”də birgə çalışmışdıq. Sonra iş elə gətirdi ki, AZAL-da Əhmədovun rəhbərliyi altında futbol oynadım. Bir-birimizi yaxından tanıyırıq. Təklif isə rəhbərlikdən gəldi. Dörd il “Neftçi”nin formasını geymişəm, müəyyən uğurlarımız olub. Sağ olsunlar, keçmişə qiymət verirlər. Bu cür klubda məşqçiliyə başlamaq mənim üçün fəxrdi.
- U-19-da köməkçi işləməyi rəhbərlik məsləhət gördü, yoxsa bir neçə variantın arasından məhz bunu seçdin?
- Mənim üçün hansı yaş qrupunda işləməyin fərqi yox idi. Harda məsləhət bilsəydilər, işləyəcəkdim. Məşqçilikdə ilk addımlarımı atıram. Təcrübəli şəxslərin məsləhətinə qulaq asmalıydım. U-19-u layiq bildilər, hörmətlə yanaşdım.
- Səncə, U-11-də, yaxud U-13-də baş məşqçi kimi başlamaq əlverişli olmazdımı?
- Bu gün bir müddət köməkçi işləməliyəm. Birdən-birə baş məşqçi olmaq həm risklidi, həm də “yana” bilərəm. Nə olsun Rəşad Abdullayevəm, vaxtilə az-çox tanınan futbolçulardan olmuşam. Məşqçi kimi mütləq təcrübə yığmalıyam. Ona görə də köməkçi işləməyim vacib idi. Ən ideal variant elə bu idi. Mən hələ özümə məşqçi deyə bilmərəm, məşqçi olmağıma çox var. Hələ öyrənirəm, buna doğru gedirəm.
- Kateqoriya məsələsi nə yerdədi?
- Vaxtilə millidə çıxış etdiyim üçün C kateqoriyasına avtomatik sahib oluram. Fevralda, Allah qismət etsə, B kurslarına qatılacam. Artıq klub tərəfindən lazımi sənədlər AFFA-ya təqdim edilib.
- Bir müddət əvvəl adın “Keşlə” ilə yanaşı hallanırdı. Bildiyimə görə, hətta orda məşqçiliyə başlamışdın.
- Futbolçu karyerası ilə vidalaşandan sonra “Keşlə”yə dəvət etdilər. Bir ara gedib-gəldim. 2007 doğumlu uşaqların qrupunda təcrübə toplayırdım. Amma rəsmi işə başlamamışdım, gələcək üçün belə bir plan vardı. Belə anda “Neftçi”dən təklif gəldi ki, mənim üçün göydəndüşmə oldu. Bu klubun yeri qəlbimdə başqadı. Həm də öz doğma evim kimidi, kollektivin çoxu tanışdı.
- “Neftçi”dən nə vaxt təklif gəldi?
- Hardasa dekabrın ortaları idi.
- Məşqçilikdə lap az da olsa, müəyyən təcrübəyə sahibsən. Futbol oynamaq xarakterinə daha yaxın idi, yoxsa məşqçilik etmək?
- Bunlar başqa-başqa şeylərdi. Belə deyim, futbolçu olanda ərköyünlük edirsən, məsuliyyətin lazımi qədər olmur, bəzi səhvlərin bağışlanır. Məşqçilik isə olduqca məsuliyyətli sənətdi. İnanırsız, məşqçiləri indi başa düşürəm. Nə əziyyət çəkiblər, nələrə dözüblər. Hər uşağın bir xarakteri var. Yavaş-yavaş öz cavanlığımı xatırladan uşaqları görürəm (gülür). Dözməlisən, çıxış yolu tapmalısan, öyrətməlisən. Akademiyada məşqçi o demək deyil ki, gəlib məşqi keçib getdin. Təhlil aparmalısan, fərdi söhbətlər olmalıdı, nələrdənsə nəticə çıxarmalısan. Bir növ ailə başçısı kimisən. Futbolçuya nə var? Gəldi, məşqini etdi, oyununu oynayıb getdi. Qalan şeylər qalır məşqçinin boynunda. Olduqca ağır sənətdi.
- Rəşad Abdullayev futbolçu olanda, “ipinin üstünə odun yığmaq” olmurdu. Ərköyün, əsəbi, uduzmağı qəbul etməyən kimi xüsusiyyətlərin məşqçilik sənətinə mane olmaz ki?
- Sizi inandırım, çox dəyişmişəm. İndi yox, hardasa 33-34 yaşında fərqli Rəşad olmuşdum. Bunu mənə məşqçilər də deyirdi, futbolçular da. Yaş ötdükcə istənilən insan müdrikləşir. Məşqçilərim sağ olsun, nələrə göz yumublar, bağışlayıblar. Bunları indi daha yaxşı başa düşürəm. Meydanda ərköyünlük etsəm də, həyatda tərbiyəm yerində olub. Böyük-kiçik yeri bilmişəm, başımdan böyük danışmamışam. İnsanda əsas cəhət tərbiyədi. Ona görə də məşqçi olduğum dönəmdə dəcəl, emosional futbolçuları başa düşəcəm, hansısa yolla başa salacam. Amma nizam-intizam birinci sırada olmalıdı. Məşqçi kimi tam başqa Rəşad olacam.
- İndiki gənclər sənə kələk gələ bilirlər?
- (gülür) Yox, gələ bilmirlər, dərhal “tuturam”. Karyeramı yeni başa vurmuşam, hansı xarakterə sahib olduğumu bilirlər. Mən onlarla məşqçi kimi yox, böyük qardaş kimi danışıram. İndi onların atıb-tutan vaxtlarıdı. Ona görə də əsas işimiz müntəzəm söhbətlərdi, dialoqlardı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar