15 yan 00:15olke

Ölkə çempionatının bombardiri qida sənayesində çalışır

Ölkə çempionatının bombardiri qida sənayesində çalışır
Alay Bəhramov: “Həmin səddi aşsaydım, bəlkə də indi klubların birində çalışardım”
Bu gün Azərbaycan futbolunun ən yaralı yerlərindən biri, bəlkə də birincisi “vuran ayaq” probleminin olmasıdı. Məhz bu səbəbdəndi ki, artıq neçə illərdi premyer-liqada bombardirlər yarışında legionerlər “at oynadırlar”. Düzdü, ara-sıra yerli forvardlar da əcnəbilərə “papaq atırlar”. Ancaq bu davamlı olmadığından o qədər də gözə çarpmır. Budəfəki həmsöhbətimizi orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayır. Söhbət “Viləş”in və “Şəmkir”in sabiq forvardı, iki dəfə çempionatın bombardiri olmuş Alay Bəhramovdan gedir. Əslən Masallıdan olan hücumçu ilk dəfə doğma rayonun komandasının heyətində ən sərrast futbolçu adını qazanmışdı. Bəhramov 1998/99 mövsümündə “Viləş”in heyətində meydana çıxdığı 28 oyunda 24 dəfə rəqibləri meydanın mərkəzinə dəvət etmişdi. 2001/02 “futbol ilin”də isə artıq “Şəmkir”in futbolçusu kimi bombardir olmağı bacarıb. O “qırmızı-ağlar”ın heyətində 23 oyuna 15 qol vurmaqla yadda qalıb. Yeri gəlmişkən, veteran futbolçu ölkə çempionatları tarixində 106 qol vurmaqla bombardirlər siyahısında 6-cı pillədə qərarlaşıb. Karyerasını başa vurandan sonra gözdən itən Alay bəyin hazırda nə işlə məşğul olduğunu bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onu aradıq.
- Çoxdandı sizdən səs-soraq yoxdu. Hardasız, nə işlə məşğul olursuz?
- Futbolçu həyatı belədi də. Meydanlarda olduğun müddətdə, qol vurub azarkeşləri sevindirəndə üzdə olursan, daim mətbuat səni axtarıb-arayır. O ki butsları mismardan asdın, uzağı bir-iki ilə unudulursan. Bakıdan kənarda yaşayırsansa, daha tez yaddan çıxırsan. Masallıdayam, iş-güclə başımı qatıram.
- Sirr deyilsə, nə işlə məşğul olursuz?
- Belə deyək, istehsalatla məşğulam. Şirniyyat sahəsindəyəm.
- Əksər futbolçular “bizim işimiz ancaq futbolla bağlıdı” deyib, karyeralarını başa vurduqdan sonra da bu sahədə qalmağa üstünlük verirlər. Siz isə fərqli addım ataraq, qida sənayesinə üz tutmusuz. Bu sahədən anlayışınız var idi, yoxsa sonradan öyrəndiz?
- İnsan çox şeyə qadirdi. Sadəcə, özünə inanmalı və ilk addımı atmaqdan çəkinməməlidi. İllər ötdükcə hər şey yoluna düşür.
- Ötən sərin 90-cı illərində ölkə çempionatında “Viləş”, 2000-ci illərin əvvələrində isə “Xəzər Lənkəran” cənub bölgəsini çempionatda layiqincə təmsil edirdi. Ancaq bu gün nə elitada, nə də birinci divizionda bölgənin təmsilçisi var.
- Buna görə çox üzülürəm. Cənubda həmişə futbola böyük maraq olub. Çempionat oyunlarımız dolu tribunalar qarşsında keçirilib. İnsanlar stadiona matç başlamamışdan saatlar öncə gəlib yerlərini tuturdular. Masallıda da belə olub, Lənkəranda da. Təəssüf ki, hazırda bölgədə peşəkar səviyyədə bir klub belə yoxdu.
- Sizcə, bunun səbəbi nədi? Niyə Masallıda, Lənkəranda futbola sərmayə qoymaq istəyən iş adamları yoxdu?
- Əvvəllər olubsa, deməli, bu işdə maraqlı olan iş adamları var. Sadəcə, hansısa səbəbdən onlar kənara çəkiliblər. Bəzən bu sualı özüm-özümə verirəm. Hələ də mənə çatmır ki, cənubda böyük futbolun olmasını istəməyən kimlərdi və onlar niyə belə edirlər? Bu qadağanın arxasında nə durur?
- Siz elə düşünürsüz ki, bu bilərəkdən atılan addımdı?
- Sizcə, başqa səbəb var? Hələ ittifaq dönəmində Lənkəran “Xəzər”i SSRİ çempionatının ikinci liqasında çıxış edirdi. Müstəqillik illərində “Viləş” və “Xəzər Lənkəran” yarandı. Bu onu göstərir ki, cənub bölgəsində istənilən vaxt iddialı komanda yaratmaq olar. Ancaq nədənsə, indi heç kim bunda maraqlı deyil. Deməli, səbəb var.
- Sonuncu dəfə stadionda nə vaxt olmusuz və hansı komandaların oyununu izləmisiz?
- Açığı, yadıma gəlmir. Soyumuşam futboldan.
- Niyə? Bəlkə sizə qarşı hansısa haqszlıq olub və buna görə futboldan küsmüsüz?
-“Şəmkir”də oynayarkən, fikrim var idi ki, karyeramı başa vurandan sonra məşqçilik kurslarına yazılım, xaricdə təhsil alım. Ondan sonra klubların birində məşqçi kimi çalışım. Ancaq 2002-ci ildə atam dünyasını dəyişəndən sonra həvəsdən düşdüm. Mənim ən böyük azarkeşim - indi buna fanat deyirlər - atam idi. Məhz onun istəyi ilə futbola gəlmişəm, böyük futbol oynamışam. Vurduğum hər qol ona sevinc gətirirdi. Rəhmətlik futbolla nəfəs alırdı. O rəhmətə gedəndən sonra sanki topdan, yaşıl meydandan diksindim. Mənə elə gəlirdi ki, o yoxdusa, mənim qazanacağım uğurlar heç kimə lazım deyil. Belə deyək, həmin vaxrt psixoloji zədədən dönə bilmədim. Bəlkə də həmin səddi aşsaydım, indi klubların birində çalışardım.
- Bu gün Masallıda futbol var?
- Peşəkar komanda olmasa da, uşaq futbolu var. Üzdə olanlar da rayonda perspektiv olmadığından “Qəbələ”yə və ya başqa klublara üz tuturlar.
- Sonuncu dəfə Anatoli Banişevski adına stadionda nə vaxt olmusuz?
- Xatırlamıram. Stadiona getməsəm də, hərdən maşınla yanından keçirəm.
- Həmin an “Viləş”dəki günlərinizi xatırlayırsız?
- O stadionla bağlı o qədər şirin xatirələrim var ki... Tam səmimi deyirəm, yolum ordan düşəndə, istər-istəməz o günlər gözümün qabağına gəlir. Dolu tribunalar, “Viləş”i qələbəyə səsləyən azarkeşlər, matçdan sonra arenanın yaxınlığında olan çayxanalarda gedən müzakirələr. Onu da bildirim ki, uzun fasilədən sonra artıq məşqlərə başlamışam. İki aya yaxındı ki, Olimpiya Kompleksində qaçıram, idman edirəm.
- Bu gün Azərbaycan futbolunda hücumçu problemi yaşanır. Əksər komandalarda “vuran ayaq” legionerlərdi. Sizcə, bu nədən irəli gəlir?
- Bu sualın çox sadə cavabı var: indiki nəsil robotlaşıb. Baş məşqçi nə deyirsə, ancaq onu edirlər. Futbolçuda şəxsi yaradıcılıq da olmalıdı. Məsələn, cinahla irəliləyən oyunçu tapşırığa uyğun cərimə meydançasının yaxınlığına çatar-çatmaz qapı önünə ya asma edir, ya da ötürmə. Sanki bu qanundu, onu pozmaq olmaz. Müdafiəçilər də artıq buna öyrəşiblər, əziyyət çəkmədən təhlükəni sovuşdururlar. Tək-tük oyunçu var ki, məsuliyyəti üzərinə götürüb şablondan kənara çıxır və qeyri-standart qərarlar qəbul edir. Belə olanda müadfiəçi də çaşıb qalır. Fərlqənmək üçün zəmin yaranır. Bizim vaxtımızda şərait indiki kimi olmasa da, futbolçularda yaradıcılıq var idi. Ona görə də klublarımız hücumçu problemini legionerlərin hesabına həll edirlər.
- Yaxşı hücumçu omaq üçün futbolçuya daha çox hansı keyfiyyət lazımdı? Sürət, texnika, yüksək fiziki hazırlıq, yoxsa qol duyumu?
- Hamısı vacibdi. Ancaq dünyada tək-tük forvardlar var ki, bütün bunları özündə cəmləşdirib. Məncə, fərqlənmək üçün ən vacibi qol duyumunun olmasıdı. Sizə yetərincə tanınmış forvard göstərərəm ki, meydanda olduğu müddətdə nə mübarizə aparır, nə yüksək texnika nümayiş etdirir, nə də qaçır. Ancaq qol duyumu yüksək olduğundan anidən, lazımı anda lazımı yerdə olur və bir toxunuşla adını tabloya yazdırır.
- Yığmada baş məşqçi dəyişikliyi oldu. Birvaxtlar yaşıl meydanlarda üz-üzə gəldiyiniz Qurban Qurbanov millinin “sükanı arxasına” keçdi. Necə düşünürsüz, Qurban bəy “Qarabağ”da qazandığı uğurların davamını yığmada gətirə biləcək?
- Uğur qazanmaq üçün baş məşqçi ilk növbədə düzgün seçim etməlidi. Düzgün seleksiyadan çox şey asılıdı. Qurbanov artıq neçə illərdi premyer-lqida çalışır, bütün komandaları və futbolçuları əlinin içi kimi tanıyır. Bu artıq onun üstünlüyüdü. İnanıram ki, Qurban müəllim çətin də olsa, yığmanı daha yüksək səviyəyə qaldıra biləcək. Ona bu işdə uğurlar arzulayıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar