14 yan 12:41olke

Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı

Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı
Rəşad Abdullayev məşqçi kimi qayıtdı
Qış fasiləsində “Neftçi”nin akademiyasında yeni təyinatların olmasından xəbərdarsız. Bir aydı bu haqda yazıb-pozsaq da, klub tərəfindən hələ heç bir açıqlama verilməyib. Nə rəsmilər danışır, nə də saytda təsdiq var. Amma yerdəyişmələr və yeni adlar qaçılmazdı.
Məsələn, təxminən bir həftə əvvəl akademiyanın rəhbəri postu Eldar Bədəlovdan alınıb Baba Əsgərova verilmişdi. Hətta məsələ ilə bağlı Əsgərovun özü qəzetimizə müsahibəsində gələcək planları ilə bağlı danışmışdı da. Yanvarın 5-də baş tutan klubdaxili iclasda Baba bəyin akademiyanın rəhbəri kimi fəaliyyət göstərəcəyi təsdiqlənmişdi. Hətta həmin gündən sonra işinin icrasına başlamışdı.
Dünən əldə etdiyimiz məlumata təəccüblənməyə bilməzdik. Baba Əsgərov “Neftçi”dən ayrılıb! Başqa cür desək, işinin icrasına başlamamış bitirib. Səbəb isə eyni anda iki vəzifədə - həm “Neftçi”də, həm də Sumqayıtdakı İxtisaslaşdırılmış Olimpiya Ehtiyat Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM) çalışmasının mümkünsüzlüyüdü. Halbuki Əsgərovun idman məktəbində direktor kimi çalışması əvvəldən bilinirdi və təyinatdan öncə bütün detallara aydınlıq gətirilməliydi. Tez-tələsik, yeri doldurmaq üçün görülən işin axırı isə belə olur.
Dünən Baba Əsgərovun özü ilə söhbətdə məsələnin nədən ibarət olduğuna aydınlıq gətirməyə çalışdıq: “Neftçi”ylə əməkdaşlığımız alınmadı. Bildiyiniz kimi, həm də İOEUGİM-in direktoruyam. İkinci iş yeri kimi “Neftçi”də çalışmaq istəyirdim, klubdan da razı idilər. Sadəcə, nazirlik icazə vermədi. İndiyə qədər millidə və klubda çalışmışdım, problem olmamışdı. Ona görə də “Neftçi”yə gedəndə nazirlikdən soruşmadım, arxayın idim. Məktəbi atıb, “Neftçi”yə getmək? Futbolun içindəsiz, vəziyyətlə tanışsız. Özünüz də bilirsiz ki, qeyri-sabitlik var. Hardasa qırılma nöqtəsi olar və ya rəhbərlik dəyişər. Ona görə də risk etmək olmur. 15 ildi bu məktəbdə işləyirəm, birdən-birə arxa çevirmək olmur. Bir var rəsmi iş yerin, bir də var ictimai əsasla iş görmək. İkinci variant bir az təhlükəlidi. Sabah nəsə alınmır, işsiz qalırsan. Ona görə də məktəbi atıb getmək olmur. Buna baxmayaraq, “Neftçi”ylə əməkdaşlığımız başa çatmayıb. Ola bilər ki, gələcəkdə direktoru olduğum məktəb ölkənin ən köklü klubuna xidmət göstərsin. Yəni gənc futbolçuların gələcəyi baxımından işbirliyimiz ola bilər”.
Aşağı yaş qruplarından ibarət komandalardakı təyinatlarla bağlı yeni məlumatlar əldə etmişik ki, diqqətinizə çatdıraq. U-11-ə “Neftçi”nin sabiq futbolçusu Asif Əliyevin oğlu Vasif Əliyev rəhbərlik edirdi. Vasif işdən çıxarılıb, onun əvəzinə Kənan Hacıyev baş məşqçi təyin olunub. U-14 mövsümün əvvəlində Mahir Şükürova tapşırılsa da, onun gedişindən sonra baş məşqçi səlahiyyətlərini Kənan Mahmudov yerinə yetirirdi. Mahmudovun baş məşqçi olması artıq rəsmən təsdiqlənib. U-15-ə cavabdehlik daşıyan Tofiq Mustafayev də tutduğu vəzifədən uzaqlaşdırılıb. Boş qalmış yerə vaxtilə AZAL-da çalışmış Zaur Seyidov gətirilib. Köməkçisi isə buna qədər U-13-də Vaqif Əliyevin “sağ əli” kimi fəaliyyət göstərmiş Orxan Bəşirov olacaq. U-16-nın nəticələrinə əvvəllər olduğu kimi yenə Eldəniz Məmmədov cavabdehlik daşıyacaq. U-17-nin “sükan”ı bundan sonra Müşfiq Qəmbərovun əlində olacaq. Ona bu işdə Elgiz Kərəmli kömək edəcək. Bəli, yaxın günlərə kimi futbolçu kimi görməyə alışdığınız Elgizdi. Azərbaycan çempionatlarının dəyişməz bombardiri Nazim Əliyevin oğlu. Futbolçu karyerasını yeni başa vuran Kərəmli məşqçilik kateqoriyasına sahibdi, ya yox – bilmirik. İstənilən halda, U-17-də köməkçi-məşqçi kimi çalışacaq. U-19-un baş məşqçisi də dəyişməyib. Bəhram Şahquliyev işini davam etdirəcək. Sadəcə, köməkçisinin adı sürprizdi. Ötən mövsüm AZAL-ın uğurları üçün tər tökən, uzun illər “Xəzər Lənkəran”la “Neftçi”nin formasını geymiş, karyerasını yayda başa vuran Rəşad Abdullayev yenidən “ağ-qaralar” üçün çalışacaq. Bu dəfə U-19-da köməkçi-məşqçi kimi. Əvəzedici heyətdən isə məlumatınız var. Vadar Nuriyev baş məşqçi, Ədahim Niftəliyev köməkçisi olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar