14 yan 12:39olke

Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı

Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı
Rauf Əmirov: “Təyinat verməmələri bir yana, 4 aya yaxındı almalı olduğum qonorarı da ödəmirlər”
Ötən sayımızda premyer-liqa matçlarına təyinat alan iki AFFA nümayəndəsinin – Rauf Əmirovla Arif Fərəcovun 2017-ci ilin sonuna kimi cəzalandırıldığını xəbər vermişdik. Onu da qeyd etmişdik ki, Fərəcov “Keşlə” – “Kəpəz” oyununda aqressiv davranışına, Əmirov isə “Qəbələ” – “Zirə” qarşılamasında içkili olduğuna görə “radara düşüblər”. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynov da xəbəri təsdiqləyib.
Yaşananlarla bağlı cəzalanan nümayəndələrin də fikirlərini öyərənməyi lazım bildik. Bu yerdə onu da qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Fərəcovla Əmirovun cəza müddəti başa çatsa da, komitə sədri mövsümün sonunadək onlara təyinat verməyəcək.
Ancaq Rauf bəy söylənilənlərlə razılaşmadı: “Bunlar hamısı yalandı. Mən uzun illərdi nümayəndə kimi çempionat oyunlarına təyinat alıram. Bu sahədə böyük təcrübəm var. Bəyəm mən bilmirəm ki, AFFA nümayəndəsi oyunlara içkili gedə bilməz? “Qəbələ” – Zirə” qarşılaşmasında qaydalar nə tələb edibsə, onu da etmişəm. Oyundan öncə iclas da keçirilib. 90 dəqiqə boyunca stadiona nəzarət etmişəm ki, hər hansı problem yaşanmasın. Odu ki, “içkili olub” söhbəti düz deyil”.
“Bəs onda niyə cəzalanmısız” sualına Əmirov belə cavab verdi: “Bu sualı onlara vermişəm. Cavabında bildirdilər ki, oyuna içkili getmisən. Hələ də başa düşə bilmirəm ki, mənə qarşı niyə belə edirlər? Premyer-liqa matçlarına təyinat verməmələri bir yana, 4 aya yaxındı ki, əvvəlki oyunlara görə almalı olduğum qonorarı da ödəmirlər. Mövsümün sonuna kimi təyinat almamağıma gəlincə, bu haqda məndə heç bir məlumat yoxdu. Zəng vurub həm bu məsələ, həm də qonorarımın nə vaxt ödəniləcəyi ilə bağlı maraqlanacam”.
Arif Fərəcov da cəzalanmasından narazıdı. İxtisasca həkim olan Arif bəy cəza müddətinin başa çatdığını, fasilədən sonra yenidən təyinat alacağına inandığını bildirdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:44 “CBC Sport” AÇ-nin bütün oyunlarını canlı yayınlayacaq! Bu gün, 14:43 İran yığmamızla oyun üçün heyəti açıqladı Bu gün, 14:41 Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bütün xəbərlər
Ən çox oxunanlar