11 yan 21:50olke

Yayda “Qarabağ”a qarşı oynamış futbolçu “Kəpəz”də

Yayda “Qarabağ”a qarşı oynamış futbolçu “Kəpəz”də
Aleks zədələndi, baş məşqçiylə köməkçisi topla bacarığını göstərdi
Yanvarın 7-dən qış toplanışına start verən “Kəpəz” Yunis Hüseynovun rəhbərliyi altında gündə iki məşqə çıxır. 11 futbolçu ilə yolların ayrılması, 3 futbolçunun isə əvəzedici heyətə göndərilməsindən sonra gəncəlilərin transfer çalışmalarındakı fəallığı normaldı.
Düşərgədə kimlərin yer aldığı görmək, komandadakı ab-havaya canlı şahidlik etmək üçün srağagün səhər saatlarında “sarı-göylər”in ADBTİA-nın stadionundakı məşqinə yollandım. Deyilən yerə çatanda avtobus yerini “bərkitmişdi”, futbolçular hazırlıq ərəfəsində baş məşqçinin tapşırıqlarını dinləyirdi. Təxminən 5 dəqiqəlik ayaqüstü söhbətdən sonra kross qaçışa start verildi. Bəribaşdan deyim ki, 1 saat 20 dəqiqə ərzində futbolçuların üzərinə düşən iş meydanboyu qaçmaq oldu. Arada 5 dəqiqəlik fasilə verilirdi ki, həmin müddətdə oyunçular topla fiziki hazırlığa söykənmiş hərəkətləri yerinə yetirdilər. Bir sözlə, Hüseynov 100 dəqiqə ərzində 2 qapıçı xaric, digər 16 nəfərin “suyunu çıxartdı”. Qapıçılar isə Nadir Şükürovun rəhbərliyi altında məşq edirdi. Yunis bəy yorğunluğun gətirdiyi zəhmdən qarşılarında durmaq mümkün olmayan futbolçularla arabir zarafatlaşır, köməkçisi Vidadi Rzayevlə künc bayrağının xətti üzərindən qapıya dəqiq zərbələr üzərində işləyirdilər. 20 il əvvəlki görkəmləri dəyişsə də, topu hiss etmək və qapını görmək bacarıqlarını itirməyiblər. Hər ikisinin vuruşları dəqiq alınırdı.
Məşqə qayıdaq. Qaçanlar arasında gözüm qaradərili Aleks Nimelinin axtarsa da, tapa bilmirdim. Düşərgəni tərk etdiyini düşünmüşdüm ki... Kənarda həkim nəzarətinə ehtiyac duyan Nimeli imiş. Liberiyalı məşqi əvvəldən axıra qədər kənardan izlədi. Yeni transferlərin hamısı Hüseynovun sərəncamında idi: Samir Zərgərov, Murad Səttarlı, Roman Hüseynov və Tərzin Cahangirov. Elə baş məşqçinin etimadını qazanmaq üçün əlindən gələni etməyə çalışan Qvanzav Maqomedovla Elşən Rzazadə də. Digərləri isə Şahin Diniyevin zamanından qalanlar idi. Yalnız iki nəfərin siması tanış gəlmədi ki, legioner olduqları dəqiq idi. İlyas Səfərzadənin yoxluğu da diqqətimdən yayınmadı.
Məşq başa çatandan sonra avtobusa tələsən futbolçulardan fərqli, Yunis Hüseynov 5 dəqiqə ayaq saxlayıb danışmağa etiraz etmədi. Düzdü, tələsirdi, amma yenə də bəzi məlumatlar öyrənə bildim.
- Komandanı tərk edən futbolçulardan başqa qalanların hamısı sərəncamınızdadı?
- Hamı burdadı. Yaxın günlərdə bir neçə nəfər də gələcək.
- İlyas Səfərzadə gözə dəymədi.
- İlysla Yusif Cəfərov Antalyaya getdilər, U-21-in düşərgəsindədilər.
- Qvanzavla Elşəndən başqa məşqdə daha iki nəfəri gördüm. Səhv etmirəmsə, legionerdilər.
- Biri Qiulidi (Qiuli Mancqaladze), gürcüdü. “Samtredia”da oynayırdı. Ötən yay “Qarabağ”a qarşı oynayıb. Dayaq yarımmüdafiəçisidi, 25 yaşı var.
- Baxışa gəlib?
- Yox-yox, onunla birbaşa müqavilə bağlayacağıq. Güclü futbolçudu, oyunlarına baxmışam, xoşuma gəlib. Bu gün tibbi baxışdan keçəcək, sabah Allah qoysa, rəsmi sənədə qol çəkəcək.
- O biri kimdi?
- O bu gün gəlib, iranlıdı, cənubi azərbaycanlıdı. Vaxtilə “Traktorsazi”də, İranın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib. Bir neçə gün bacarığına baxacağıq. Belə deyim, o da baxışdadı.
- Aleksə nə olub?
- Arxa əzələsində ağrılar var. Dünən özünə dedim ki, məşq eləmə, gözlə. İsrarla məşq etmək istəyində olduğunu dedi. Yüklənmədən yaranıb. Çox güman, sabah yenə komanda ilə çalışacaq.
- O çəkiylə nə gözləyirdiz? Maşallah, artıq çəkisi “göz oxşayır”.
- Aleks sonuncu dəfə 5 ay əvvəl oynayıb. Bu dəqiqə öz futbolçularımızda da artıq çəki var, o ki qalmışdı yarım il oynamayan adamda. Hazırlıq dönəmi, bu cür yüklənmə məşqləri nə üçündü? Məhz artıq çəkini atmaq, fiziki durumu qaydaya salmaq üçün.
- Nimeli o qədər artıq çəkini çempionatın startına qədər ata biləcək?
- Onun quruluşu elədi, iri sümüklüdü. Üzərində səylə çalışsa, dediklərimizi etsə, bir aydan da az vaxt lazım olacaq. Çətini formaya düşənə kimidi, tədricən düzələcək. Komandaya uyğunlaşsa, biz istəyən kimi olsa, onun faydasını görəcəyik. Hələ ki baxışdadı, görək nə olur.
- Azərbaycanlıların istirahətdən sonrakı durumu necədi? Yeyib-yatıblar?
- İstirahət dönəmində hamı yeyib-yatır, normaldı. Təbii ki, müəyyən qədər məşq ediblər. Yaxşı deyə bilməyəcəm, amma ümumi vəziyyət normaldı. 2-3 gündü də başlamışıq, 7-10 günə düzələcək.
- Yeni qoşulanlar olacaq?
- Əlbəttə, mütləqdi.
- Bakıda qoşulacaqlar, yoxsa Antalyada?
- Bakıda.
- Legionerlərdi?
- Yerli baxımından vəziyyəti nisbətən yaxşılaşdırmışıq. Bir neçə əcnəbiyə ehtiyac duyuruq.
- Təxminən neçə nəfər gözlənilir?
- Yolunu gözlədiyimiz üç nəfərdi (gülür).
- Elşən Rzazadənin sağlığında problem var idi. Hətta buna görə futboldan uzaqlaşmışdı. Risk altına girdiyinizi düşünmürsüz?
- Tibbi baxışdan keçib, üstəlik, həkimlərin nəzarəti altındadı. Şükürlər olsun, heç bir problem yoxdu. Həkim özü mənə dedi ki, məşq edə bilər.
- Əziz Quliyevlə Dieqo Souzanın “Kəpəz”ə qoşulacağı deyilirdi.
- Dieqo gələcək, Əziz yox.
- Əzizə nə oldu? “Kəpəz”lə anlaşacağı deyilirdi axı.
- Əzizə gələcək karyerasında uğurlar arzulayıram.
- Antalya toplanışına qədər Bakıda yoldaşlıq görüşləri nəzərdə tutulub?
- Yanvarın 13-də əvəzedici komandamızla oynamalıyıq. İki gün sonra isə “Sabah”la görüş nəzərdə tutulub. Hər iki oyun burda (ADBTİA-nın meydanında) keçiriləcək. Baxışda olan futbolçulara da bu iki oyunda baxacağıq.
- Bu gün fiziki hazırlıqla bağlı tapşırıqları Vidadi Rzayev verirdi. Köməkçi-məşqçi məsələsi nə yerdə qaldı?
- Bu məsələ üzərində işləyirik. Düzünü desəm, bir nəfər var, onunla danışırıq. Görək nə olur. Alınsa, yaxın günlərdə komandaya cəlb edib, azı yaya qədər xidmətindən yararlanacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Bütün xəbərlər
Ən çox oxunanlar