11 yan 21:47olke

Hüqo Barqas da “Neftçi”dən ayrıldı

Hüqo Barqas da “Neftçi”dən ayrıldı
Rəqib dəyişdi: “Çernomorets”in əvəzinə “Slaviya”
Hələ dekabrın ortalarından “Neftçi”dəki təyinatlarla bağlı müəyyən xəbərlər dolaşsa da, klub saytı “susurdu”. Uzun fasilədən sonra səssizlik pozulub. Daha doğrusu, yanvarın 9-da bir neçə xəbər ard-arda yerləşdirildi.
Qış fasiləsində yalnız qapıçı Aqil Məmmədovun keçidini həll edən “ağ-qaralar” daha bir yerli futbolçu – İlkin Qırtımovla ilə də münasibətləri rəsmiləşdirdi. İndiyə qədər yalnız “Simurq”la “Keşlə”nin formasını geyən, Berti Foqtsun dönəmində yığmada 5 oyun keçirən Qırtımov bundan sonra “Neftçi”nin uğurları üçün tər tökəcək. Təcrübəli futbolçu ilə ilyarımlıq anlaşma əldə olunub. Məqsəd İsayevin “Keşlə”yə, Fəhmin Muradbəylinin “Səbail”ə keçidindən sonra müdafiənin sağ cinahında boşluq yaranmışdı ki, İlkin bundan sonra Məhəmməd Mirzəbəyovla rəqabət aparacaq.
Əvəzində daha bir futbolçu ilə yollar ayrılıb. Bu, xeyli vaxtdı haqqında danışılan Hüqo Barqasdı. Elxan Abdullayevin dönəmində transfer olunan, lakin ən yaxşı günlərini Tərlan Əhmədovun baş məşqçi olduğu vaxtda yaşayan argentinaəsilli fransız hücumçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb. Maraq üçün qeyd edək ki, Barqasla ilkin müqavilənin müddəti onsuz da yanvara qədər nəzərdə tutulmuşdu. Əhmədov Hüqonun xidmətində maraqlı olduğundan həm onunla, həm də İqnasio Errera ilə anlaşma müddəti maya qədər uzadılmışdı. Lakin forvardın vaxtilə şərəfini qoruduğu “Bluminq”dən təklif alması onu karyerasını Azərbaycanda davam etdirmək fikrindən daşındırdı. Möcüzə baş verməsə, Barqas “Bluminq”lə anlaşacaq.
Mehman Babayevin Tərlan Əhmədova köməkçi təyin olunması rəsmi təsdiqini indi tapsa da, belə olacağı çoxdan gözlənilirdi. Qış fasiləsinə qədər “Binə”ni çalışdıran mütəxəssislə rəsmi müqavilənin bağlanması yubandığından, məsələyə nöqtə qoyulmamışdı. Odu ki, Mehman Babayevi “Neftçi”li saya bilərik.
Elşad Əhmədovun gedişindən sonra əvəzedicilərin boş qalmış baş məşqçi postu da sahibini tapıb. “İkincilər”in nəticələrinə bundan sonra Vadar Nuriyev cavabdehlik daşıyacaq. Köməkçisi isə buna qədər “Neftçi”nin U-16 komandasında məşqçi kimi çalışan Ədahim Niftəliyev olacaq. Bu iki ad “ağ-qaralar” üçün yad sima deyil. Nuriyev 1998-2001, Niftəliyev isə 1996-2002-ci illər aralığında “Neftçi”də top qovub.
Bakılıların qış fasiləsində ilk yoldaşlıq görüşünü Bakıda keçirəcəyini, rəqibin isə “Keşlə” olacağını çoxdan xəbər vermişdik. Hətta oyunun yanvarın 14-də klubun İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacağını da diqqətinizə çatdırmışdıq. Bircə qalırdı oyunun başlama vaxtdı. Artıq bu da dəqiqləşib. Start fiti saat 15.00-da səslənəcək.
Antalyada 5 sınaq matçı keçirəcək “Neftçi”nin rəqiblərindən biri dəyişib. Tərlan Əhmədovun yetirmələri yanvarın 25-də Rumıniya “Konkordiya”sı ilə yanaşı, Ukrayna “Çernomorets”i ilə oynamalıydısa, ikinci görüş baş tutmayacaq. Bakılılar Odessa təmsilçisinin əvəzinə Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar