11 yan 21:38olke

“Xəmsə” sponsor axtarır

“Xəmsə” sponsor axtarır
Arif Vəliyev: “Heç vaxt mütəmadi məşqlər keçməmişik”
Futzal üzrə yüksək liqada dekabrın 26-da keçirilən 14-cü turun oyunlarından sonra komandalar fevralın 15-dək fasiləyə yollandı. Artıq mövsümün ikinci yarısına hazırlığa start verən (Araz) də var, uzağı gələn həftə məşqlərə başlamağı planlaşdıran da. Ancaq “Xəmsə”nin taleyi qeyri-müəyyəndi. Çempionatın autsayderi yüksək liqanın sponsorsuz yeganə iştirakçısıdı və imkansızlıqdan normal məşq belə keçə bilmir. Komandanın baş məşqçisi Arif Vəliyev Futzal Federasiyasının “feysbuk” səhifəsinə müsahibə verib. O, əvvəlcə mövsümün ilk yarısını dəyərləndirib: “Bu mövsüm komandalar gərgin mübarizə aparır. Bu da əvvəlki illərlə müqayisədə komandaların maddi imkanlarının yaxşı olmasından, nəticədə heyətlərini gücləndirməsindən xəbər verir. Əksər komandalarin güc nisbəti bir-birinə yaxındı. Düzdü, elələri var ki, maddi durumları daha güclü olmağa və yaxşı nəticə qazanmağa imkan versə də, qış fasiləsinə qədər zəif çıxış və nəticələrlə yadda qaldılar. Fikrimcə, “Ekol” və “Neftçi” dövrələrarası fasilədən maksimum istifadə edəcək və güclənmək üçün işlər görəcəklər. Cari mövsümün debütantlarından olan “Marafon” əla heyət yığıb və gözləniləndən də yaxşı çıxış edir. Ancaq çempionatda “Ekol”la “Neftçi” kimi təcrübəli komandaların olduğunu nəzərə alsaq, ikinci dövrə daha gərgin keçəcək. “Xəmsə”yə gəlincə, qış fasiləsinə sonuncu pillədə yollandıq. Bu indiyə qədər istər böyük futbolda, istərsə də futzalda qazandığımız ən pis nəticədi”.
Vəliyev zəif nəticəni imkansızlıqla əlaqələndirir: “Bu da komandanın maddi durumu ilə bağlıdı. “Xəmsə” 2014-cü ildən komanda üzvlərinin hesabına yaşayır. Çempionatda sponsoru olmayan yeganə komandayıq. İmkansızlıq üzündən oyunları 5-6 futzalçı ilə keçiririk. İkinci “4-lüy”ümüz yoxdu. Belədə 40 dəqiqə mübarizə aparmaq mümkün deyil. Təsadüfi deyil ki, bəzən fasiləyə 2 top fərqi ilə üstün yollandığımız oyunları sonda məğlub başa vururuq. Çünki gücümüz çatmır, yoruluruq və bu da rəqiblərin işinə yarıyır”.
Baş məşqçi “komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcək” sualına da mücərrəd cavab verib: “Hazırkı heyətimizi qorumağı düşünürük. Düzdü, bir neçə oyunçumuza başqa komandalardan təkliflər gəlib. Ancaq biz ən azı bu məhdud heyətdən kiminsə ayrılmasını istəmirik. Ola bilər, gələn dəvəti qəbul edən olsun. Həmin oyunçunu saxlamağa maddi durumumuz imkan verməyəcək. Heyətə yeni oyunçu dəvət etmək üçün də müəyyən maaş ayırmalıyıq. Bizim isə buna imkanımız yoxdu. İndiki heyətdə yer alanlar təmənnasız oynayırlar. Hansısa qurum cüzi miqdarda maddi yardım göstərsə, nəticələrimiz yüksək olacaq. Ümidimizi itirməmişik. Sponsor tapmasaq belə, Mehdiabad qəsəbəsini sona qədər layiqincə təmsil etməyə çalışacağıq”.
Təsəvvür edin, yüksək liqa təmsilçisi hazırlıq bir yana, həftəlik məşq belə keçə bilmir: “Bir məsələni mütləq qeyd etməliyəm. 2014-cü ildən bəri birinci liqada 3-cü, yüksək liqada isə 4-cü yeri tutmuşuq. Ancaq bu illər ərzində heç vaxt mütəmadi məşqlər keçməmişik. Çünki belə bir şəraitimiz olmayıb, indi də yoxdu. Uşaqlar fərdi qaydada hazırlaşıblar, öz dost-tanışları ilə birgə keçirilən oyunlarda iştirak ediblər. Ancaq matçdan bir gün əvvəl bir yerə toplaşıb, necə oynayacağımızı kağız üzərində izah etmişik. Bu dəfə də vəziyyət dəyişməyib. Yəni bu qədər çətinliyə baxmayaraq, komanda keçirdiyi bütün qarşılaşmalarda sona qədər müqavimət göstərib, təslim olmayıb. Oyunlar vaxtı topun tez-tez meydandan çıxmasına və vaxt udmağımıza, dincəlməyimizə də razı olmamışıq. Ona görə bizim iştirakımızla keçən görüşlər, adətən, tez başa çatır. Yəni təmiz oynamağa çalışırıq. Bu cür komandaya heç kimin kömək etməməsi, arxa durmaması adamı mənən ağrıdır”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Bütün xəbərlər
Ən çox oxunanlar