11 yan 21:35olke

Rövnəq Abdullayevin diqqətinə!

Rövnəq Abdullayevin diqqətinə!
5 paytaxt təmsilçisinə 2 bölgə komandası qədər maraq yoxdu
Belə baxanda, Azərbaycan çempionatı gərginliyinə və oyun səviyyəsinə görə heç də pis təsir bağışlamır. Rusiya və Ukrayna çempionatını çıxsaq, digər MDB ölkələrinin çempionatları premyer-liqamızla ayaqlaşa bilmir. Əbəs yerə “avrokuboklar çempionatın güzgüsüdü” demirlər ki. Son 5 ildə “Neftçi”, “Qəbələ” və “Qarabağ” Avroliqanın qrupunda üst-üstə 6 dəfə çıxış edib. Ağdamlılar hətta daha artığını edib, Çempionlar Liqasının qrupuna yüksəldi. Yəni dünyanın istənilən ortabab futbolçusu Azərbaycanda çıxış etməyə ağız büzə bilməz.
Sadəcə, bir böyük dərdimiz – azarkeş sayının azlığı - var ki, illərdi buna çarə tapılmır. Düzünə qalsa, “peraşki” dövründə ölkə futboluna maraq indikindən yüksək idi. İnternet dövrü gəldi, oyunlar televiziya vasitəsi ilə canlı yayınlanmağa başladı, təmsilçilərimizin avrokuboklardakı uğurlu çıxışı daxili birinciliyə marağı öldürdü – bütün bunlar bir çox futbolsevərin stadiona gedən ayağını “kəsdi”. Bu mənada “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “böyük oyun”un tarixə qovuşmasını da qeyd etməliyik.
İstənilən halda, azarkeş sayı ilə bağlı durum ürəkaçan deyil. Rəqəmlərin yaratdığı biabırçı statistik vəziyyətə vaxtilə ölkəmizdə legioner həyatı yaşamış futbolçular dəfələrlə toxunub, bəziləri Azərbayacana gəlmək istəməməsini sırf azarkeşsizliklə əlaqələndirib. Budəfəki yazıda premyer-liqanın ilk yarısında qeydə alınan rəqəmlərə göz gəzdirib, müəyyən nəticələr çıxardıq.
Oyunbaşına 2262 nəfər düşür
Əvvəla ondan başlayaq ki, 14 turdakı 56 oyunu ümumilikdə 126670 nəfər izləyib. 14 tura böləndə, hərəsinə 9047 nəfər düşür. Oyunbaşına isə 2262 nəfər edir. Turlar üzrə statistik göstərici belədi:
1-ci tur – 7526 azarkeş
2-ci tur – 6300
3-cü tur – 8100
4-cü tur – 4153
5-ci tur – 5120
6-cı tur – 3900
7-ci tur – 6575
8-ci tur – 3870
9-cu tur – 12550
10-cu tur – 10050
11-ci tur – 17400
12-ci tur – 15500
13-cü tur – 11626
14-cü tur – 13950
Rəqəmlərdən də göründüyü kimi, ən çox futbolsevərin əziyyət çəkib stadiona təşrif buyurduğu 11-ci tur olub. Həmin 17400 nəfər noyabrın 4-5-də arenaların yolunu tutub. 6-cı turdakı durum isə faciəvidi. 4 oyuna ümumilikdə 3870 nəfər canlı baxıb. Bunun 1300-ü “Sumqayıt” – “Qəbələ” oyununa təsadüf edib.
Bölgələrdə “Kəpəz”in ev oyunları...
Ən çox azarkeşin izlədiyi oyun 11-ci tura təsadüf edib. “Kəpəz”in Gəncədə “Qarabağ”a 0:2 uduzduğu qarşılaşmada tribunalarda 13300 tərəfdar olub. Yerli azarkeşlərin Çempionlar Liqasının qrupunda çıxış etmiş rəqibi canlı izləmək istəyi başadüşüləndi. Buna yaxın rəqəmlər də məhz qərbin paytaxtında qeydə alınıb.
Kəpəz – Sumqayıt – 9500
Kəpəz – Səbail – 9300
Kəpəz – Qəbələ - 8500
Kəpəz – Neftçi – 8000
...paytaxtda “Neftçi” – “Qarabağ” duelləri
Bölgələrdə futbola olan maraq haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Futbolla yeni-yeni maraqlanmağa başlayanlar da vəziyyətlə tanışdı. Paytaxtda ən çox azarkeş toplayan oyun isə çempionatın açılış turuna təsadüf edib. “Neftçi” – “Qarabağ” matçında “Bakcell Arena”ya 4800 nəfər təşrif buyurub. Maraqlıdı ki, buna yaxın rəqəmlərdə də “ağ-qaralar”ın adı var.
Qarabağ – Qəbələ - 4200
Neftçi – Sumqayıt – 4000
Keşlə - Kəpəz – 4000
Qarabağ – Neftçi - 3500
Keşlə - Neftçi – 3500
“Qəbələ”nin haqq etmədiyi say
Maraqlıdı ki, ən az azarkeşin baxdığı matç bölgədə baş tutub. Həm də bölgə təmsilçilərinin oyununda. 7-ci turdakı “Qəbələ” – “Kəpəz” qarşılaşması zamanı stadionda vur-tut 175 tərəfdar olub. Ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış etmiş, bu gün çempionluğa namizədlərdən olan “Qəbələ”nin yerli camaat tərəfindən bu cür “hörmətə” layiq bilinməsi ürəkağrıdan mənzərədi. Buna yaxın rəqəmlər isə “Səbail”in “hesabındadı”.
Səbail – Neftçi – 200
Səbail – Qəbələ - 200
Səbail – Keşlə - 250
Yaxşı ki, gəncəlilər var
Keçək yazının “yağlı” hissəsinə. İllərdi danışılan bölgə - paytaxt rəqabətinə. Çempionatda bölgədən cəmi iki iştirakçı var: “Qəbələ” və “Kəpəz”. Birincilər bütün oyunlarını “doğma divarlar” arasında keçirdiyi halda, gəncəlilər örtüyün yenilənməsinə görə 3 ay gözləməli oldu. Belədə cəmi 6 oyunu baş tutdu ki, onlardan 1-i Yevlaxda oynanıldı. Başqa cür desək, gəncəli fanatlar sevdikləri komandanı cəmi 5 halda Gəncədə iş başında görüb. Bu 13 oyunu üst-üstə 60275 nəfər izləyib. Bu göstəricidən cəmi 9675-i “Qəbələ”nin payına düşür. Qalan 50600 nəfər “Kəpəz”in azarkeşləri olur. Bu isə o deməkdi ki, ümumi azarkeş sayının – 126670-in təxminən yarısı bölgələrin hesabındadı. Qısası, bölgələrdə keçirilən həmin 13 oyunun ümumi azarkeş sayı Bakıda və Sumqayıtda baş tutan 43 oyundakı tərəfdarların sayı ilə aşağı-yuxarı eynidi.
“Səbail” kimə lazımdı?
“Sumqayıt” ekvator xətti kimidi. Nə paytaxta aiddi, nə də bölgə saya bilirik. Bakıyla rayonların arasında yerləşir. Ona görə də “kimyaçılar”ın göstəricilərini heç birinə aid etmirik. “Kapital Bank Arena”da keçirilən 6 oyunu ümumilikdə 7952 nəfər izləyib. Bu da orta hesabla 1325 edir.
Bakıda və Bakıətrafı qəsəbələrdə baş tutan 37 qarşılaşmada stadionlara 58443 nəfər gəlib. Gəncəylə Qəbələdəkindən az. Ümumi sayda üstünlük “Qarabağ”ın tərəfindədi. Ağdamlılar evdə 8, “Neftçi” 6 oyun keçirdiyindən, ortalama göstəricidə “ağ-qaralar” önə keçir. “Səbail”in vəziyyəti isə ürək ağrıdır. Debütant demək olar, azarkeşsizdi. 8 ev oyununu vur-tut 2753 nəfər izləyib ki, onlardan yarısı qonaq fanatlar olub. Deyək ki, ev oyunlarının “Dalğa Arena”da keçirilməsi müəyyən mənada təsirini göstərib. Bəs 14-cu turda “Bayıl Arena”da baş tutan görüşü cəmi 350 azarkeşin izləməsinə nə deyək?
oyun sayı ümumi say ortalama
Kəpəz 6 50600 8430
Qarabağ 8 19200 2400
Neftçi 6 15320 2553
Keşlə 8 13120 1640
Sumqayıt 6 7952 1325
Qəbələ 7 9675 1382
Zirə 7 8050 1150
Səbail 8 2753 344
Rəqəmlər üzərində “gəzişəndən” sonra əlavə şərhə ehtiyac qalmır. Vaxtilə lənkəranlı azarkeşlərin ölkə futboluna göstərdiyi marağı bu gün gəncəlilər nümayiş etdirməkdədi. Həm də hansı komandaya. Məğlubiyyətləri sıralayana, turnir cədvəlində sonuncu olana. Rövnəq Abdullayev hər nə qədər sponsorsuzluqdan gileylənsə də, yaxın ətrafının maliyyə ayırdığı “Səbail”in vəziyyətinə baxmaq yetər. Bakının “yağlı” rayonunu təmsil edən komandanı dəstəkləyən yoxdu. 5-10 nəfərdi ki, onlar da ya muzdlu azarkeşlərdi, ya da hansısa futbolçuların yaxınlardı. Odu ki, Topaz premyer-liqası paytaxtdan kənara çıxana qədər azarkeş marağından, intriqadan danışmaq artıqdı. Sadəcə, “bizim ölkədə də futbol var” görkəmini yaratmaqdı bugünkü durum.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar