11 yan 21:31olke

Ozobiç Təmkinin “Qəbələ”yə xeyir verəcəyini düşünür

Ozobiç Təmkinin “Qəbələ”yə xeyir verəcəyini düşünür
“Nə qədər yaxşı futbolçu olsan da, zədələnəndə geri düşürsən”
“Qəbələ”nın yarımmüdafiəçisi, mövsümün ilk yarısını zədə səbəbindən boşa verən Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib. 27 yaşlı futbolçu xorvat həmkarlarımıza “qırmızı-qaralar”ın Türkiyə toplanışı barədə danışmaqla yanaşı, 2018-lə bağlı hədəflərindən söhbət açıb.
- Fasilədən lazımınca yararlana, istirahət edə bildin?
- Bəli, çox gözəl dincəldim. İstirahət dönəmində daha çox evdə ailəmlə birlikdə oldum.
- Antalya toplanışı necə keçir? Ordakı şərait ürəyincədi?
- Toplanış yaxşı keçir, komanda intensiv şəkildə çempionatın ikinci yarısına hazırlaşır. Şəraitə gəlincə, hər şey yüksək səviyyədədi. Həm qaldığımız otelə, həm də məşq etdiyimiz meydançalara söz ola bilməz. Bu gün (dünən) ilk yoxlama oyununu keçirəcəyik. Məşqlərlə yanaşı, sınaq görüşləri də komandaya xeyirlidi. Çünki baş məşqçi bütün futbolçulara şans verib, çatışmazlıqları görmək şansı əldə edir.
- “Qəbələ”nin yanvara qədər çıxışını necə dəyərləndirirsən?
- Mən futbolçuyam və bu suala cavab verməyim düz çıxmaz. Mövsümün ilk yarısı ilə bağlı dəyərləndirməni klub rəhbərliyi apara bilər.
- Qış fasiləsində Ekiqo Ehiosun, Deyv Bultuis, Endi Hallidey, Tellur Mütəllimov, Aqil Məmmədov və Roman Hüseynov komandadan ayrıldığı halda, hələlik yalnız Təmkin Xəlilzadə transfer olunub. Bu, komandaya necə təsir göstərəcək?
- Bəli, heyətdə dəyişikliklər oldu. Bunu normal hal kimi qiymətləndirirəm. Digər komandalar da bəzi futbolçularla vidalaşıb, yerinə yeniləri gətirirlər. Hələlik yeganə transferimiz olan Təmkini Azərbaycana gələndən tanıyıram, oyununu görmüşəm. “Zirə”nin aparıcı futbolçularından biri idi. Əminəm ki, “Qəbələ”yə də xeyir verəcək.
- Zədə üzündən çempionatın ilk yarısında çox oynamaq şansı qazanmadın. Qış fasiləsindən sonra əsl Ozobiçi görə biləcəyikmi?
- Düzdü, zədə mənə mane oldu. Amma belə şeylərə sakit yanaşıram. Qış fasiləsindən sonra əsl gücümü göstərib, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Əsas odu ki, yenə zədə olmasın. Bunu heç bir futbolçuya arzulamıram. Çünki nə qədər yaxşı futbolçu olsan da, zədələnəndə geri düşürsən.
- “Qəbələ”nin qış fasiləsindən sonra əsas hədəfi nə olacaq: çempionatda “Qarabağ”ı qabaqlamaq, yoxsa ölkə kubokunu qazanmaq?
- Çempionatla kuboku bir-birindən ayırmaq istəmirəm. Çünki bu bizə mane ola bilər. Hər oyuna qələbə üçün çıxmalıyıq. Bütün görüşlərə yüz faiz köklənmək lazımdı. Yalnız bu halda istəyinə çata bilərsən.
- 2018-ci ildə karyeranla bağlı şəxsi hədəfin nə olacaq?
- Ötən ilin sonunda komanda əla forma yığmışdı və bunun hesabına yaxşı nəticələr qazandı. Həmin tempi yeni ildə də davam etdirmək lazımdı. Çempionatın ikinci yarısına start böyük önəm daşıyır. Necə başlayacağından çox şey asılıdı. Əsas odu ki, komanda yaxşı oyununu davam etdirsin. Bunu bacarsaq, qalan şeylər özü gələcək.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Bütün xəbərlər
Ən çox oxunanlar