10 yan 23:26olke

Ayaz Quliyev Elxan Məmmədovla söhbətin detallarını açıqlamadı

Ayaz Quliyev Elxan Məmmədovla söhbətin detallarını açıqlamadı
“Futbolçu meydanda “artırır”, baş məşqçinin yanında oturub, skamyanı isitməklə yox”
O Rusiyada doğulsa da, əslən azərbaycanlıdı. Moskva “Spartak”ının yetirməsi olan soydaşımız “xalq komandası”nın qapılarını döyəndə cəmi 6 yaşı olub. Vaxt ötdükcə bütün yaş qruplarını uğurla adlayıb “qırmızı-ağlar”ın əvəzedici heyətinədək yüksəlməyi bacarıb. Klubdakı uğurlu çıxışı yığma komandanın məşqçilərinin də diqqətindən yayınmayıb. İlk dəfə U-16-nın formasını geyinən gənc artıq Rusiya U-21-nin də əvəzolunmaz isimlərindən biridi. 2015-ci ildə isə U-19-un heyətində Avropa çempionatının gümüş medalına sahib çıxıb. Yəqin ki, söhbətin kimdən getdiyini başa düşdüz. Bu gənc AFFA-nın israrla yığmaya gətirmək istədiyi Ayaz Quliyevdi. Hələ ki Rusiyanın ən titullu komandasının əsas heyətinə düşməkdə çətinlik çəkən Ayaz 2017-ci ildə “Anji”yə icarəyə verilmişdi. Ötən il martın 13-də Rusiya premyer-liqasında debüt edən soydaşımız mövsümlərarası fasiləyə kimi Dağıstan təmsilçisinin heyətində 11 oyuna çıxmışdı. Quliyevin oyunundan razı qalan klub rəhbərliyi yeni “futbol ili”ndə də yarımmüdafiəçinin xidmətində maraqlı olduğundan icarə müddətini uzatmağı lazım bildi. Ancaq 2017-nin dekabrında, müqavilə müddəti başa çatmamış Ayaz Mahaçqaladan ayrılaraq, yenidən “Spartak”a döndü. “Anji”dən ayrılma səbəbini, Azərbaycan millisi ilə bağlı planlarını öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün 21 yaşlı yarımmüdafiəçi ilə danışmağı lazım bildik.
- “Anji”dən ayrılmağın bir qədər gözlənilməz oldu. Moskvaya dönməyinin səbəbini bilmək istərdik?
- Müqavilə müddəti başa çatmadan klubdan ayrılmışamsa, deməli, ortada nəsə məni qane etməyən səbəb var. Hansı futbolçu özünü suda balıq kimi hiss etdiyi yerdən ayrılar? Açığı, “Anji”dən getməyimin əsas səbəbi meydana az çıxmağım idi. Ötən mövsüm yetərincə oyun şansı qazanırdım. Mahaçqaladakı durumum məni qane edirdi. Ona görə də yeni mövsümün əvvəlində onların icarə təklifinə “hə” cavabı verdim. Ancaq bu dəfə mənə qarşı münasibət bir qədər dəyişdi. Ola bilsin, yeni gələn baş məşqçi özünün tanıdığı oyunçulara daha çox oynamaq şansı vermək istəyirdi. Futbolda belə hallara tez-tez rast gəlinir. Ona görə də o qədər də həvəsdən düşmürəm. Bilirəm ki, mənim ehtiyatda qalmağım zəif oynamağımdan irəli gəlmirdi.
- Hazırda “Spartak”ın düşərgəsindəsən. Necə fikirləşirsən, Massimo Karrera səni saxlayacaq, yoxsa yenidən başqa kluba icarəyə veriləcəksən?
- Böyük ehtimalla, yenidən icarəyə göndəriləcəm. Düzdü, ortada hələ konkret heç nə yoxdu. Heç bir klubla nə danışığım olub, nə də hansısa müqaviləyə imza atmışam. Ancaq görünən odu ki, “Spartak”da qalmayacam. Yaxın vaxtlarda artıq klublar təlim-məşq toplanışlarına başalayacaqlar. Ona görə də tezliklə bu məsələ ilə bağlı yekun qərar verilməlidi. 5-10 günə bütün suallara aydınlıq gələcək.
- İcarəyə veriləsi olsan, həmin klub elita təmsilçisi olacaq, yoxsa birinci divizionada da top qova bilərsən?
- İnşallah, premyer-liqa klubu olar. Ən azı ortabablardan birinin şərəfini qoruya bilərəm. Divizion barədə düşünmürəm.
- Hazırda “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov da “Spartak”ın yetirməsidi. O bir müddət “qırmızı-ağlar”ın əsas heyətində çıxış etdikdən sonra müxtəlif klublara icarəyə verildi. Son dayanacaq isə Azərbaycan klubu oldu. Eyni aqibətlə üzləşəcəyindən çəkinmirsən?
- Emini yaxından tanıyıram. Ümid edirəm mənim karyeram daha uğurlu alınar (gülür). İndi “Spartak”da çox güclü kollektiv formalaşıb. Gəlin unutmayaq, söhbət son Rusiya çempionundan gedir. Kollektivdə yer alan oyunçuların əksəriyyəti milli üzvləridi. Ona görə də mənim kimi gənclərə heyətə düşmək bir qədər çətindi. “Spartak”ın heyətində ehtiyat oyunçular skamyasında oturub paslanmaqdansa, başqa komandada oynayıb oyun təcrübəsi qazanmaq daha məqsədəuyğundu. Futbolçu meydanda “artırır”, baş məşqçşinin yanında oturub, skamyanı isitməklə yox.
- Ümumiyyətlə, “Spartak”da sənə münasibət necədi?
- Həm rəhbərlik, həm də futbolçularla münasibətim yüksək səviyyədədi. Mən futbola kiçik yaşlarımdan “Spartak”ın akademiyasında başlamışam. Bütün yaş qruplarında oynadığımdan, demək olar, hamı məni tanıyır. Heç vaxt özümə qarşı ayrı-seçkilik görməmişəm. Əksinə, həmişə hörmətlə yanaşıblar.
- Böyük ehtimalla, fasilədən sonra başqa kluba gedəcəksən. Bu arada Azərbaycan klublarından təklif alsan, dəyərləndirə bilərsən?
- Düzünü desəm, çətin sualdı. Hələ bu haqda düşünməmişəm. Heç bilmirəm, nə cavab verim. Konkret təklif olsaydı, klubun iddiasına, şəraitinə, müqavilənin şərtlərinə baxıb fikir bildirə bilərdim. Ancaq ortada konkret heç nə olmadan danışmaq bir qədər dumanda gözdən itən adama daş atmağa bənzəyir. Bilmirsən atdığın daş həmin şəxsə dəyəcək, ya yox.
- Yəqin ki, Azərbaycan millisində baş məşçqçi dəyişikliyinin olduğundan xəbərin var.
- Əlbəttə. Mətbuatı yaxından izləyirəm və bilirəm ki, Robert Prosineçkidən sonra millini Qurban Qurbanov çalışdıracaq. Onun “Qarabağ”da gördüyü işlər haqda da məlumatlıyam. Çempionlar Liqasının qrupunda oynayan komandaya Rusiyada da böyük maraq var. Qrupdan çıxa bilməsələr də, Madrid “Atletiko”su kimi nəhənglə hər iki oyunda başabaş mübarizə apardılar.
- Yığmanın yeni çalışdırıcısı ötən ay təşkil olunan mətbuat konfransında başqa futbolçular kimi sənin də çıxışını yaxından izlədiyini söylədi. Qurban bəy səninlə əlaqə saxlayıb?
- Mətbuat konfransında səsləndirdiyi fikirlərlə tanışam. Ancaq onunla heç vaxt danışmamışam. Bir neçə ay əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov mənimlə əlaqə saxlamışdı. Müəyyən məsələlər barədə danışdıq.
- Heç şübhəsiz, əsas söhbət milliyə gəlməyinlə bağlı olub...
- Gəlin, bu məsələyə toxunmayaq. Bu iki nəfərin arasında olan söhbətdi və onun kənara çıxmasını istəmirəm. Təbii ki, söhbət əsnasında bu mövzuya da toxunduq.
- Və?
- Hələ ki bu məsələ mənim üçün bağlıdı. Açığı, indi bu haqda düşünmürəm. Gələcəkdə hansı qərar verəcəyimi zaman göstərəcək.
- Qərar verməyə sənə nə mane olur?
- Əslində heç nə. Sadəcə, tələsmək istəmirəm.
- Bəs valideynlərin bununla bağlı sənə nə deyir?
- Onlar mənim işimə qarşımırlar. Düzünü desəm, evdə, ailənin yanında olanda müəyyən söhbətlər olur. Ancaq onlar seçimi öz öhdəmə buraxıblar. Çünki bu qərar sabah karyerama təsir göstərə bilər. Belə deyək, belə ağır məsuliyyətin altına girmək istəmirlər.
- Rusiya futbol ictimaiyyəti hələ də Ramil Şeydayevi əldən verdikləri üçün özlərini bağışlamırlar. Bəlkə sənə eyni addımı atmamaq üçün müəyyən təzyiqlər olunur?
- Heç bir təzyiqdən söhbət gedə bilməz. Qərar verməkdə müstəqiləm.
- Qış tətilini Moskvada keçirdin, yoxsa xaricə yollanmışdın?
- Moskvada ailəmin yanında oldum. Artıq istirahəti başa vurub məşqlərə başlamışam.
- Niyə istirahət vaxtı Azərbaycana gəlmədin?
- Düzü, gəlmək istəyirdim. Azərbaycanda, Bakıda, eləcə də Rusiyanın əksər şəhərlərində çoxlu qohumlarımız var. Qohum sarıdan bəxtim gətirib. Harasa getsəm, qalmağa yerim var (gülür). Ancaq istirahət edə-edə müalicə aldığımdan bu istəyimi reallaşdıra bilmədim. Xeyli vaxt idi ki, kürəyimdə ağrılar var idi. Fürsətdən istifadə edib müayinə olundum, həkimlərin nəzarəti altında bərpa prosesi keçdim. Ümid edirəm ki, yaxın vaxtlarda fürsət tapıb Bakını gəzməyə gələcəm.
RƏŞAD
P.S. Günün ikinci yarısında Ayaz Quliyev bizimlə əlaqə saxlayıb, böyük ehtimalla, karyerasını Rusiya premyer-liqasının digər təmsilçisi “Rostov”da davam etdirəcəyini bildirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar