10 yan 23:06olke

Tellur “Zirə”də daha az maaşa oynayacaq

Tellur “Zirə”də daha az maaşa oynayacaq
“Mən də eşitmişəm ki, “Qəbələ” Xəlilzadəyə görə 100 min ödəyib”
“Qəbələ” və “Zirə” çempionatda medallar uğrunda mübarizə aparsa da, gərgin rəqabətə girişsələr də, aralarında futbolçu mübadiləsi tez-tez olur. Paytaxt klubu elitadakı ilk mövsümündə “qırmızı-qaralar”dan Sadiq Quliyevla Tellur Mütəllimovu icarəyə götürmüşdü. Anar Nəzirov da “Zirə”yə məhz “Qəbələ”dən yollanmışdı. Elvin Məmmədov isə əks marşrut üzrə hərəkət etdi. Bu qışda da bir-biriylə “alış-veriş” etdilər. Təmkin Xəlilzadə “Qəbələ”nin yolunu tutdusa, “Zirə” bölgə təmsilçisindən Tellur Mütəllimovu qopartdı. 2015/16 mövsümündə icarə əsasında oynadığı kluba qayıdan xaçmazlı futbolçu ilə danışmağı məqsədəuyğun saydıq.
- “Zirə”yə keçidin ani oldu?
- Bəli, gözlənilməz transfer idi. Birdən-birə alındı. Danışıqlar aparıldı və keçid reallaşdı.
- Bu keçidə razı idin, ya məcburi atılmış addım idi?
- Oynaya biləcəyim komandaya keçmək istəyirdim. Elə alındı ki, anidən “Zirə” variantı ortaya çıxdı.
- Ötən mövsüm çempionatda 4 qola imza atmışdın. “Qəbələ”də işlərin qaydasında gedirdi. Bu mövsüm geriləmənin səbəbi nədi?
- Zədəyə görə gerilədim. Çempionatın əvvəllərində sıradan çıxdım. Sonradan formaya düşənə kimi mövqeyimi itirdim.
- Təmkin Xəlilzadə ilə yer dəyişdiz. Bu əvəzetmənin yekununda “Qəbələ” hazırkı klubuna müəyyən qədər vəsait ödədi. Bu sövdələşmədən belə çıxır ki, həmkarın səndən daha çox qiymətləndirilib. Özünü Təmkindən zəif sayırsan?
- İşin maliyyə tərəfini bilmirəm. Mən də eşitmişəm ki, “Qəbələ” Xəlilzadəyə görə 100 min ödəyib. Bu söhbətin mənə aidiyyatı yoxdu. Fikrim, sadəcə, oynamaq idi. Bu üzdən istənilən kluba keçməyə hazır idim. Şükürlər olsun, istədiyim kimi də alındı. Mənə kimdənsə güclü və ya zəif olmağım maraqlı deyil. Heç belə şey haqda fikirləşməmişəm. Diqqətimi ancaq oyunuma ayırmışam.
- Məhz “Zirə”də premyer-liqa təcrübəsi toplayıb “Qəbələ”yə yollanmışdın. Yenidən paytaxt klubunda uğurlu çıxış edəcəyini gözləyirsən?
- Gözləyək, görək o dəfəki kimi alınacaqmı. İstərdim burda təcrübəmi artırıb, daha da irəli gedim. Xeyirlisi olsun.
- Fərq ondadı ki, indi komandanı Adil Şükürov yox, Ayxan Abbasov çalışdırır...
- Ayxan müəllim çox gözəl məşqçidi. Məşqlərə yeni başlamışıq. Tədricən yüklənmə olacaq. Hələ ki yüngül hazırlıq gedir.
- Yəqin ki, “Zirə”də daha az maaşa oynayacaqsan, elədimi?
- Bunu açıqlamaq istəmirəm. Əməkhaqqımı söyləməyim doğru olmaz. Ancaq “Qəbələ”də aldığım qədər maaş olmayacaq (gülür).
- “Zirə” doğma meydanda oyunlarını sintetik örtükdə keçirir. Mövsümün gedişində əksər hazırlıq prosesi süni örtükdə baş tutacaq. Bu da zədə riskini artırır. Bu vəziyyət səni narahat edir?
- Süni qazon təbii örtüklə müqayisədə pisdi. Ancaq daha öncə “Zirə”də icarə əsasında çıxış edəndə meydana öyrəşmişdim. Zədəm də olmurdu. İnşallah, bu il də öyrəşərəm. Bir gün otda, bir gün sintetikada məşq etsən, zədələnmək ehtimalın artar. Ancaq davamlı eyni qazon üzərində hazırlıq keçəndə şəraitə alışırsan.
- Əsl mövqeyin yarımmüdafiənin cinahı olsa da, daha çox müdafiəçi kimi oynamısan. Sənə harda oynamaq daha rahatdı?
- Mənim üçün elə də fərqi yoxdu. Müdafiənin cinahında yer alanda da hücumlara tez-tez qoşuluram.
- Sağ cinahda çıxış etsən də, Təmkinin “Qəbələ”yə gedişindən sonra “Zirə”nin sol cinahında çatışmazlıq yaranıb. Ayxan Abbasov səni hansı cinahda oynatmağı planlaşdırır?
- Mənə harda şans versə, orda əlimdən gələni edib, layiqincə oynamağa çalışacam.
- Yəqin ki, sabiq komandanla oyunlarda özünü daha çox sübut etməyə çalışacaqsan?
- Bəli. İstər-istəməz həmin görüşlərdə motivasiya artır. Ancaq bütün qarşılaşmalara motivasiyalı çıxacam. Çünki çoxdandı meydana çıxmıram. İndidən özümdə həmin motivasiyanı hiss edirəm. Əsas odu ki, zədədən uzaq olaq.
- “Zirə”nin mövcud heyətlə neçənci yeri tutacağını düşünürsən?
- Bunu mən necə deyim? Allah bilən məsləhətdi. İnşallah, yaxşı olar. Çalışacağıq ki, ən yüksək yer uğrunda mübarizə aparaq. Çempionatda zəif komanda yoxdu. Bu üzdən proqnoz vermək çətindi.
- 22 yaşın var və karyeranın inkişaf dövrünü yaşayırsan. Özünü yığmada oynamağa hazır sayırsan? Yoxsa Qurban Qurbanovdan dəvət almaq üçün daha da “artırmalısan”?
- İlk düşündüyüm şey klubumda mümkün qədər çox oynamaq və formamı bərpa etməkdi. Yaxşı oynasam, yığmaya çağırıla bilərəm. Qurban müəllim çağırsa da sağ olsun, çağırmasa da. Layiq bilsə, dəvət göndərəcək. Milliyə çağırmasa, deməli, məlum olacaq ki, hələ üzərimdə daha çox işləməli və “artırmalıyam”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Bütün xəbərlər
Ən çox oxunanlar