10 yan 22:40olke

“Araz” hazırlığa başladı

“Araz” hazırlığa başladı
Xətai Bağırov yeganə xal itkisinin sirrini açıqladı
Gözlənildiyi kimi, mövsümün ilk yarısını lider tamamlayan “Araz” qış hazırlığına da hamıdan erkən başladı. Belə ki, Naxçıvan təmsilçisi dünən bərpa məşqlərinə start verdi. Çalışmalara baş məşqçi Joze Alesio da Silva özü rəhbərlik edir. Braziliyalı mütəxəssis vətənindən şənbə günü dönüb. Bu yerdə bir məqamı vurğulayaq. Alesio əvvəlki illərdə adətən Bakıya deyilən vaxtdan gec qayıdır, müxtəlif bəhanələrlə bir-iki gün “xaltura” edirdi. Görünür, qarşıda ciddi sınaq olduğunu onun diqqətinə çatdıran Futzal Federasiyası məşqçiyə qəti xəbərdarlıq edib. Komanda məşqlərə tam heyətlə başlayıb. Braziliyalılar Eduardo, Tyaqo və Qallo yeni il tətilini Braziliyada yox, yaxın məkanlarda keçirdiklərindən Bakıya da erkən dönüblər.
“Araz” 3 gün Bakı İdman Sarayında bərpa məşqi keçəcək. Dünənki məşq saat 16.00-da başlayıb və 2 saat davam edib. Komanda ayın 10-dan sonra müxtəlif məkanlara üz tutacaq. İlk mərhələdə “topu hiss edəcək” komanda növbəti bir həftə fiziki çalışmalara üstünlük verəcək ki, bu məqsədlə ADBTİA, eləcə də “ABU Arena” uyğun bilinib. Fiziki məşqləri təcrübəli mütəxəssis Namiq Quliyev keçəcək.
Bu arada “Araz”ın və millinin üzvü Xətai Bağırov Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibə verib. Təcrübəli futzalçı maraqlı məqamlara toxunub, “Neftçi” ilə oyundakı xal itkisinin sirrini açıqlayıb.
- “Araz”ın ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?
- Fasiləyə zirvədə yollanmışıqsa, deməli, istəyimizə nail olmuşuq. “Neftçi” ilə birinci dövrədə baş tutan qarşılaşmaya yaxşı hazırlaşmamışdıq. Buna görə də xal itkisi ilə üzləşdik. Qalan oyunların hamısında qalib gəlmişik.
- “Neftçi” ilə görüşdə yaxşı hazırlaşmamağın, yoxsa saymazyana yanaşmanın güdazına getdiz?
- Yaxşı hazırlaşmamışdıq. Əvvəlki turda qırmızı vərəqə alıb cəzalı duruma düşən, zədə üzündən qarşılaşmanı buraxan oyunçularımız var idi. Bu amillər təsirini göstərdi.
- Demək olar ki, “Araz” bu məsafəni birnəfəsə qət etdi?
- Nəyi demək istədiyini anladım. Heç nə asan olmadı. Çətinlik çəkdiyimiz oyunlar da oldu. Əvvəlki kimi rahat oynaya bilmirik. Məsələn, ötən il əksər qarşılaşmalarda 10-15 qol vururduq, indi buna az nail oluruq. Olanda belə, oyun birtərəfli keçmir. Komandalar bu il yaxşı hazırlaşıb. Bu da nəticələrdə özünü göstərir.
- Hansı komandanı güc baxımından “Araz”a yaxın hesab edirsən?
- Bu, komandanın oyuna hazırlaşmağından asılıdı. Məsələn, “Neftçi” bu mövsümü yaxşı keçirmir, amma bizimlə görüşdə əla çıxış etdi, nəticə də qazandı. Halbuki ikinci pillədə yer alan “Marafon”du və hər iki qarşılaşmada onları udmuşuq. Yenə deyirəm, burda əsas məqam oyuna hazırlıqla bağlıdı.
- Turnir cədvəlinin bu şəkildə qurulacağını düşünürdün?
- Gözlədiyim kimi deyil. Birincisi, özümüz 100 faizlik nəticə qazanmamışıq. “Ekol”un, “Neftçi”nin üst sıralarda yer alacağını düşünürdüm, ancaq debütant “Marafon” onları qabaqladı. Halbuki “Marafon”dan bu nəticəni gözləmirdim. Belə olması onun göstəricisidi ki, çempionatda rəqabət artıb. Yeni gələn komandalar yarışa maraq qatıb. İstərdim iştirakçı komandaların sayı 10 olsun, tura yaxşı hazırlaşaq və bu, UEFA kubokundakı çıxışımıza müsbət mənada təsir etsin. Meydana çıxanda rəqibin təhlükəli olduğunu hiss edirsənsə, deməli, matç gərgin və maraqlı keçəcək. Bunu hiss etdirəcək komandaların sayının çox olmasını istərdim.
- Hazırkı səviyyə qane etmir?
- Cari mövsümdəki gərginlik, oyunlarda sürətin bir qədər artmasını hiss etdik. Düzdü, “Araz” ilk dəfə UEFA kubokunda mübarizəni bu mərhələdə dayandırdı. Ancaq çempionat zamanı ciddi hazırlıq keçməyimizin bəhrəsini meydanda hiss edirdik.
- Avropa çempionatının final mərhələsinin oyunlarına az vaxt qalıb. Əvvəlcə rəqiblərlə bağlı fikrini öyrənmək istərdik.
- İspaniyadan başlayım. Çempionatın ən güclü komandası bizimlə bir qrupa düşüb. Dəfələrlə Avropa, dünya çempionu olublar. Yəni onlar hansı çempionata qatılırsa, o yarışın favoritidilər. Fransanın timsalında ilk dəfə bir komanda birinci mərhələdən final oyunlarına qədər yüksəldi. Deməli, bu ciddi siqnaldı. Xorvatiya kimi komandanı udublar. Halbuki Xorvatiya hər zaman bizi incidən rəqib olub.
- Bu dəfə qrup oyunlarına nisbətən zəif rəqiblə başlaycaqsız. Təqvimi üstünlük saymaq olar?
- Qrupdan çıxmaq məsələsini birinci oyunda həll etmək olar. Bunu etdikdən sonra ispanlarla qarşılaşmaya yaxşı hazırlaşmaq mümkündü. Məncə, məsələni ilk matçda həll edəcəyik.
- Əvvəlki illərlə müqayisədə millinin bir qədər zəif təsir bağışladığı fikri ilə razılaşırsan?
- Milli zəif deyil. Hər şey hazırlıqdan asılı olacaq. Bayaq “Neftçi” nümunəsini elə-belə çəkmədim. İranda keçirilən turnir də göstərdi ki, oyuna lazımi qaydada hazırlaşan komanda məqsədinə çatır.
- Yeri gəlmişkən, fasilə müddətində “Araz” 3 braziliyalı futzalçı ilə yollarını ayırdı. Bu komandanın zəifləməsinə səbəb ola bilərmi?
- Komanda zəifləməyəcək, əksinə, güclənəcək. Gedənlər yaxşı oyunçulardı, ancaq hazırkı heyətimizdə onları əvəzləyəcək futzalçılarımız var. Onların yeri görünməyəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Bütün xəbərlər
Ən çox oxunanlar