07 yan 19:42olke

“Şəmkir”də maliyyə var ki, maliyyə problemi də yaşansın?”

“Şəmkir”də maliyyə var ki, maliyyə problemi də yaşansın?”
Rövşən Əmiraslanov “Konyaspor”un menecerini “asıb-kəsdi”
AFFA-nın xeyir-duası ilə yaranan Region Liqasında mübarizə aparan 24 komanda arasında ən titullusu, heç şübhəsiz, “Şəmkir”di. “Qırmızı-ağlar” iki dəfə ölkə çempionu olmaqla yanaşı, Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi adını ölkə futbolunun tarixinə yazdırmağı bacarıb. Ötən mövsüm birinci dəstənin iddialıları arasında yer alan qərblilərin sabiq prezidenti Elvin Səfərli komandanı başsız qoyub Türkiyəyə qaçandan sonra “Şəmkir”in, ümumiyyətlə, tarixin yaddaşına keçəcəyi gözlənilirdi. Lakin son anda rayon rəhbərliyi komandanı himayəyə götürdü və “qırmızı-ağlar”ın yeni yaranmış liqada çıxışına imkan yaratdı. Ancaq bugünlərdə yayılan söz-söhbətə görə, maliyyə çətinliyi səbəbindən ikiqat ölkə çempionu Region Liqasında çıxışını yarımçıq saxlayıb. Bu məsələyə aydınlıq gətirmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Şəmkir”in baş məşqçisi Rövşən Əmiraslanovla söhbətləşdik. Baş məşqçi söylənilənləri təkzib etdi.
- “Şəmkir”də maliyyə var ki, maliyyə problemi də yaşansın? Futbolçulara maaş nəzərdə tutulub. Ancaq konkret nə qədər əməkhaqqı veriləcəyi bilinmir. Hazırda kollektivdə yer alanların hamısı şəmkirlidi. Komandanın 90 faizi gənclərdən qurulub. Həmin gəncləri də rayon birinciliyindən seçib heyətə cəlb etmişik. Komandada cəmi iki təcrübəli oyunçu var. O ki qaldı Region Liqasından imtina etməyimizə, bu ağ yalandı. Bu günə kimi iki oyun keçirmişik. Düzdü, hər iki qarşılaşmanı uduzmuşuq. Lakin oyun planında rəqiblərdən aşkar geri qalmadıq. Mənə elə gəlir, turdan-tura “artıracağıq”. İki qarşılaşmadan birini səfərdə keçirdik. Qazaxa yollananda futbolçuların qidalanması, onlara yaradılan şərait istənilən səviyyədə idi.
- Komandaya kim sponsorluq edir?
- “Şəmkir” bu gün İcra Hakimiyyətinin himayəsindədi. Konkret desək, Şəmkir Gənclər və İdman İdarəsi bizimlə maraqlanır və lazımi dəstəyi göstərir.
- Bu gün komandaya cəlb olunan gənc və yeniyetmələr arasında perspektiv vəd edənlər var?
- Yalandan deyim ki, bu gün “Şəmkir”ə cəlb etdiyimiz gənclərin əksəriyyəti istedadlıdı, özüm-özümü aldatmış olaram. Aralarında 17, 18 yaşlı iki-üç nəfər var ki, birinci dəstədə normal oynaya bilərlər. Daha üst səviyyəyə qalxmaq üçün isə mütləq üzərlərində işləməli, futbolu bilən normal məşqçinin nəzarəti altında olmalıdılar. Yalnız bu halda gələcəkdə böyük futbolda nəsə edə bilərlər.
- Ötən ay "Konyaspor"un meneceri Cenk Özcan Şəmkirə səfər etmişdi. Mətbuatda Cenk bəyin komandaya baş məşqçi təyin olunduğu yazılsa da, özü qəzetimizə açıqlamasında belə fikrinin olmadığını, “Şəmkir”in klub kimi formalaşmasında yardımçı olmaq üçün gəldiyini söylədi. Kimin xətti ilə Şəmkirə gəlmişdi və onu bura dəvət etməkdə məqsəd nə idi?
- Xatırlayırsızsa, o hələ ötən mövsüm, “Şəmkir” birinci divizionda oynayanda da bura gəlmişdi. Onu bura gətirən ötən il bizim klubda işləmiş İlqar Nəbiyevdi. Ancaq İlqarın hansı məqsədlə türk meneceri Şəmkirə gətirdiyini mən də bilmirəm. Bu günə kimi bu məsələ mənə də qaranlıqdı. Hansı səviyyədə komandaya kömək etmək istəyirlər, planları nədi - bu suallar məni də düşündürür. İki ildi gəlib-gedirlər, ancaq ortada heç nə yoxdu. Hər dəfə gələndə də 5-6 gün qalır, yeyib-içib, çıxıb gedir. Mənə maraqlıdı ki, onun səfər xərcləri kim tərəfindən qarşılanır. Hələ də bilmirəm, onun xərclərini İcra Hakimiyyəti ödəyir, yoxsa İlqar? Xərcləri İlqar qarşılayırsa, marağı nədi? Yox, İcra Hakimiyyəti türk meneceri dəvət edirsə, ondan nə istəyirlər?
- Sonuncu səfər zamanı Cenk bəy rayonun icra başçısı ilə də görüşdü. Sənə elə gəlmir ki, onun səfəri məhz Alimpaşa Məmmədovun dəvəti ilə reallaşıb?
- Açığı, buna inanmıram. Görüşə gəlincə, Alimpaşa müəllim futbolu sevən icra başçılarındandı. O daim “Şəmkir”ə diqqət ayırır. Kim klubla bağlı yeni layihə və ya normal təkliflə onunla görüşmək istəsə, başçının qapıları həmin şəxsin üzünə açıqdı. Ola bilsin, İlqar kimlərinsə vasitəsi ilə türk menecerin başçı ilə görüşmək istədiyində olduğunu ona çatdırıb. O da dəyərli təklifləri dinləməyə hazır olan insandı. Böyük ehtimalla Cenk bəyi də bu üzdən qəbul edib.
- “Konyaspor”un meneceri qəzetimizə açıqlamasında Şəmkirdə olduğu müddətdə aşağı yaş qruplarında çalışan məşqçilərə seminarlar keçdiyini də bildirdi.
- Mən görməmişəm. Həmin vaxt komandada deyildim. Açığı, heç maraqlanmırdım. Çünki hələ ötən mövsüm onlarla aramızda müəyyən söz-söhbət olmuşdu. Sonradan mənə xəbər göndərdilər ki, Cenk bəy artıq Türkiyəyə qayıdıb, gəl, komandanı çalışdır. Bir şəmkirli kimi mən də komkandanın dağılmaması üçün təklifi qəbul etdim.
- Cari mövsümdə Region Liqasında çıxış edən “Şəmkir”i nə vaxt yenidən birinci divizionda və elitada görə bilərik?
- Real danışaq, hazırkı durumu nəzərə alsaq, yaxın illərdə “Şəmkir”i nə divizionda, nə də premyer-liqada görə biləcəyik. Belə münasibətlə yüksək səviyyədə komanda formalaşdırmaq qeyri-mümkündü. Düzdü, məşq etməyə yerimiz, oynamağa meydanımız, məşqdən sonra futbolçuların yuyunması üçün şərait var. Ancaq elita və divizionun şərtləri daha ağırdı. Daha səviyyəli komanda formalaşdırmaq üçün mütləq kənardan oyunçu dəvət etmək lazımdı ki, bu da hazırda qeyri-mümkündü.
- Söhbət əsnasında rayonun icra başçısının futbola marağının olduğunu söylədin. Belədisə, nəyə görə Alimpaşa bəy Şəmkirin iş adamlarını bir araya gətirib komandaya sponsorluq etmələri üçün şərait yaratmır?
- Bu məsələ ilə bağlı müəyyən söhbətlər olub. Hələ onda Region Liqası variantı ortaya atılmamışdı. Kənardan “Şəmkir”ə dəstək olmaq istəyən yetərincə iş adamı var idi. Aralarında başçı ilə görüşənlər də oldu. Sadəcə, bağlı qapılar arxasında hansı söhbətlərin getdiyindən xəbərim yoxdu. Sonda elə alındı ki, komandaya heç kim yaxın durmadı və bütün yük İcra Hakimiyyətinin üzərinə düşdü. Bəzi məsələlər var ki, onu mətbuata çıxarmaq olmur. Müəyyən şəxslər söhbətin nədən getdiyini bilir. Məsləhət bilsələr, özləri mətbuata bununla bağlı açıqlama verərlər. Bizimlə görüşdə Alimpaşa müəllim komandanın dağılmaması üçün yerli uşaqların xidmətindən yararlanmağı məsləhət bildi. Qarşımıza da heç bir hədəf qoyulmayıb. Söhbət zamanı başçı bildirdi ki, 2018-in yayından vəziyyət 180 dərəcə dəyişəcək. “Şəmkir”in normal sponsoru və ciddi məqsədləri olacaq. Biz də bu ümidlə yaşayırıq. İnanırıq ki, yeni ildə klubun bütün problemləri həll olunacaq və “Şəmkir” əvvəlki kimi iddialılar arasında yer alacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar