05 yan 22:22olke

“Kərimin “Kəpəz”dən ayrılması uğursuzluq deyil”

“Kərimin “Kəpəz”dən ayrılması uğursuzluq deyil”
Şahin Diniyev Yunis Hüseynovla bağlı sualdan yayındı
Kərim Diniyev “Kəpəz”dən uzaqlaşdırılandan sonra Gəncədə diniyevlər dönəmi başa çatdı. Yunis Hüseynovun qərarının səbəbini özündən yaxşı bilən olmaz. Hər nə qədər “Kərim oyun planıma uyğun gəlmir” desə də, əsl səbəbin başqa nəsə olduğu mütləqdi. Sələfinin oğlu ilə işləmək istəməyib, vəssalam.
İndiki vəziyyətdə məyusluq keçirən adam Şahin Diniyev olmalıdı. İstənilən iş sahəsində oğula vurulan zərbə birbaşa ataya dəyir. Razılaşaq ki, ən çox narahatlıq keçirən valideynlərdi. Elə bu səbəbdən Şahin bəylə danışıb, fikirlərini öyrənmək qərarına gəldik. Hazırda işsiz olan mütəxəssis zəngimizə cavab versə də, danışmaq istəmədiyini dedi. İsrar edincə “həmişə səmimi olmuşam, amma bu dəfə fikir bildirmək istəmirəm” cavabını verdi. Danışması üçün birtəhər dilə tutduq, razılaşdı. Amma bir şərtlə ki, söhbət təkcə Kərim mövzusunu əhatə etməsin.
- 2017 sizin üçün nələrlə yadda qaldı? Uğursuz saymaq olar?
- Qətiyyən uğursuz deməzdim. Niyə? İlk növbədə ona görə ki, hər bir valideynin qürur yeri onun övladlarıdı. 2017-də Çoşqun Çempionlar Liqasının qrup mərhələsində meydana çıxdı. Daha sonra ailə həyatı qurdu. Kərim həm ötən mövsümün ikinci yarısında, həm də cari birinciliyin qış fasiləsinə qədər olan dönəmində oynadığı futbolla adından söz etdirdi. Ailə baxımından mənim üçün əla il oldu. Ola bilsin, öz işimdə müəyyən uğursuzluq yaşandı. Sırf məşqçilik karyeramdan danışsaq, mənim üçün istənilən kimi olmadı.
- Uğursuzluğun səbəbi, heç şübhəsiz, “Kəpəz”in sonuncu pillədə qərarlaşması və buna görə də baş məşqçi postundan ayrılmağınızdı. Maraqlıdı, Şahin Diniyev “Kəpəz”i sırf məşqçilik bacarığına görə tərk etdi, yoxsa Mikayıl Nərimanoğlunun “odunda yandı”?
- Nə olubsa, mənə aid olan işlərdi. Getmək qərarını özüm vermişdim, heç kim məni vəzifəmdən kənarlaşdırmamışdı. İndinin özündə də verdiyim qərara görə təəssüflənmirəm. Kimin nə qədər günahı olub, bunu özüm yaxşı bilirəm.
- 2018-dən nə gözləyirsiz? Nəzərə alaq ki, il sizin üçün uğurlu başlamadı.
- Yəqin Kərimin “Kəpəz”dən kənarlaşdırılmasını nəzərdə tutursuz.
- Bəli.
- Kərimin “Kəpəz”dən ayrılması uğursuzluq deyil. Həyatda nə olursa, yaxşılığa doğru olur. Futbol aləmində ilk belə hadisə deyil. Olub, olacaq da. İl yeni başlayıb, bilmək olmaz Kərim üçün necə davam edəcək. Hadisələri qabaqlamağı xoşlamıram. Səbr etmək ən yaxşısıdı.
- Kərimi yayda “Neftçi”yə buraxmadığınıza görə indi özünüzü günahkar sayırsız?
- Dediyim kimi, elədiklərimə görə təəssüflənən insan deyiləm. Özümü zərrə qədər də günahkar saymıram. Həmin an üçün ən yaxşı variant “Kəpəz”də qalmasıydı. Gördüyünüz kimi, cari mövsümdə oyunu heç də pis alınmadı. Komandanın ən sərrast futbolçusu idi.
- Yunis Hüseynovun dediyinə görə, oğlunuzu özünün oyun planına uyğun gəlmədiyinə görə komandadan kənarlaşdırıb. Buna inanırsız?
- Hərənin futbola öz baxışı, öz danışıq tərzi var. Bu gün üçün mənim danışıq tərzim bu sualın qarşısında susmaqdı. Hansısa fikir bildirmək istəmirəm.
- İllərdi məşqçilik edirsiz. Üz tutduğunuz yeni komandada hansısa aparıcı futbolçunu və ya futbolçuları komandanızdan kənarlaşdırmısız?
- (fikirləşir) Yadıma sala bilmirəm. Oyununa görə deyirsiz, yoxsa ümumiyyətlə?
- Oyununa görə.
- Oyununa, futbolçu bacarığına görə heç kimi kənarlaşdırmamışam. Olubsa belə, nizam-intizama görə olub. Kərim mövzusunda çox danışmaq istəmirəm. Özümə aid suallar verin, saatlarla danışaq.
- İşsizsiz, gələcəklə bağlı planlarınız nədi?
- Heç bir planım yoxdu. Qismətdə nədisə, o da olacaq. Oturub nəyisə gözləməyi düzgün saymıram.
- Rusiya və İsraildəki əlaqələrinizi işə salmaq haqda düşünmürsüz?
- Desəm ki, bu fikirlə yaşayıram, yalan olar. Bu gün ailəmin, övladlarımın, nəvəmin yanındayam. Gələcəyi qabaqlamaq istəmirəm.
- Kərim karyerasını hansı komandada davam etdirəcəyini qətiləşdirib?
- Qərar özünün olacaq. Artıq elə yaşdadı ki, hər şeyi yaxşı bilir. Mən ona məsləhət verə bilərəm, qərar özünündü.
- Ümumiyyətlə, təkliflər var?
- Mətbuata verdiyi açıqlamada maraqlananların olduğunu deyib. Amma ortada konkret heç nə yoxdu. Yəqin ki, yaxın günlərdə hansısa klubla müqavilə bağlayar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar