05 yan 21:20olke

“Neftçi”də Kamal Quliyevi Baba Əsgərov əvəzləyəcək

“Neftçi”də Kamal Quliyevi Baba Əsgərov əvəzləyəcək
“Təklif etdiyim layihələrlə bağlı rəhbərliklə razılığa gələ bilmədiyimdən “Sumqayıt”dan ayrıldım”
2018-ci ilin ilk günlərində “Neftçi”də daha bir kadr dəyişikliyi reallaşacaq. Belə ki, əldə etdiyimiz məlumata görə, U-17-də Mirbağır İsayevin köməkçisi olmuş Baba Əsgərov bundan sonra “Neftçi”nin aşağı yaş qrupları üzrə baş əlaqələndiricisi vəzifəsini icra edəcək. O, bu postda Kamal Quliyevi əvəzləyəcək. Məsələyə aydınlıq gətirmək üçün dünən Əsgərovu aradıq. Günorta saatlarında “ağ-qaralar”ın rəhbərliyi ilə görüşə yollandığını bildirən Baba bəy yalnız ondan sonra suallarımızı cavablaya biləciyini dedi. Və vədini də tutdu.
- “Neftçi”nin aşağı yaş qruplarına əlaqələndirici təyin olunduğunuz düzdü?
- Belə təklif aldığım düz xəbərdi. Bu gün (dünən) rəhbərliklə görüşüb müəyyən məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
- Bizdə olan məlumata görə, artıq sabah (bu gün) kollektivə təqdim olunacaqsız.
- Sabah (bu gün) rəhbərliyin iştirakı ilə klubdaxili toplantı keçiriləcək və inşallah, mən də həmin iclasda iştirak edəcəm.
- Bu günə kimi müxtəlif klublarda və millidə işləsəz də, ölkənin ən köklü klubu ilə nə futbolçu, nə də məşqçi kimi yollarınız kəsişib. “Neftçi”dən təklif alanda hansı hissləri keçirdiz?
- Bu işin içindəyiksə, illərimizi futbola qurban vermişiksə, burda qəribə heç nə yoxdu. Təklifi də normal qarşıladım. Hər zaman yeni çağırışlara hazırıq. Hər zaman çalışırıq ki, futbolun inkişafına təkan verəcək addım ataq. Əlbəttə, “Neftçi” kimi böyük klubda çalışmaq hər kəsin arzusudu. Flaqmanda işləmək daha böyük məsuliyyətdi. Tarixi klubun bir hissəsi olmaq istənilən mütəxəssis üçün böyük şərəfdi.
- Kuluarlarda gəzən söz-söhbətə görə, Baba Əsgərov Elxan Məmmədovun kadrı olduğundan, baş katibin göstərişi ilə “Neftçi”də işlə təmin olunub. Bu məsələyə münasibət bildirərdiz.
- Belə söz-söhbətə şərh vermək istəmirəm. Klub rəhbərliyi mənə iş təklif etdi. Görüşdük, bir-birimizi dinlədik və şifahi anlaşdıq. Bəlkə heç sabah (bu gün) məni təsdiq etmədilər...
- Ötən mövsüm “Sumqayıt”ın Futbol Akademiyasında 3 yaş qrupu üzrə əlaqələndirici kimi çalışırdız. Ancaq orda çox duruş gətirmədiz. Doğma şəhərin klubundan ayrılmağınızın səbəbini bilmək istərdik.
- Əslində mən bu sualı çoxdan gözləyirdim. Ancaq nədənsə mətbuat bu məsələyə o qədər də maraq göstərmədi. “Sumqayıt”dan ayrılmağıma gəlincə, tərəfimdən irəli sürülən layihələrlə bağlı rəhbərliklə ümumi razılığa gələ bilmədiyimizdən klubdan ayrılmaq qərarı verdim. Bir yerdə ki mənim təkliflərim nəzərə alınmır, klubun ümumi mənafeyi naminə həyata keçirmək istədiyim layihələr qəbul olunmur, orda qalmağın mənası yox idi. “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə halallaşıb düşərgədən ayrıldım.
- Fikir ayrılığı deyəndə nəyi nəzərdə tutursuz? Rəhbərlik hansı təkliflərinizi qəbul etmədi?
- “Sumqayıt”da çalışdığım dönəmdə iki futbolçu yığmaya cəlb olunurdu. Həmin gənclər – Səbuhi Abdullazadə və Rüfət Abdullazadə cari mövsümdə artıq əsas komandada debüt etmək imkanı qazandılar. Yəni işimə görə heç kim mənə irad bildirmədi. Heç özüm də buna imkan verməzdim. Bilirsiz ki, Sumqayıtda, demək olar, klubla eyni ərazidə idman məktəbi fəaliyyət göstərir. Orda da daim istedadlı uşaqlar olub və var. Məktəbdə çalışan məşqçilərin də işi göz qabağındadı. Mən də istəyirdim ki, məktəblə “Sumqayıt” arasında bir vəhdət olsun, qarşlıqlı əməkdaşlıq fonunda iş getsin. Məktəbin yetirmələri daim elita klublarının maraq dairəsində olublar. Vəhdəti yaratmaq üçün də bəzi layihələr hazırlayıb klub prezidentinə təqdim etmişdim. Mövsümün gedişində rəhbərlik təkliflərimi qəbul etmişdi, layihələrin qarşısında “yaşıl işıq yandırmışdılar”. Lakin çempionatın sonunda arada fikir ayrılığı yarandı. Gördüm ki, işimiz, əməkdaşlığımız alınmır və belədə klubdan ayrılmağa qərar verdim.
- Siz həm də bu gün Sumqayıtda İEOUGİM-in direktorusuz. “Neftçi”də işləyə-işləyə məktəbə rəhbərlik etmək çətin olmayacaq?
- Hələ ki gücüm var və cavanlıq enerjimdən yararlanıb bu sahədə müəyyən nailiyyətlərə imza atmaq fikrindəyəm. Çox istərdim ki, məktəbin futbol bölməsi daha da inkişaf etsin, ölkə futboluna töhfə versin. “Sumqayıt”la həyata keçirmək istədiyim layihələri, yəqin ki, “Neftçi”də reallaşdırmaq imkanım olacaq. Heç şübhəsiz, klub rəhbərliyi ilə bu mövzuda müzakirələrimiz olacaq.
- Sözlərinizdən belə çıxır ki, İEOUGİM-in futbolçularından “Neftçi”yə keçənlər olacaq. Bəs məktəbdə rəhbərliyiniz altında çalışan məşqçilərdən paytaxt klubuna aparmaq istədikləriniz var?
- Bizim məktəbdə top qovan perspektivli uşaqların nəinki “Neftçi”də, premyer-liqanın istənilən klubunda oynamaq şansı var. Məktəb olaraq ən başlıca vəzifəmiz onların futbolda təməlini düzgün qoymaqdı. İEOUGİM-in Əsasnaməsində göstərilib ki, əsas vəzifəmiz ölkə futboluna bacarıqlı və istedadlı futbolçular bəxş etməkdi. Sabah “Neftçi” və ya hansısa klub bizim uşaqlara maraq göstərərsə, təklifiləri nəzərdən keçirməyə hazırıq. Təki həmin uşaqlar sabah ölkə futboluna fayda versinlər. Məşqçilərə gəlincə, hər şey özlərindən asılıdı. Heç kimə sirr deyil ki, hazırda uşaq futbolunda bacarıqlı mütəxəssislərə böyük ehtiyac var. Öz üzərində işləyən, bəzi problemlərə baxmayaraq, işinə məsuliyyətli yanaşıb uşaqlarla işləməyi bacaran istənilən məşqçi üçün qapımız açıqdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar