04 yan 12:13olke

12 ayın 12 olayı

12 ayın 12 olayı
Başa çatmaqda olan il ölkənin futbol həyatında bir sıra olaylarla yadda qaldı. Bunlar arasında həm pozitiv, həm də neqativ məqamlar var. Əsas hadisələr isə ilin son aylarına təsadüf etdi. Ən çox diqqəti çəkən, önəm daşıyan, böyük müzakirələr, səs-küy doğuran olayları ayların sayına uyğun müəyyənləşdirdik.
1. “Rəvan” və “Şərurspor” diviziondan qovuldu
Martda öncə AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi, ardından İntizam Komitəsi sərt qərarları açıqladı. Belə ki, bu komitə UEFA-dan gələn "danışılmış oyunlarla" bağlı hesabata əsaslanaraq bəzi qadağalar tətbiq etdi. "Şahdağ"dan İqrar Səmədov, Uce Cukenyere, "Rəvan"dan Elvin Əliyev, Cəmşid Məhərrəmov, "Göyəzən"dən Arzuman Vəliyev, Tunar Şahtaxtinski, "Energetik"dən isə Elvin Əlizadə, Kamran Lalayev və Ruslan Həmidova 2016/17 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edildi. Hakim Anar Niyazov futboldan ömürlük, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə uzaqlaşdırıldı. Adı "danışılmış oyunlar"da ən çox hallanan "Rəvan" və "Şərursupor" 1-ci diviziondan kənarlaşdırıldı. Bundan başqa, "Şahdağ", "Energetik", "Bakılı" və "Göyəzən"ə xəbərdarlıq edildi. Maraqlıdı ki, növbəti "futbol ili"ndə bu futbol klublarından heç biri diviziona buraxılmadı.
2. AZAL diviziona düşüb, tarix oldu
2016/17 mövsümünün bitməsi daha bir klubun tarixin yaddaşına köçməsi ilə əlamətdar oldu. Söhbət premyer-liqada sonuncu yeri tutan AZAL-dan gedir. Bəziləri “yuxarılar”ın “təyyarəçilər”i elitada saxlayacağını, bəziləri isə komandanın birinci divizionda mübarizə aparacağını proqnozlaşdırırdı. Lakin klub saytı bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etdi. Əslində hazırda birinci divizionda mübarizə aparan “Şüvəlan” AZAL-ın varisi sayılır. Qəsəbə təmsilçisi sələfinə məxsus bazadan yararlanır. Lakin klubun adı dəyişib və AZAL artıq tarixə çevrilib. Təbii, son illər büdcəsinin kəskin şəkildə azaldılması “təyyarənin qəzaya uğrayacağından” xəbər verirdi. Nəticə isə fərqli olmadı. Tərlan Əhmədov klubun sonuncu baş məşqçisi kimi tarixə düşdü.
3. U-23 İslamiadanın qalibi oldu
Mayda ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Yarışın proqramında futbol da var idi. Ölkəmizi İslamiadada Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-23 təmsil edirdi. Finalda Omanı 2:1 hesabıyla məğlub edən millimiz İHO-nun qalibi adını qazandı.
4. “Qarabağ” ÇL-in qrupuna düşdü
Ardıcıl 4-cü dəfə ölkə çempionu olan “Qarabağ”ın hədəfi ÇL-in qrup mərhələsi idi. Hələ ötən mövsümlərdə bəzən bəxtsizlik, bəzən isə son anda soyuqqanlı ola bilməmək komandanı məqsədindən uzaq salmışdı. Hər halda, ardıcıl 3 mövsüm Avroliqanın qrupunda mübarizə aparan “köhlən atlar” təcrübə qazandı, möhkəmləndi, uğura alışdı. ÇL-in 2-ci təsnifat mərhələsində “Samtredia”, ardınca “Şerif” (0:0, 2:1) sıradan çıxarıldı. Ölkə futbolunda yeni tarix avqustda Danimarkada yazıldı. “Qarabağ” daha bir ilkə imza ataraq azərbaycanlı futbolsevərləri sevindirdi. “Köhlən atlar” Bakıda məğlub etdiyi (1:0) “Kopenhagen”ə səfərdə uduzsa da (1:2), qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə qazandı. Bu isə indiyədək görmədiyimiz bir mərhələ idi. Uzun illər xəyallarını qurduğumuz mübarizənin bir parçası olmağın qürurunu yaşadıq. Ən güclülərin kəllə-kəlləyə gəldiyi ÇL təkcə Avropanın yox, bütün dünyanın diqqətini çəkir. Bu, “Qarabağ” üçün yeni səviyyə, ölkə üçün isə əla təcrübə oldu. Həm mənəvi, həm də maddi baxımdan böyük qazanc əldə edildi.
5. Yığma Qurban Qurbanova həvalə olundu, millilərdə vahid sistem yaradıldı
Robert Prosineçki ilə vidalaşan AFFA rəhbərliyi, nəhayət, yığmanın “sükan”ını yerli mütəxəssisə həvalə etdi. İcraiyyə Komitəsi əsas komandanın Qurban Qurbanova tapşırılmasına qərar verdi. Mütəxəssis qarşıdakı 6 ildə millinin uğurları üçün çalışacaq. Buna qədər də dəfələrlə qeyd etmişdik ki, Qurbanov yığmada işləməyi haqq edir. Hətta Berti Foqtsun gedişindən sonra millinin “sükan”ının ona tapşırılacağını gözləyirdik. Lakin AFFA rəhbərliyi fərqli qərar verdi və yenidən əcnəbi mütəxəssisə güvəndi. Prosineçkinin gedişindən sonra isə ciddi qınaqdan çəkinən, reallıqlarla barışmalı olan assosiasiya başbilənləri Qurban bəyin xeyrinə seçim etdi. Aydın məsələdi ki, yığma istənilən baş məşqçi üçün zirvə sayılır. Ardıcıl çempionluqlar və kuboklar, Avroliqanın qrupunda davamlı olaraq 3 il iştirak və ən nəhayət, bu il rəhbərlik etdiyi komandanı Çempionlar Liqasının qrupuna daşıması Qurbanov üçün yığma yolundakı bütün əngəlləri aradan qaldırdı. Məlum hədəf - AÇ-2020-nin final mərhələsinə vəsiqə çətin görünsə də, Qurbanov amilinin azarkeşləri ümidləndirəcəyi birmənalıdı. Sözügedən yarışa Millətlər Liqasından da yollanmaq variantı da var. Bundan başqa, bütün millilərdə vahid sistem yaradıldı. Bu o deməkdi ki, Qurbanov aşağı yaş qruplarına da nəzarət edəcək. Artıq həmin millilər onun seçdiyi məşqçilərə həvalə olunub.
6. Mikayıl Nərimanoğlu futboldan getdi
Ölkə futbolunda əsas hadisələrin yaşandığı payız Mikayıl Nərimanoğlu üçün unudulmaz bir fəsil oldu. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq şefi qurumdakı işini itirdi. Səbəb isə “Kəpəz”dəki əməlləri ilə bağlı idi. Gəncə təmsilçisinin Müşahidə Şurasının üzvü olan Nərimanoğlunun işində qüsurlar aşkarlandı. Maliyyə pozuntuları isə Mikayıl bəyin nəinki “Kəpəz”dən, eləcə də AFFA-dan uzaqlaşdırılması ilə nəticələndi. Başqa sözlə, uzun müddət ölkə futbolunda çalışan Nərimanoğlu bu gün futbolda yoxdu.
7. Samir Ələkbərov – Aslan Kərimov “atışması”
U-21-də yaşananlar bir ara gündəmi zəbt etdi. Samir Ələkbərovla Aslan Kərimovun mətbuatda “atışması” bəlkə də indiyədək yığmalarda yaşanmamış durum idi. Ələkbərov köməkçilərinin özlərini baş məşqçi kimi aparmasından narazı idisə, qarşı tərəf bununla razılaşmadı. Maraqlıdı ki, qığılcımı alovlandıran Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev olmuşdu. Belə ki, U-21 Almaniya ilə oyuna hazırlaşarkən Hacıyev Ələkbərova köməkçilərinin onu kölgədə qoyması ilə bağlı irad bildirib. Bu isə Samir bəyin ağlına batmışdı və sonradan həmin olay böyük söz-söhbətə səbəb oldu, hörümçək toru kimi bir neçə futbol adamını əhatə etdi.
8. “Qarabağ” kubokla vidalaşdı
Ölkə kubokunda 2017/18 mövsümünün ən sürpriz nəticəsi 1/4 finalda yaşandı. “Sumqayıt” – “Qarabağ” duelində heç kimin gözləmədiyi hesab qeydə alındı. Kubokda son 3 mövsümün qalibinin – “Qarabağ”ın 1/4-də mübarizəni dayandıracağını çox az adam düşünərdi. İlk oyunda Qurban Qurbanovun komandası əzmkar qələbə (2:1) qazanmışdı və əksəriyyət artıq ağdamlıları yarımfinalda görürdü. Lakin cavab görüşündə meydanda əsl əzmkarlıq nümayiş etdirən, “Qarabağ”a, demək olar, qol vəziyyəti yaratmağa imkan verməyən sumqayıtlılar son illərin məğlubedilməzini şoka saldı.
9. Üç nəfər futboldan uzaqlaşdırıldı
Hər şey “Neftçi” – “Keşlə” oyunundan (3:1) sonra baş verdi. Həmin matçda qonaqların heyətində bəzi oyunçuların qəsdən zəif oynaması ilə bağlı şübhələr ortaya çıxdı. Daha sonra İntizam Komitəsi iki futbolçu ilə bağlı sərt qərar çıxardı. “Keşlə”nin AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilən məktuba və UEFA-dan daxil olan məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə Nizami Hacıyevlə Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edildi. Çox keçmədən daha bir futbol adamı analoji cəzaya məruz qaldı. Söhbət “İnter”in (hazırkı “Keşlə”nin) və “Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadədən gedir. Bütün bunlar ölkə futbolunda yaşanan ən ağır cəzalar kimi tarixə düşdü.
10. AL-in finalı Bakıya verildi
Sentyabrda 2 il sonra baş tutacaq ÇL-in və AL-in finalının hansı şəhərlərdə keçiriləcəyi açıqlandı. AFFA Bakının, daha dəqiqi, BOS-un namizədliyini hər iki final üçün irəli sürmüşdü. UEFA İcraiyyə Komitəsinin iclasında məhz Avroliqanın finalının Olimpiya stadionunda keçirilməsinə qərar verildi. ÇL-in həlledici matçı isə Madrid "Atletiko"suna məxsus “Vanda Metropolitano” stadionunda keçiriləcək. Qeyd edək ki, 2019-da Bakıda keçiriləcək AL-in finalı həmin il mayın 29-da reallaşcaq.
11. Rəşad Sadıqov yığma karyerasını bitirdi
İlin yaddaqalan məqamlarından biri Rəşad Sadıqovun yığma karyerasını bitirməsi oldu. Uzun müddət, konkretləşdirsək, 16 il əsas komandanın şərəfini qoruyan "terminator" ləqəbli müdafiəçi Çexiya ilə görüşdə son matçına çıxdı. Hərçənd kapitanın vida oyunu arzulanan şəkildə keçmədi. Hər halda, Rəşadın bundan sonra yığmada yoxluğunun və gedişinin nə demək olduğunu çoxları yaxşı anlayır.
12. Region Liqası yaradıldı
Cari mövsüm birinci divizionun startı xeyli çək-çevirdən sonra reallaşdı. Uzun müddət aşağı dəstədə çıxış edən "Şahdağ", "Energetik", "Göyəzən" kimi komandalar bu dəfə sayca 2-ci liqada iştirak hüququ qazana bilmədi. Həm bu klubların, həm də digər bölgələrdəki komandaların dağılmaması üçün AFFA Almaniyadakına bənzər yeni birincilik yaratmağa qərar verdi. Startı hər nə qədər ləngisə də, Region Liqasının artıq bir neçə turu geridə qalıb. Bu yarışın həvəskarların çempionatından fərqi ondadı ki, qalib komanda diviziona yüksələcək, aşağı dəstənin sonuncusu Region Liqasına düşəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar