01 yan 12:46olke

Slavyan Universitetinin komandası ili dəyərləndirdi, “Futbol+”i dəvət etdi

Slavyan Universitetinin komandası ili dəyərləndirdi, “Futbol+”i dəvət etdi
Tural İsgəndərov: “Yenilər arasında Türkiyə və Maldivdən iki legioner olacaq”
Futbolun kütləviliyi həvəskarların yarışından başlayır ki, AFFA Region Liqası yaratmaqla bu işə təkan vermək istəyir. Ancaq uzun illərdi bu yöndə təcrübəsi olan insanlar, qurumlar var. Konkret Bakı Kəndlər Futbol Federasiyasının paytaxtın kənd və qəsəbələri arasında keçirdiyi yarış ənənəvi status daşıyır. “Vaqif Davudovun çempionatı” peşəkar təyininə daha çox uyğun gəlir. Təsəvvür edin, çempionatda sonuncu yeri tutan komanda tədbir keçirib ilin yekunlarını müzakirə edir, ora mətbuat nümayəndəsi çağırır, planlarını açıqlayır. Belə ki, dünən Nəsimi bələdiyyəsinin binasında (köhnə İcra Hakimiyyəti) “Slavyan” komandasının tədbirində iştirak etdik. Slavyan Universitetinin himayəsində olan kollektivin rəhbəri Tural İsgəndərov ilk növbədə birinci dövrədə buraxılan səhvlərdən danışdı: “İlk dövrədə nəticə istədiyimiz kimi olmadı. Qarşıya çempionluq vəzifəsi qoysaq da, bunun çətin olacağını bilirdik. Həm kollektiv gec yığılmışdı, həm də oyunumuzu tapınca uzun vaxt keçdi. Onu da nəzərə alaq ki, BKFF-nin çempionatına ilk dəfə qatılırıq. Turnir mövqeyimizə baxmayaraq, əl-qolumuzu yanımıza salmamışıq. Əksinə, yarışın ikinci hissəsinə ciddi hazırlaşacağıq. Komandada köklü dəyişiklik olacaq, heyət gücləndiriləcək, yeni transferlər həyata keçirəcəyik.
- Konkret heyətə neçə oyunçu cəlb olunacaq?
- Çempionat başlayanda tələm-tələsik heyət yığmışdıq. Düzdü, 25 nəfər cəlb etmişdik. Ancaq say artımı keyfiyyətlə uzlaşmırdı. Hazırkı komandadan 10 nəfər qalacaq. Sıralarımıza 15 yeni futbolçu cəlb edəcəyik. Təcrübəli mütəxəssis Adil Kazımzadəni bu işə cəlb etmişik. Onun bu işdə səriştəsi böyükdü. Bundan başqa, skautlarımız da çalışır. Hətta yenilər arasında Türkiyə və Maldivdən iki legioner də olacaq. Ümumiyyətlə, danışıq apardığımız oyunçuları həvəskarların yarışı üçün “Top-15” də adlandıra bilərik. İnanıram ki, onların sayəsində ikinci dövrədə nəticələrimiz ürəkaçan olacaq.
- Legionerləri hansı şərtlərlə razı salmısız?
- Təbii ki, müəyyən məbləğ ödəniləcək. Ancaq bu elə də yüksək vəsait deyil.
- Ümumiyyətlə, komandanın maddi ehtiyaclarını necə qarşılayırsız?
- Əsas dəstəkçimiz Slavyan Universitetidi. Ona görə də komanda universitetin adını daşıyır. Onlar bizi top və başqa inventarlar ilə təmin edir. Həftədə iki dəfə məşq etməyimiz üçün meydan ayrılıb. Bundan başqa, oyunlarımızın müzakirəsi, planlarla bağlı tədbirlər üçün hazırda olduğumuz məkanı sərəncamımıza veriblər. Sağ olsunlar, Nəsimi rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi bizə dəstək olur. Bu dəstək yeganə nəcib təşəbbüsə xidmət edir: gənclərin asudə vaxtının səmərəli təşkili. Ancaq biz gənclər iddialıyıq. Peşəkarlaşma yönündə addımlar atmağa başlamışıq.
- Məsələn?
- Mətbuat xidmətimiz var, sosial layihələr həyata keçiririk. “12-ci oyunçu”, yəni azarkeş cəlb etmək üçün təbliğat aparılır. Sosial şəbəkədəki səhifəmiz vasitəsilə elan da vermişik ki, bizi dəstəkləmək istəyən azarkeşlər üçün nəqliyyat vasitəsi ayırılacaq, hər oyundan sonra fanatlar üçün çay süfrəsi təşkil ediləcək. Komandanın peşəkar keyfiyyətini yüksəltmək üçün isə peşəkar komandalarla yoldaşlıq görüşləri keçiririk. Bu gün divizionda çıxış edən “Binə” (günün sonunda öyrəndik ki, görüş divizion təmsilçisinin 6:4 hesablı qələbəsi ilə bitib) ilə oyunumuz var. Bundan başqa, yanvarın əvvəlində “Keşlə” ilə görüş razılaşdırılıb. Çox istərdik ki, “Qarabağ” və “Qəbələ”nin əvəzedici heyəti ilə olsa belə, oyunumuz baş tutsun.
- Həvəskarların yarışında autsayder olan komandanın yüksək hədəflərindən danışması bir qədər qəribə səslənir...
- Məntiqli replikadı. Zəif yerimizi bilirik. Bakı Kəndlər Futbol Federasiyasının çempionatında iştirak bizə çox şey öyrətdi. Düzdü, əvvəllər də həvəskarların yarışında iştirak etmişik. Eyni şəraitlə orda da qarşılaşmışıq. Mövsümə çox pis başlamışdıq, ancaq çempionatı son 9 oyunda qalib gəlməklə başa vurduq. Bilirik ki, nəticə çox vacibdi. Bu gün sponsor axtarışına ona görə az diqqət ayırırıq ki, onlara “yaxşı məhsul” təklif edə bilmirik. Nəticə yaxşılaşdıqca imkanlı adamların marağı da artacaq. Həvəskarların yarışıdı deyə səthi yanaşmayın. Vaqif Davudov çox gözəl yarış təşkil edib. Təmənnasız iştirak etdiyimiz bu çempionatda polis və tibb personalıyla təmin olunuruq. Maraq və rəqabət də kifayət qədərdi. Fürsətdən istifadə edib Vaqif müəllimə, eləcə də çempionatı işıqlandırdığınız üçün sizə - “Futbol+” qəzetinə təşəkkürümüzü çatdırırıq.
- Sıralarınızda futbolla az-çox peşəkar səviyyədə məşğul olmuş uşaqlar var?
- Var. Məsələn, qapıçımız Telman İsrafilov. “Sumqayıt”ın əvəzediciləriylə müqavilə bağlamışdı. Ona bu gün divizion komandasından təklif var. Amma hələ qərar verməmişik. Bundan başqa, Namiq Fərəcov “Turan”da çıxış edib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar