01 yan 12:23olke

İslam Kərimov Fuad Musayevi xatırladı

İslam Kərimov Fuad Musayevi xatırladı
“Şəhərə gələndə cənazə maşınını “Şəfa”nın yanında dayandırdım”
2017-ci ildə Azərbaycan futbolunun ən böyük itkisi Fuad Musayev oldu. AFFA-nın ilk prezidenti, 2003-cü ilə qədər futbol təsərrüfatına rəhbərlik edən Musayev iyunun 16-da Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişdi. Yaşasaydı, 12 gün sonra 80 illik yubileyini qeyd edəcəkdi. O, futbol adamlarının yaddaşında dəmir intizamı, yüksək təşkilatçı, beynəlxalq qurumlarda böyük hörmətə sahib biri kimi qalıb.İslam Kərimov üçün isə o, xüsusi biri idi. O qədər xüsusi ki, oğluna Fuad adı verib. Daim ailənin yanında olub, Musayevin evinə gedib-gəlib, son mənzilə yola salıb. Mərhumla ailəvi dost olan Kərimov hətta Moskvada da onunla zəngləşirmiş.
Təcrübəli məşqçinin indiyə qədər heç yerdə demədiyi xatirələrini təqdim edirik: “Sağ olun ki, Fuad müəllimi yada salırsız. O da “Futbol+”in bir nömrəli oxucusu idi. Dünyasını dəyişdiyi günlərdə evinə baş çəkdim, stolunun üstündə hələ də iki “Futbol+” var idi...
Onunla tanışlığımız Meydan hərəkatı vaxtı baş tutub. 1988-ci ildə Azadlıq meydanındakı mitinqlərin birində tribunaya yaxınlaşdım və qalxdım yuxarı. Orda dayanan vəzifəli şəxsə etiraz elədim ki, “Topxana meşəsi kəsilir, niyə etiraz etmirsiz?” Dedi, “ay oğul, biz də bu xalqdanıq. Etirazınızı bildirin, SSRİ-yə narazılığınızı çatdırın”. Kim olduğunu soruşdum. “Bakı Partiya Komitəsinin birinci katibiyəm, amma sizin aranızdayam. Çünki mən də şuşalıyam” dedi. Bu, Fuad Musayev idi.
Onunla daha bir görüşümüz “İmarət”də oldu. Mən Qarabağ döyüşlərinə yollanmışdım o vaxt. Allahverdi Bağırovun 845 saylı batalyonunda xidmət edirdim. Postdan qayıdanda mənə dedilər ki, Bakıdan bir nəfər gəlib, səni görmək istəyir, Ağdam stadionuna get. Elə avtomat çiynimdə getdim. Gördüm stadionda rayonun icra başçısı Nadir İsmayılovla söhbət edir. Görüşdük, söhbət etdik. Öyrəndim ki, futbol federasiyası yaradıb, prezidentdi. Mənə bir ünvan verdi: “Hüsü Hacıyev, 42” yazılmışdı kağıza. Dedi ki, müharibədən qayıdandan sonra məşqçiliyə davam et, mən sənə hər cür dəstək verəcəm. Belə də oldu. Qayıdandan sonra getdim görüşünə, Çingiz İsmayılovla Oqtay Zeynalova üzünü tutub “sizə dediyim oğlan budu, müharibədən qayıdıb, vətənpərvər oğlandı” dedi. Sonra elə yanımda “Neftçi”nin o vaxtkı prezidenti Aydın İbrahimova zəng vurdu: “Yanımda bir oğlan var, sizin klubdan gedib müharibəyə. Ondan muğayat olun. Onu məşqçi kimi oxutmaq lazımdı”. Ondan sonra daim onun əlini çiynimdə hiss etdim. Hər yerdə, hər işdə dəstək oldu mənə”.
Kərimov U-17-nin baş məşqçisi təyin olunarkən, Fuad bəy İcraiyyə Komitəsinin üzvlərinin iradəsinə zidd qərar verib: “1999-cu ildə Fuad müəllim məni U-15-ə baş məşqçi təyin etdi. “Neftçi”də işləyə-işləyə yığmada çalışmağa başladım. Söz verdiyi kimi, məni UEFA-nın seminarlarına, məşqçilik kurslarına yolladı. Moskvaya, Sankt-Peterburqa oxumağa getdim. AFFA-nın xətti ilə Bolqarıstanda, İtaliyada, İngiltərədə, Albaniyada, Macarıstanda oldum. Tez-tez deyirdi ki, mən səni 17 yaşlıların baş məşqçi postuna hazırlayıram. 2001-ci ilin avqustunda mənə zəng gəldi, dedilər, Fuad Musayev səninlə təcili görüşmək istəyir. Məlum oldu ki, “ispalkom”un iclasında 9 nəfər mənim U-17-yə təyinatımın əleyhinə çıxış edir. Ən qatı əleyhdar Valeri Hacıyev idi. Fuad müəllim isə onların qərarına zidd gedərək təyinatımı təsdiqlədi. Yadınızdadısa, 2002-ci ildə Bakıda Avropa çempionatında mərhələ adladıq. Bu, ilk idi. Beləliklə, onun etimadını doğrultdum. Bundan sonra Fuad müəllimlə daha da dostlaşdıq”.
İslam bəy mərhumla bağlı son dövrlərdəki xatirələrini də yada saldı: “Fuad müəllimin iş otağında olanlar xatırlayar, otağında maket var idi. Həmin maketi mənə bağışladı. Mən onun bütün ad günlərində - yanvarın 11-də iştirak etmişəm, evində olmuşam. O da xəstə olmasına baxmayaraq, toyumda iştirak etdi. 38 dərəcə temperaturla gəlmişdi. Ailəvi dostluğumuzun şərəfinə oğluma onun adını qoydum. Bu, onun çox xoşuna gəldi. Estoniyaya gedəndə mənə zəng vurdu, dedi, bir neçə günə gedib qayıdacam, adaşımı gətirərsən. Ordan da zəng vurmuşdu. İyunun 15-dən 16-na keçən gecə nəvəsi Toğrul Qurbanov – o mənim yanıma gəlib, məşqçisi olmuşam, Cəmilə xanımın oğludu – zəng vurdu ki, baba rəhmətə getdi. Bu, çox ağır xəbər oldu mənim üçün...Səhərə yaxın saat 5-də cənazəsini hava limanında qarşıladım. Bir faktı da deyim. Şəhərə gələndə cənazə maşınını “Şəfa”nın yanında dayandırdım. Dedim, qoy sonuncu dəfə “Şəfa”nı görsün. Axı, bu stadionun inşasında onun xidməti danılmazdı. Onun haqda xatirələrim yalnız və yalnız müsbətdi. Əvəzsiz şəxsiyyət idi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar