01 yan 12:10olke

Elşad Əhmədov hələ də itini unutmayıb

Elşad Əhmədov hələ də itini unutmayıb
Emil Balayev isə “Doberman” alacaq
Artıq sabah 2017-ci il, şərq təqviminə görə Xoruz ili tarixin yaddaşına köçəcək. Qarşıdan gələn 2018 isə İt ilidi. Hazırda premyer-liqada İt ilində doğulan yetərincə futbolçu var. Söhbət qarşıdakı ildə 24 və 36 yaşını qeyd edəcək oyunçulardan gedir. Aydın məsələdi ki, 12, həmçinin 48 və daha yuxarı yaşda olanların bu siyahıda olması inandırıcı deyil.
Bir sözlə, 1982 və 1994 təvəllüdlülər bu meyara uyğun gəlir. Qara itin ili olan 1982-də doğulan yalnız iki oyunçu premyer-liqada mübarizə aparır. Bunlar “Qarabağ”ın aparıcı simaları Rəşad Sadıqovla Ansi Aqollidi. Yaşıl itin hakim olduğu 1994-cü ildə dünyaya göz açanlara isə elitanın istənilən təmsilçisində rast gəlmək mümkündü. Belələrinin sayı 21-di. Bunlar Şahruddin Məhəmmədəliyev (Qarabağ), Elşən Abdullayev (Zirə), Famussa Kone (Qəbələ), Fuad Bayramov (Keşlə), Vüqar Mustafayev, Riçard Qadze (hər ikisi “Zirə), Ruzi Qiyaslı, Azad Kərimov, Samba Dialo, Əli Əliyev (hamısı “Kəpəz”), Azər Salahlı, Kamal Mirzəyev (hər ikisi “Sumqayıt”), Rəşad Əzizli (Neftçi), Məqsəd İsayev (Keşlə), Emil Balayev, Ayron Stati, Murad Musayev, Kamal Qurbanov, Seymur Əsədov və Raul Yaqubzadədi (hamısı “Səbail”).
Cari mövsüm premyer-liqada çalışan bəzi baş məşqçilərin də arasında İt ilində anadan olanlar var. Lakin onların heç biri 2018-ə qədər postunda qala bilməyib. 60 illik yubileyini qeyd edəcək Zaur Svanadze “Keşlə”dən, ondan 12 yaş kiçik olan Elxan Abdullayev “Neftçi”dən ayrılıb. Sonuncunu müvəqqəti əvəzləyən həmyaşıdı Elşad Əhmədov dekabrın son günlərində “ağ-qaralar”dan ayrılaraq birinci divizion təmsilçisi “Xəzər”in “sükanı arxasına” keçib.
Bəs görəsən, İt ilindən olan futbolçular arasında heç it saxlayan var? Bu suala cavab tapmaq üçün əvvəlcə Elşad bəyi aradıq: “Bakıda olmasa da, kənddə yaşadığımız vaxt itimiz olub. Əmim bizə çoban iti vermişdi. İt kimi vəfalı heyvan yoxdu. Mən Bakıda təhsil alırdım və bəzən aylarla kəndə getmirdim. Uzun fasilədən sonra evimizə baş çəkəndə həmin it çox sevinir, məndən əl çəkmirdi. O həm də çox mərd heyvan idi. Qapımıza bir yad insan və ya heyvan girə bilməzdi. Mənə elə gəlir, it ilində doğulan insanlar dostluğa sadiq, yaxınlarına vəfalı olurlar”.
“Səbail”in qapıçısı Emil Balayevin heç vaxt iti olmasa da, gələcəkdə almaq istədiyini bildirdi: “Bina evində qaldığımızdan heç vaxt itim olmayıb. Ancaq həyət evində, bağda yaşayan qohumlardan it saxlayan var. Hər dəfə onlara gedəndə itlə oynamağı xoşlayıram. Ümumiyyətlə, heyvanlardan ən çox itləri bəyənirəm. Gələcəkdə həyət evim olsa, mütləq “Doberman” cinsindən olan it alacam. Bu cinsi çox bəyənirəm. Bəzən dostlarla küçədə gedərkən itlə gəzənləri görəndə, heç nədən çəkinmədən itə yaxınlaşıb onu sığallayır, yiyəsi ilə it barədə, onu saxlamaq üçün nələr tələb olunduğunu öyrənirəm. Arzu edirəm ki, sarı İt ili həm şəxsi planda, həm də ümumilkdə düşərli olsun və onu yola salanda təəssüflənək ki, belə yaxşı il niyə tez bitdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar