27 dek 19:51olke

"Qarabağ"ın məşqçisi Gürcüstan səfərini dəyərləndirdi

"Qarabağ"ın məşqçisi Gürcüstan səfərini dəyərləndirdi
Araz Bağırov: “Futbolçu yetişdirmək istəyirsənsə, bunsuz mümkün deyil”
"Qarabağ"ın U-12 komandasının Gürcüstanda keçirilən beynəlxalq turnirə qatıldığını xəbər vermişdik. Araz Bağırovun rəhbərlik etdiyi komanda 1/4 finalda mübarizəni dayandıraraq 5-ci olub. Dünən Araz bəylə əlaqə saxlayıb, qonşu ölkədə keçirilən turnirlə bağlı təəssüratlarını öyrəndik.
Gənc mütəxəssis öncə təşkilatçılıq haqda danışdı: "Turnirdə 16 komanda iştirak edirdi. Oyunlar bir stadionda keçirilirdi. Yayda da Gürcüstanda turnirdə olmuşduq. Həmin vaxt qarşılaşmalar 3 arenada reallaşırdı. Ancaq yaydakı yarışda 3 yaş qrupu mübarizə aparırdı. Həmin vaxt hakimlik bərbad olmuşdu. Bu dəfə isə daha yaxşı idi. Hiss olunurdu ki, daha təcrübəli, işini bilən hakimlər dəvət alıb. Oyunlar göstərilən vaxtda başlayır, hər şey reqlamentə uyğun edilirdi. Halbuki yaydakı turnirdə bir hakim oyunu 20, başqa biri 25 dəqiqə davam etdirirdi. Bizimlə yanaşı, İrandan da bir komanda turnirə qatılmışdı. Özü də yetərincə güclü idi. 3-cü yeri tutdular, yaxşı komanda idi".
Araz bəy çalışdırdığı komandanın çıxışını da dətərləndirdi: "Əslində komandamdan daha yaxşı nəticə gözləyirdim. Çünki uşaqlar Tiflis "Dinamo"su ilə çox yaxşı oynadılar. Bəlkə də bəxtimiz gətirsəydi, həmin matçda qələbə də qazana bilərdik. 1:0 hesabı ilə öndə idik, lakin sona 7 dəqiqə qalmış 2 top buraxıb uduzduq. Hansı ki "Dinamo" finalda "Saburtalo" ilə oynadı. Həmin "Saburtalo"nu yayda Bakıda 2:0 udmuşduq. Finalın motivasiyası başqa olur və biz də həlledici matça çıxsaydıq, köklənmə fərqli olacaqdı. Bizi qrupda minimal fərqlə məğlub edən "Dinamo" finalda 4:1 hesabı ilə qalib gəldi. Özü də bu komanda ilə oyunumuzda Tiflis təmsilçisinin valideynləri, yaxınları elə azarkeşlik edirdi, sanki 300 nəfər azarkeş var idi. Bizə qarşı çox aqressiv oynayırdılar. 1/4 finalda "Rustavelli" ilə qarşılaşdıq. Yayda bu komandanı məğlub etmişdik. Yaydan bu yana isə bizim komanda çox gücləndi. Bu dəfə bilmirəm mənim rahat olmağım uşaqlara təsir etdi, yoxsa özləri rahat idilər. Hər halda, gözləyirdik ki, onları udaq. Gürcüstan komandalarına xas olmayan tərzdə nə özləri futbol oynadı, nə də bizə imkan verdilər. Orda region komandaları daha çox gücə üstünlük verirlər. Ancaq gücdən ağıllı şəkildə istifadə edirlər. Heç nədən uduzduq, avtoqol nəticəsində. Komandamızdan Vüqar Bağırov turnirin ən yaxşı hücumçusu seçildi. Bildiyiniz kimi, turnirdə mübarizəni dayandırdıqdan sonra yoxlama oyununda da qüvvəmizi sınadıq. Əslində orda finalda oynayanlar bizim rəqiblərimiz idi. Biz ölkə çempionatında da liderik. Uşaq futbolunda işinin bəhrəsini görmək sevindiricidi. Mənə qədər bu komanda belə futbol oynamırdı".
Bağırov qarşıdakı planlara da toxundu: "Rəhbərliklə görüşdük və bu komandanı daha bir turnirə göndərmək istədiklərini dedilər. Borçe Xristov ölkəsinə gedirdi, onunla söhbətimiz oldu. Dedi ki, “gələndən sonra sizi daha bir turnirə göndərərik. Ancaq seleksiyanı bir qədər gücləndir. Yəni əvəzetmələr zamanı əlinin altında daha keyfiyyətli oyunçular olsun. Say çoxluğu lazım deyil”. Bizdə belə bir fikir söyləyirlər ki, uşaq futbol oynamalıdı. Ancaq mən elə fikirləşmirəm. Fikrimcə, perspektivli uşaq oynamalıdı. Deyirlər ki, Avropada bütün uşaqları oynadırlar. Lakin Avropada uşaqlar eyni səviyyədə olur. Əsas heyətlə ehtiyat qüvvə bir-birindən ciddi fərqlənmir. Çünki ora gəlmək üçün müəyyən mərhələlərdən keçirlər. Tutaq ki, "Utrext"in aşağı yaş qruplarına seçimlər, bilirsiz, necə edilir? Müxtəlif yerlərdə onların məşqçiləri olur və uzun müddət məşq keçirlər, seçilən uşaqları komandaya gətirirlər. Bu seçim 3-5 günlük seleksiyanın yox, uzunmüddətli məşqdə fərqlənənlərin xeyrinə edilir. Odu ki, "Qarabağ"da, "Neftçi"də 15 nəfərdən 13-ü, yəni perspektiv vəd edən oyunçular oynamalıdı. Bundan başqa, 2-3 aydan bir beynəlxalq turnirlərə qatılsaq, əla olar. Uşaqlar üçün təcrübə, dünyagörüşü şərtdi. Futbolçu yetişdirmək istəyirsənsə, bunsuz mümkün deyil".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar