26 dek 20:03olke

Bakı Futbol Liqası kimsəsizləri sevindirdi

Bakı Futbol Liqası kimsəsizləri sevindirdi
Kamil Məmmədovla sabiq futbolçular arasında gərgin mübarizə gedir
Premyer-liqada və birinci divizionda fasilə yaransa da, paytaxtdakı müxtəlif meydanlarda futbol ab-havası yaşanmaqdadı. Bu mənada yeni yaradılan həvəskarlardan ibarət Bakı Futbol Liqası diqqəti çəkməyə bilməz. Əvvəla ona görə ki, yarışda həmkarlarımız və keçmiş futbolçulardan qurulmuş “İdman Azərbaycan” komandası çıxış edir. Və 12 turdan sonra digər 9 rəqibinin hamısını qabaqlamaqla turnir cədvəlinə başçılıq edirlər. Bu haqda daha ətraflı az sonra.
10 komandanın mübarizə apardığı turnirdə idman telekanalından başqa “BeerBaşa”, “Vətən”, “Bakı FK”, “Captain FK”, “Armada FK”, “Mr.Fix”, “AtaBank”, “Kristal R&R”, “Forever Young” komandaları yarışır. 12 tur geridə qalıb ki, çempionluq adı uğrunda ilk dörd komandanın şansları yüksək qiymətləndirilir. Bu da səbəbsiz deyil. Mayda 8 nəfərlik futbol növündə Moskvada həvəskarlar arasında dünya çempionatı baş tytacaq ki, bu yarışı 1-ci pillədə başa vuran komanda üzvləri Rusiyanın paytaxtına yollanmaq imkanı qazanacaq. Bir həftə davam edəcək həmin yarışın bütün xərclərini Bakı Futbol Liqasının rəhbərliyi qarşılayacaq. Belə deyək, dava Moskva davasıdı.
“İdman Azərbaycan”, “BeerBaşa” , eləcə də “Vətən”in heyətində futbol ictimaiyyətinə kifayət qədər tanış simalar yer alıb. Məsələn, birincilərdə telekanalda çalışan həmkarlarımızdan başqa, Fizuli və Xaqani Məmmədov qardaşları, İlham Yadullayev, Hüseyn Məhəmmədov, Mehman Yunusov, Ceyhun Sultanov, Xəyal Mustafayev, Əli Abuşov, Namiq Əliyev, Yaşar Abuzərov kimi ötənlərin məşhur futbolçuları yer alıb ki, əksəri vaxtilə əsas yığmanın şərəfini qoruyub. “BeerBaşa”nın yarışda iştirakını təmin edən isə həm də komandanın kapitanı olan agent Kamil Məmmədovdu. Bu cür yarışlara komanda çıxarması ilə tanınan Məmmədov çempion adını qazanmaq üçün “İdman Azərbaycan”la əməlli-başlı mübarizəyə girişib. Hətta növbəti turlarda uğurlu çıxış etmək üçün Məmmədov yeni futbolçular transfer etməyi planlaşdırır. Maraq üçün qeyd edək ki, ilk dövrədə baş tutan və yetərincə gərgin keçən “İdman Azərbaycan” – “BeerBaşa” qarşılaşmasında birincilər 4:3 hesablı qələbəyə sevinib. “Vətən” də “az aşın duzu” deyil. Düzdü, xal baxımından əsas rəqiblərindən geri qalır. Lakin heyətlərində Xəyal Zeynalov, Fərrux İsmayılov və Alim Qurbanovun yer aldığını düşünəndə, xal fərqinin “ərimək” ehtimalına şübhə qalmır. Qısası, finişə doğru mübarizənin bir az da qızışacağı indidən bilinir. Yekunda “İdman Azərbaycan”ın, yoxsa “BeerBaşa”nın qalib adını qazanacağını bütün yarış iştirakçıları həvəslə gözləyir.
Bakı Futbol Liqasının rəhbərliyi yarışın baxımlı və maraqlı alınması üçün əlindən gələni etməyə çalışır. Məsələn, iştirakçıların iş fəaliyyəti nəzərə alındığından, 5 oyunun hamızı bazar günü keçirilir. Hər biri 30 dəqiqədən ibarət olmaqla 2 hissə davam edir. Bundan başqa, oyunların hər biri liqanın “yutub” kanalında canlı yayınlanır. Bfl.az adı altında rəsmi sayt və BFL adlı “feysbuk” səhifələri mövcuddu. Oyunların nəticələri canlı təqdim olunur. Qol və vərəqə müəllifləri də diqqətə çatdırılır. Bir sözlə, adı həvəskar birincilik olsa da, işlər peşəkar səviyyədə qurulub.
Bütün bunlar haqda dost-tanışdan eşitdiyimdən və marağımı çəkdiyindən, fürsətdən istifadə edib dünən lider “İdman Azərbaycan”la autsayder “Forever Young” arasında baş tutan matçı canlı izlədim. Oyun başlamamış stadionda bayram ab-havasının olması təsadüfi deyilmiş. Sən demə, Bakı Futbol Liqasının rəhbərliyi həm də xeyriyyə aksiyalarının fəal iştirakçılarındandı. Buna qədər müxtəlif aksiyalarla yadda qalan rəsmilər bu dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətiylə valideyn qayğısından məhrum olan “SOS uşaq kəndləri” internat məktəbinin uşaqlarını sevindirmək qərarına gəlibmiş. 20-yə yaxın uşağa yemək süfrəsi açıldı, ardınca müxtəlif hədiyyələr təqdim olundu. Hətta kimsəsiz uşaqlardan birinə “Kristal R&R” – “AtaBank” oyununda topa ilk toxunmaq imkanı yaradıldı. Xatirə şəkilləri çəkdiriləndən sonra isə oyuna baxdılar. Vaxtilə premyer-liqada fit çalmış Elnur Muradovun idarə etdiyi “İdman Azərbaycan” – “Forever Young” görüşünün yekun nəticəsi isə 12:5 birincilərin xeyrinə başa çatdı.
Fürsətdən istifadə edib Bakı Futbol Liqasının direktoru Natiq Əlixanova yaxınlaşıb, həm təşkil etdikləri yarış, həm də xeyriyyə tədbiri ilə bağlı fikirlərini dinlədik: “Valideyn qayğısından məhrum olan uşaqları sevindirmək hər birimizin borcudu. Bakı Futbol Liqasının rəhbərliyi belə təşəbbüs irəli sürdü ki, fikrimcə, bayram ərəfəsində belə addımların atılması başadüşüləndi. Qarşıdakı bayramlarda da tədbirlərimiz davam edəcək. Kimsəsiz uşaqlar nəinki Bakı Futbol Liqasının, xalqın qayğısını hiss etməlidi. Bu cür layihələrdə bizə dəstək olan siz media nümayəndələrinə də təşəkkür edirik... Məqsədimiz futbola marağı bir az da artırmaqdı. Ötənlərin məşhur futbolçularını görürsüz. Onları tanımayan, demək olar ki, yoxdu. Öz dövrlərində ad qoyan futbolçular olublar. Bu da futbola başlamaq istəyən, yaxud yeni-yeni oynamağa başlayanlar üçün stimuldu. Birinci ildə yarışı 10 komanda ilə keçirməyi qərara aldıq. Növbəti mövsümlərdə komanda sayı artırılacaq. Geniş planlarımız var. Bu yarış AFFA-nın bayrağı altında keçirilmir. Müəyyən danışıqlar olub və baş katib Elxan Məmmədov bildirib ki, turnir müntəzəm keçirilsə, AFFA da hansısa mənada kömək və dəstəyini nümayiş etdirəcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar