25 dek 14:26olke

ADBTİA-nın stadionu “Leon”un məşqçisinə tapşırıldı

ADBTİA-nın stadionu “Leon”un məşqçisinə tapşırıldı
Elvin İslamoğlu: “Apreldə torpağı dəyişib, toxum səpəcəyik”
ADBTİA-nın stadionuna yeni direktor təyin olunub. Bu “Leon” uşaq futbol klubunun məşqçisi Elvin İslamoğludu. O daha öncə “Qarabağ”da da çalışıb. Dünən Elvin bəylə əlaqə saxlayıb, yeni işi ilə bağlı fikirlərini öyrəndik: “Bildiyiniz kimi, mən “Leon”da çalışıram. Həmin klubda həm əlaqələndirici vəzifəsindəyəm, həm də 2007-08 təvəllüdlülərdən ibarət komandanın baş məşqçisiyəm. “Leon” baza olaraq ADBTİA-nın stadionunu seçib. Artıq ikinci ildi ki, məşqlərimizi təbii meydanda edirik. Belə deyək, “Leon” Bakı zonasında yeganə futbol klubudu ki, məşqlər təbii örtükdə keçirilir. Odu ki, daim İdman Nazirliyinin gözünün qabağında idik. Daha öncə ADBTİA-nın stadionunun direktoru Sulduz müəllim olub. Onun ardınca cavan bir oğlan, daha sonra isə yaşlı müəllim işləyib. Ancaq heç birinin adını bilmirəm. Təəssüf ki, heç vaxt əlaqədə olmamışıq. Respublika Olimpiya Mərkəzinin direktoru Emin Quliyev məni dəvət etdi. O İdman Akademiyasının stadionuna nəzarət edir. Emin müəllim mənə dedi ki, sənin işinə, bacarığına baxırıq, göz qabağındasan, səhərdən axşama qədər onsuz da bu stadiondasan. Ümumiyyətlə, “Leon” ailəsi bu arenanı seçəndən sonra biz oranı daim nəzarətdə saxlayırdıq. Çünki ən azı öz balalarımız orda məşq edir. Təmizliyinə, sulanmasına, vaxtında biçilməsinə, paltardəyişmə otaqlarına kimi hər şeyə diqqətlə yanaşırdıq. Bu işlər də onları qane edib, çağırdılar, belə bir təklif irəli sürdülər. Biz də sevindik və qəbul etdik. Can-başla işimizi görəcəyik. “Leon”dan öncə 6 il “Qarabağ”da çalışmışam. İşimiz, düşüncəmiz Azərbaycan futboluna bacardığımız qədər xeyir verməkdi. “Leon”da da işimi davam etdirəcəm. Sadəcə, stadion direktoru kimi də fəaliyyət göstərəcəm. Onsuz da gün ərzində arenada oluruq. Məşqçinin işi daim stadionda olmaqdı. Təkcə işə gəlmək vaxtı 2-3 saat tez olacaq. Bu baxımdan iş saatı artıqdı, ancaq dəyər”.
İslamoğlu artıq arenada bir sıra işlər görüb. O qarşıdakı planlardan da danışdı: “Stadion mənə həvalə olunandan sonra abadlıq işlərinə başladıq. Emin müəllimlə dəfələrlə görüşdüm, fikirlərimi çatdırdım. O da bildirdi ki, işə başla, lazımi köməyi göstərəcəyik. Biz də qırıq oturacaqları çıxardıq, ümumi təmizlik işləri gördük, sıradan çıxan duşlardan tutmuş, paltardəyişmə otaqlarında nə kimi problemlər var idisə, aradan qaldırdıq. İndi yalnız ot örtüyü qalıb. Qazon bizdən öncə baxımsız halda olub. Hazırda bizimlə yanaşı, bu arenada həm “Kəpəz”, həm də “Zirə” fasilələrlə məşqə çıxır. Ancaq biz də istəyərik ki, ot örtüyü ideal vəziyyətdə olsun. Bunun üzərində iş gedir. Apreldə stadionun fəaliyyətini bir ay dayandıracağıq, yəni burda məşqlər reallaşmayacaq. Həmin fasilədən yararlanıb, yenidən torpağı dəyişib, toxum səpəcəyik. İnşallah, ölkəmizdə sayılıb-seçilən stadionlardan biri səviyyəsinə gətirib çıxarmaq istəyirik. Mütəxəsislər var, onlarla da görüşlərimiz olub, danışmışıq. Əslində özüm də yeni olduğumdan öyrəndim ki, toxum əkmək üçün də müəyyən vaxt seçilir. Bilirsiz ki, ADBTİA-nın dərsləri də bu stadionda olur. Onlarda da apreldə fasilə yaranacaq. Odu ki, həmin aydan yararlanacağıq. Bunu da deyim ki, stadionda məşq baxımından həddən artıq yüklənmə var. Həmin yüklənməyə görə toxum verib, ot örtüyünü lazımi səviyyədə saxlayacağıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar