22 dek 23:43olke

Qurban Qurbanov ağır yükün altından çıxa biləcəkmi?

Qurban Qurbanov ağır yükün altından çıxa biləcəkmi?
“Buna razılıq veribsə, deməli, hazır komandası var”
Qurban Qurbanovun yığmanın baş məşqçisi vəzifəsinə təyinatı futbol ictimaiyyətinin və azarkeşlərin ürəyincədi. Çoxluq belə düşünür ki, yığmanı uğurlara yalnız bu mütəxəssis daşıya bilər. Həm də böyük əksəriyyət Qurbanovun “Qarabağ”da qurduğu sistemi millidə də yaradacağına və əsas komandanın baxımlı futbol sərgiləyəcəyinə inanır. Hərçənd Qurban bəyin böyük məsuliyyətin altına girdiyini etiraf etmək lazımdı. Çünki onsuz da klubda bir baş məşqçidən daha artıq iş görən, bütün yaş qruplarına nəzarət edən, hər bir detalı diqqətdə saxlamağa çalışan mütəxəssis bundan sonra paralel olaraq yığmada da eyni işi icra etməlidi. Necə ki AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat konfransında onu məşqçi-menecer kimi gördüklərini söyləyib. Bütün bu işlər isə böyük enerji və vaxt tələb edir. Kəmiyyət artdıqca keyfiyyətin azaldığını bilirsiz. Bu qədər iş Qurbanovda da fiziki və zehni cəhətdən yorğunluq yarada bilər. Bu boyda yükün altından alnıaçıq çıxa biləcəkmi? Bu suala mütəxəssislərdən cavab almağa çalışdıq.
Vaqif Sadıqov, Məşqçilər Komitəsinin sədri: “Niyə də bu yükün altından çıxmasın?! İlk növbədə böyük istəyi var. İclasda da bildirdi ki, nə qədər ağır olsa da, çox şərəfli işdi. Bu yükün altına girəndə də çox fikirləşib qərar verib. Özünə və ətrafına inandığına görə bu işi öz üzərinə götürüb. Mən, İsgəndər Cavadov və Kazbek Tuayev İcraiyyə Komitəsinin toplantısındakı çıxışımızda dedik ki, ilk gündən asan olmayacaq. Qurban müəllimə və onun komandasına hərtərəfli dəstək olmaq lazımdı. Bütün sağlam qüvvələr onun ətrafında birləşməlidi. Ən vacibi odu ki, Qurbanovun biliyi və istəyi var. Yığmaya sağlam rəqabət qaytaracaq və hər futbolçuya şans veriləcək. Sözsüz, istər-istəməz çətin olacaq. “Qarabağ”la paralel yığmadakı fəaliyyətini gördükdən sonra bu haqda geniş danışmaq olar. Özü qərar verəcək ki, hər iki işin öhdəsindən gələ bilmək gücündədimi?”
Erkin İbrahimov, menecer: “Elxan Məmmədov yəqin ki, ingilis modelini nəzərə alaraq “menecer” sözünü işlədib. Bu sistem “Qarabağ”da uğurludu. Berti Foqts və Robert Prosineçkinin modeli yığmada alınmadı. Gözümüzün qabağında belə uğurlu nümunə varsa, ondan yararlanmağa borcluyuq. Son 25 ildə “Qarabağ” kimi uğurlu layihəmiz, Qurbanov kimi güclü məşqçimiz olmayıb. İndiki sistemin tətbiqini tam normal sayıram. Qurban bəy buna razılıq veribsə, deməli, hazır komandası var. Necə ki, “Qarabağ”da da o tək deyil. Məsələn, uşaq futboluna nəzarətdə Rəşad Sadıqov ona yardım edir. Komandanın fiziki durumuyla iki əcnəbi mütəxəssis məşğul olur. Bəzən ictimaiyyətdə belə fikir səslənir ki, Qurbanov özünü yığmada “yandıracaq”. Yəqin ki, hamımızdan daha çox o bilir. Hamımıza iş təklifi gəlsə, bunu götür-qoy edərik. Maaş, görüləcək iş və başqa məqamları fikirləşərik. Qurbanov da yəqin ki, bir neçə ay fikirləşdikdən sonra qərar verib. Razılıq veribsə, deməli, yardımçı komandası var. Ancaq o fikirlə razıyam ki, bizdə kadr çatışmazlığı var. Bəzən AFFA-nın özündə bir nəfər 3 vəzifəni yerinə yetirir. Eyni sözləri klublar haqda da deyə bilərik. “Bakı” və “Xəzər Lənkəran” kimi klublar dağılmalarının günahını AFFA və ya PFL-in üstünə atmasın. Məhz futbolu bilən kadrları olmadığından süqut etdilər. Jurnalistika, idarəçilik və hakimlik sahəsində də ciddi kadr sıxıntısı var. Qurban Qurbanovun kadrları hardan tapacağı və hansı meyarlara üstünlük verəcəyi mənə maraqlıdı. Gözləyək, görək necə olacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar