22 dek 23:21olke

Tyaqo həyat yoldaşı ilə məsləhətləşəcək

Tyaqo həyat yoldaşı ilə məsləhətləşəcək
“Yekun hesab digər göstəricilərin önündə gəlir”
Futzal üzrə yüksək liqada 12-ci tur “Marafon” – “Araz” derbisi ilə yadda qaldı ki, naxçıvanlılar ən yaxın izləyicisini çətinliklə də olsa, məğlub etməyi bacardı və “qış çempionluğu”nu təmin etdi. Son çempionun hər iki qolunun müəllifi isə Tyaqo oldu. Millimizin üzvü Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində oyun haqda danışıb, həmçinin qış tətili ilə bağlı planlarını açıqlayıb.
- Əvvəlcə ən yaxın izləyiciniz olan “Marafon”la oyun haqda fikirlərini bildirərdin.
- İndi çempionat çox maraqlı keçir. “Marafon ” çempionatın güclü, həm də maraqlı komandalarındandı. Komandanın əsasını yerli oyunçular təşkil edir. Həmin futzalçıların bir neçəsi ilə millidə birgə çıxış etmişik. İranlı legionerlər də onlara yaxşı kömək edirlər. Belə deyək də, baş məşqçi yaxşı komanda formalaşdırıb. Qarşılaşma isə çox çətin, həm də gərgin keçdi. Çünki bu görüş ərəfəsində rəqiblə xal fərqimiz 1-ə bərabər idi. Düzdü, biz bir oyun az keçirmişik. Vacib olan 3 xalı qazanmaq idi.
- Futzal oyunları adətən, məhsuldar alınır. Ancaq bu matçda cəmi 2 qol vuruldu. Niyə belə az?
– Bir neçə real qol vəziyyətindən istifadə edə bilmədik. Mən 2 qol vurdum, amma 3 epizodda dirəyi nişan aldım. Həm də turnir cədvəlindəki vəziyyəti izah etdim və bu cür qarşılaşmalarda çox qol vurmağı, yaxşı oynamağı yox, 3 xal qazanmağı düşünməlisən. Çünki məğlub olsan, birinci pilləni əldən verəcəksən. Ona görə də yekun hesab digər göstəricilərin önündə gəlir. Həm də rəqibimiz güclü komandadı. Təsəvvür edin, bu komandanın indiyə qədər 3 məğlubiyyəti var və bunlardan ikisi bizimlə oyunlarda alınıb. Deməli, digər komandalardan güclüdülər. İkinci pillədə yer almaları da sıradan deyil.
- Bu qələbənin “Araz” üçün özəlliyi qış fasiləsinə zirvədə yollanacağını təmin etməsidi.
- Bəli, xal fərqini artırdıq, ehtiyatda da bir oyunumuz var, qələbə qazansaq, fərqi böyüdəcəyik. Ancaq bu, çempion olduğumuzu təsdiqləmir. Hələ fasilədən sonra 2 dövrə var. Qışda komandaların necə hazırlaşacağını, kimləri transfer edəcəklərini bilmirik. Bunlar sonrakı qarşılaşmalarda həlledici rol oynayacaq. Həm də fasiləyə qədər 2 oyunumuz var. Növbəti görüşdə “Neftçi” ilə qarşılaşacağıq. Bizim üçün təhlükəli komandadı. Xatırlayırsızsa, çempionatda cəmi bir oyunda xal itirmişik. Məhz “Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etməyi bacardı. Bunu unutmamışıq və matça ciddi hazırlaşırıq.
- Bütün komandalarla qarşılaşmısız. Rəqiblərinizdən daha hansını güclü hesab edirsən?
- Qeyd etdiyim kimi, “Marafon” təhlükəli və güclü komandadı. Bundan başqa, “Ekol” və “Neftçi” də ehtiyatlanmalı rəqiblərdi. Düzdü, “Marafon” onlardan bir addım öndədi.
- Azərbaycan çempionatında ikinci mövsümdü oynayırsan. Ötən illə müqayisə etsək, fərq varmı?
- Həm də çox fərq var. Ötən il çempionatda sanki 3 komanda - “Araz”, “Neftçi” və “Ekol” yarışırdı. Az-çox maraqlı oyunlar da bu komandalar arasında olurdu. O biri komandalarla qarşılaşmalarda isə böyükhesablı nəticələr qeydə alınırdı. Bu il çempionat çox çətin keçir. İndi ötənilki kimi meydana rahat çıxa bilmirsən. Hətta sonuncu pillədə yer alan komanda da müqavimət göstərməyə çalışır. Fikir verin, əskər oyunlarda hesab arasındakı fərq böyük olmur. Bu mövsüm komandalar daha məsuliyyətli hazırlaşıblar. Bu da bizim xeyrimizədi. Müqavimət görəndə, daha yaxşı hazırlaşmalı olursan. Təbii ki, belə durum yerində saymağa yox, irəli addım atmağına kömək edir.
- İki turdan sonra istirahət başlayır. Bayramı Bakıda, yoxsa Braziliyada qarşılaşayacaqsan?
- Hələ qərar verməmişəm. Braziliyaya getməyəcəyim dəqiqdi. Çünki fasilə az olacaq. Ora gedib gəlmək isə 2 gün vaxt aparır. Üstəlik, saat fərqinə öyrəşmək də var. Həm də azyaşlı uşaqla bu qədər məsafə qət etmək yaxşı deyil. Həyat yoldaşımla danışacam. Yəqin ki, yaxın bölgələrdən birinə gedəcəyik. Ola bilər, bayramı Moskvada, bəlkə də Dubada qeyd etdik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar