19 yan 20:23olke, manset

Qurban Qurbanov “Anadolu”ya danışdı

Qurban Qurbanov “Anadolu”ya danışdı
“Başakşəhər”in çempion olması Türkiyə futboluna böyük xeyir verər”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibə dərc olunub. Qeyd edək ki, Ağdam təmsilçisinin rəsmi saytı hələ yanvarın 12-də agentliyin əməkdaşlarının komandanın düşərgəsinə gəldiyini və baş məşqçidən müsahibə aldığını xəbər vermişdi. Təcrübəli çalışdırıcının türk həmkarlarımızla söhbətinin məğzini təqdim edirik.
Qurban bəy komandanın planlarından və işğal altında olan Qarabağdan danışıb. O, torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən ələ keçirildiyini və komandanın 24 ildi Bakıda oynamaq məcburiyyətində qaldığını xatırladıb: “Avrokuboklarda mübarizə aparırıq, amma Avropanın tanınmış komandalarını öz meydanımızda qəbul edə bilmirik. Hazırkı vəziyyətdə bu imkansız görünür. Ancaq ümidimizi itirmirik. Ölkə prezidenti işğal olunmuş torpaqlarımızın qaytarılması üçün çox çalışır. İnşallah, tezliklə torpaqlarımıza qayıdacağıq. Buna çox inanırıq. İnşallah, doğma torpaqlarımızda yaxşı stadion və güclü komanda ilə azarkeşlərimizin qarşısına çıxarıq. Sağ olsun azarkeşlər, bizi heç vaxt yalqız buraxmırlar. Məğlub olanda belə, yanımızda olurlar və Qarabağ adını yaşıl meydanlarda yaxşı mənada daşımağımıza kömək edirlər. Avrokubok matçlarında isə bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələlərindəki oyunlarımız zamanı Azərbaycan və Türkiyə bayraqları tribunalarda daim yan-yana idi. Bu amil futbolçularımıza da əlavə motivasiya verir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır, böyük coşğu ilə bizi dəstəkləyir”.
44 yaşlı mütəxəssis Türkiyənin böyük klubları sayılan “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”la yoxlama görüşləri keçirməyin tərəfdarı olduğunu bildirib: “Həm Türkiyədə, həm də bizdə çempionat çox çətin keçir. Öz aramızda oyun təşkil etmək üçün təqvim müəyyənləşdirmək asan deyil. Amma iki qardaş ölkənin komandaları arasında oyunlar olarsa, bu iki ölkənin futbol münasibətləri daha yaxın olar. Türkiyədə “Beşiktaş”lılar, “Fənərbaxça”lılar, “Qalatasaray”lılar olduğu kimi, bizdə də belədi. Azərbaycanlılar bu üç komandaya daha çılğın azarkeşlik edirlər. Azərbaycanda “üç böyük”ə qarşı olacaq oyunlar böyük maraq doğurar. Bu səbəbdən “üç böyüy”ü ölkəmizə dəvət edirəm. Əlbəttə, onlarla avrokubok çərçivəsində qarşılaşmaq daha mənalı olar. Futbolumuz gündən-günə inkişaf edir. Yaxın müddətdə Türkiyənin aparıcı klubları ilə Avropa arenasında qarşılaşacağımıza inanıram”.
Qurbanov cari mövsümlə bağlı hədəflərindən də söz açıb: “Çempionatda “Qəbələ”dən 1 xal öndəyik və turnir cədvəlinə başçılıq edirik. Hədəfimiz ardıcıl 4-cü dəfə çempionluğu qazanmaq və Çempionlar Liqasında təsnifat mərhələlərini keçərək, qrupa düşməkdi. Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla Azərbaycanda ilkə imza atmaq istəyirik”.
Qurban Qurbanov Türkiyə superliqası ilə bağlı fikirlərini də bölüşüb. O, lider “Başakşəhər”in çempionluğunu arzulasa da, ən çox izlədiyi komandanın “Beşiktaş” olduğunu vurğulayıb: “Başakşəhər” çox yaxşı performans ortaya qoyur. Onlara uğurlar arzulayıram. “Başakşəhər”in çempion olması Türkiyə futboluna böyük xeyir verər. Çünki yenilik olar. Daha çox “Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli məşqçiləri var. Təbii ki, “üç böyüy”ün çempionluq təcrübəsi onları ön plana çıxarır. Amma futbol hər zaman sürprizlərlə doludu”.
Qurbanov sonda ən çox bəyəndiyi türkiyəli futbolçunun “Bayer 04”ün yarımmüdafiəçisi Hakan Çalhanoğlu olduğunu bildirib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar