21 dek 18:56olke

“Araz” “Marafon”u itkisiz keçdi

“Araz” “Marafon”u itkisiz keçdi
Xəbər verdiyimiz kimi, çərşənbə axşamı futzal çempionatında 12-ci turun oyunları keçirildi. Tura çempionluğa ən real iki namizədin görüşü ilə start verildi ki, “CBC Sport” telekanalı ilə canlı yayınlanan “Marafon” - “Araz” oyunu “qış çempionu”nun müəyyənləşməsi baxımından prinsipiallıq daşıyırdı. Naxçıvan təmsilçisi qələbə qazanmaqla son iki turun nəticəsini gözləmədən özünü “qış çempionu” elan edəcəkdi.
İlk dəqiqələrdən görünürdü ki, “Araz” əvvəlki oyunlarda olduğu qədər rahat deyil və ehtiyatlı davranmağa çalışır. Belə desək, Alesio oyunu müdafiədən qurmuşdu. Bu taktika 4-cü dəqiqədə effekt verdi. Cinahdan paralel ötürməni Tyaqo qapıdan keçirməklə hesabı açdı. Yeri gəlmişkən, bu, millimizin də formasını geyən braziliyalının mövsümdə 11-ci qolu oldu. Bundan sonra da üstünlük “Araz”ın tərəfindəydi. Düzdü, debütant əks-hücumlarda naxçıvanlıları cəzalandırmağa çalışırdı. Rəqibin pressinq tətbiq etməsindən sonra “Araz” müdafiədə kobud səhvlərə yol verirdi ki, bu da debütantın şanslarını artırırdı. Ancaq bu imkanlardan nə ilk yarıda, nə də fasilədən sonra yararlanmaq mümkün oldu. “Vurmayana vurarlar” prinsipi, nəhayət, yerini tutdu. 23-cü dəqiqədə əks-hücum quran “Araz”dan Maykonun dirəyin dibinə göndərdiyi topu Tyaqo qapıdan keçirməklə dublunu rəsmiləşdirdi. Oyunun son dəqiqəsində “Marafon” 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansa da, Renat Sultanov Rövşən Hüseynli ilə dueldən məğlub ayrıldı. Beləliklə, “Marafon ” zirvəyə yüksəlmək şansını əldən verdi. “Araz” isə “qış çempionluğu”nu təmin etmiş oldu.
Növbəti oyunda əzəli rəqiblər – “Ekol” və “Neftçi” üz-üzə gəldi. Bəribaşdan qeyd edək ki, oyunda gərginlik gözləniləndən də artıq idi. Çünki hər iki komanda son turlarda arzuladıqları nəticələri qazana bilməmişdi. Üstəlik, əzəli rəqabətin olması hər addımda hiss olunurdu. Həm də günün ilk oyununda “Marafon”un məğlub olması xal fərqini azaltmaq üçün əla fürsət idi. “Ekol” həm də qələbə qazanacağı təqdirdə “Neftçi”ni qabaqlayacaqdı. Müdafiədə mümkün qədər səhvsiz oynamaqla sürətli hücumlar qurmağa çalışan tərəflər bir-birini tora sala bilmirdi. “Siçan-pişik oyunu” 34-cü dəqiqəyə qədər davam etdi. Nəhayət, “Ekol”un həmlələri bəhrə verdi. Həm də son 6 dəqiqədə qollar sıralandı. Əvvəlcə Fərziyev hesabı açdı, ardınca qapıçı ilə oyunçunun anlaşmamasından istifadə edən Məmmədkərimov fərqi 2 topa çatdırdı. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəzlədi. Qolu isə yenə “Ekol” vurdu. 37-ci dəqiqədə Samir Həmzəyev qapıçısız “çərçivə”nin torunu silkələdi. Yekun hesabı isə matçın başa çatmasına 5 saniyə qalmış Radik Əhmədov müəyyənləşdirdi.
Son oyunda ötən tur “Araz”ın qəzəbinə tuş gələn və böyük hesabla yenilən FK.İD ilə “Xəmsə” münasibətlərinə aydınlıq gətirdi. İlk öncə qeyd edək ki, oyun ərəfəsində hakim dəyişikliyi baş verdi. Belə ki, şəxsi problemləri olan Elçin Məmmədovu Azər Əsgərov əvəzlədi. Oyuna gəlincə, hesab erkən açıldı. Elvin Quliyev yaxın dirəyin önünə göndərilən ötürməni çətinlik çəkmədən qapıdan keçirdi. Növbəti qol isə 2 dəqiqə sonra təcrübəli Ağatahir Əzimovdan gəldi. Fasiləyə 2:0 öndə yollanan debütant 26-cı dəqiqədə “Xəmsə”nin fərqi minimuma endirməsiylə həyəcanlandı. Ancaq nominal qonaqların dirənişi son 4 dəqiqədə qırıldı. Əvvəlcə Anar 20 saniyə ərzində 2 qol vuraraq, fərqi 3 topa çatdırdı. Oyunda son nöqtəni isə final fitinə saniyələr qalmış FK.İD-in gənc oyunçusu Faiq Əliyev qoydu. Beləliklə, debütant görüşdən inamlı qələbə ilə ayrıldı.
Qeyd edək ki, növbəti turun oyunları sabah keçiriləcək.
12-ci tur
Marafon – Araz 0:2 (0:1)

Marafon: 12. Kəsra Mehdipur, 10. Seymur Məmmədov, 13. Məcid Moravati, 20. Rasif Səfiyarov, 77. Səid Çodarzi; 2. Kamran Hacıyev, 4. İbrahim İbrahimov, 7. Rəvan Abdullayev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Hamed Khodaei, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Araz: 1. Rövşən Hüseynli, 6. Eduardo, 10. Maykon, 3. Tyaqo, 8. Rizvan Fərzəliyev (k); 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 11. Xətai Bağırov, 13. Qallo, 15. Vilela, 17. İsa Atayev, 18. Ramil Quliyev .
Baş məşqçi: Alesio da Silva.
Qollar: Tyaqo, 4 (0:1). Tyaqo, 23 (0:2).
Vərəqə: Eduardo, 32. S.Məmmədov, 34. Tyaqo, 39 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
19 dekabr. Bakı İdman Sarayı.
Neftçi – Ekol 0:4 (0:0)
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 77. Davud Xolerdi, 5. Mehram Eybeli, 11. Tural Qurbanov; 1.Samir Mehdiyev, 8. Vahib Xocayev, 7. Tural İsmayılov, 12. Sadiq Cavid.
Baş məşqçi: İlqar Aslanov.
Ekol: 99. Emin Kürdov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: Z.Fərziyev, 34 (0:1). N.Məmmədkərimov, 35 (0:2). S.Həmzəyev, 37 (0:3). R.Əhmədov, 40 (0:4).
Vərəqələr: S.Cavid, 19. S.Məstiyev, 26. R.Balakişiyev, 29. D.Xolerdi, 38 – sarı.
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov.
Hakim-inspektor: Rafiq Pənəhpur.
19 dekabr. Bakı İdman Sarayı.
FK.İD – Xəmsə 5:1 (2:0)
FK. İD: 12. Ramil Həsənzadə (k), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 10. Faiq Əliyev, 9. Elşən İbrahimxəlilov; 1. Ümid Paşayev, , 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
Xəmsə: 1. Zaliş Səmədzadə, 7. Elçin Zeynalov, 8. Qüdrət İsmayılov, 9. Samir Əmirov, 14. Yamin Ağakərimzadə; 10. Əli Həsənov (k), 12. Ceyhun Yusifov.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: E.Quliyev, 4 (1:0). A.Əzimov, 6 (2:0). S.Əmirov, 26 (2:1). A.Ağayev 36 (3:1). A.Ağayev, 36 (4:1). F.Əliyev, 40 (5:1).
Vərəqələr: S.Əmirov, 11. A.Ağayev, 29 – sarı.
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Aydın Gözəlov.
19 dekabr. Bakı İdman Sarayı.
1. Araz 10 9 1 0 64-11 28
2. Marafon 11 8 0 3 43-23 24
3. Ekol 10 5 1 4 25-24 16
4. Neftçi 10 4 3 3 32-29 15
5. FK.İD 11 3 3 5 33-39 12
6. Yasamal 10 2 0 8 24-61 6
7. Xəmsə 10 0 2 8 24-58 2
Bombardir: Renat Sultanov (Marafon) – 15.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar