20 dek 21:12olke

Region Liqası yerdəyişmə ilə başladı

Region Liqası yerdəyişmə ilə başladı
Kamran Əlibabayev: “Bəlli səbəblərə görə qusarlı azarkeşlər bir qədər komandadan incik düşüb”
Nəhayət, xeyli vaxtdı gözlənilən start baş tutdu. Söhbət AFFA-nın baş katibi Elxan Məmmədovun xeyir-duası ilə araya-ərsəyə gələn Region Liqasından gedir. Ötən həftənin istirahət günlərində yeni yaradılan yarışda ilk turun 11 qarşılaşması keçirilib. Yalnız “Şəmkir” – “Energetik” görüşü bu gün baş tutacaq.
Paytaxt və Şimal zonası
Bu zonada maraqla gözlənilən oyunlardan biri Qusarda keçirilib. Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, 20 ildən sonra adını çəkdiyimiz rayonun və Qubanın eyniadlı komandaları rəsmi görüşdə üz-üzə gəlib. Qusar şəhər stadionunda keçirilən matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Onu da bildirək ki, püşkə əsasən ilk turda Quba təmsilçisi meydan sahibi olmalıydı. Ancaq Quba Olimpiya Kompleksinin meydanında aşağı yaş qrupları üzrə çempionat oyunları keçirildiyindən qarşılıqlı razılıq əsasında qarşılaşmanın məkanı dəyişdirilib. Ötən mövsüm həvəskarlar liqasının qalibi olan “Uğur” isə səfərdə Şabran təmsilçisini böyük hesabla məğlub edib. Çox maraqlıdı ki, paxtaxtı təmsil edən komandaların qarşıdurmasında qalib müəyyənləşməyib. Hər iki matçda “sülh” qeydə alınıb.
Şıxlar (Qobustan) – Ümid (Bakı) 1:1
Tufan (Bakı) – Şağan (Bakı) 2:2
Şahdağ (Qusar) – Şahdağ (Quba) 1:0
Səhliyalı (Şabran) – Uğur (Sumqayıt) 1:5
Cənub və Aran Zonası
Turun ən məhsuldar matçları məhz Cənub və Aran zonalarını təmsil edən komandaların görüşündə qeydə alınıb. “Astara” Yardımlıda “Dinamo”nun qapısından 6 cavabsız qol keçiribsə, Sabirabadda baş tutan görüşdə azarkeşlər 7 qola şahidlik ediblər. Meydan sahibləri Kürdəmirin eyniadlı komandasını 5 dəfə meydanın mərkəzinə dəvət ediblər. İki il öncə birinci divizionda çempionluğu bayram edən “Neftçala” isə “doğma divarlar” arasında “Füzuli”yə boyun əyib.
Cənub RFF – Ümid (Cəlilabad) 0:1
Dinamo (Yardımlı) – Astara 0:6
Gənclik (Sabirabad) – Kürdəmir 5:2
Neftçala – Füzuli 1:2
Şimal-Qərb və Qərb zonası
Futbol ənənələri ilə seçilən bu zonada “Göyəzən” birinci turdan sonra liderliyi ələ keçirib. Düzdü, hələ ki “Şəmkir”lə “Energetik” mübarizəyə qoşulmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu iki komanda arasında planlaşdırlan qarşılaşma bu gün keçiriləcək. Ancaq dünənə kimi şairlər yurdu kimi tanınan Qazaxın təmsilçisi “Xəmsə”nin qapısından üç cavabsız qol keçirib ki, digər oyunlarda qeydə alınan nəticəni nəzərə alanda bu liderlik üçün kfayət edib. “Şəki” və “Oğuz” da ilk turu qələbə ilə başa vuran komandalar arasındadı.
Şəki – Şirvan (Ağdaş) 0:0
Oğuz – Kürmük (Qax) 2:1
Xəmsə (Gəncə) – Göyəzən (Qazax) 0:3
İlk turla bağlı turun prinsipial qarşıdurmasından qalib ayrılan Qusar “Şahdağ”ının çalışdırıcısı Kamran Əlibabayevin fikirlərini öyrəndik: “Matç bizim üstünlüyümüz şəraitində keçdi. 65-ci dəqiqədə bizə qələbə gətirən qolu vurmağı bacardıq. Rəqibin heyətində birinci divizion və elita təcrübəsi olan futbolçular da çıxış edirdi. Yusif Yusifzadə ötən mövsüm bizim komandanın şərəfini qoruyubsa, Emin Əmiraslanov “Bakı”nın heyətində premyer-liqada da çıxış edib. Azarkeş sayının az olmasına gəlincə, bəlli səbəblərə görə qusarlı azarkeşlər bir qədər komandadan incik düşüb. Ancaq inanıram ki, komanda uğurlu çıxış edincə onlar yenidən tribunalara qayıdacaqlar. Quba təmsilçisi ilə görüşdə stadionda təxminən 200-ə yaxın tamaşaçı var idi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar