20 dek 13:03olke

İlk “3-lük”də yeni ad

İlk “3-lük”də yeni ad
Həftəsonu futzal üzrə ikinci liqada 8-ci tura yekun vurulub. Turun ilk oyununda eşitmə qüsurlu futzalçılardan ibarət millinin bazasında formalaşan “Ulduz” “Rezident.az”ın qonağı olub. Yetərincə gərgin keçən oyunda nominal qonaqar qalib gəlib. Lider “Obolon” “İçəri Şəhər” üzərində rahat qələbə qazanıb. Bu oyuna qədər turnir cədvəlində qonşu olan VİP ilə “Baku Fire-2”nin duelindən qalib ayrılan birincilər mövqeyini də qorumağı bacardığı halda, məğlub tərəf bir pillə geriləyib. “Atletiko Baku” ilə oyunda qələbə qazanan “Bədr Xocalı” isə “Baku Fire-2” və “İçəri Şəhər”in xal itkisindən maksimum yararlanıb və üçüncü pilləyə yüksəlib. Turun nəticələrini diqqətinizə çatdırırıq:
Ulduz – Rezident.az 4:12
Obolon – İçəri Şəhər 8:0
Gənclik İK – Təbriz 4:8
Metropoliten - Avanqard 0:13
Baker Hughes - Dalğa 3:4
Atletiko Baku - Bədr Xocalı 2:5
Hövsan - Advokat 3:1
VİP FK - Baku Fire-2 3:2
1. Obolon 8 7 1 0 46-10 22
2. VİP FK 8 7 0 1 45-15 21
3. Bədr Xocalı 8 6 0 2 50-23 18
4. Baku Fire-2 8 5 1 2 36-14 16
5. İçəri Şəhər 8 5 1 2 47-34 16
6. Atletiko Baku 8 5 1 2 34-22 16
7. Rezident.az 8 5 0 3 45-32 15
8. Avanqard 8 4 2 2 48-16 14
9. Təbriz 8 4 2 2 52-32 14
10. Hövsan 8 3 2 3 31-41 11
11. Dalğa 8 2 3 3 27-25 9
12. Ulduz 8 2 1 5 36-49 7
13. Gənclik 8 2 0 6 30-54 6
14. Metropoliten 8 0 1 7 25-60 1
15. Baker Hughes 8 0 0 8 15-56 0
16. Advokat 8 0 0 8 9-78 0
Derbilərin təyinatı açıqlandı
Bu gün futzal üzrə yüksək liqada 12-ci turun oyunları keçiriləcək. Tura iddialıların dueli ilə start veriləcək. Belə ki, turnir cədvəlinə başçılıq edən “Araz” ən yaxın izləyicisi “Marafon” ilə gücünü sınayacaq. Hazırda rəqibindən bir oyun çox keçirən, ancaq 1 xal az toplayan “Marafon” üçün zirvəyə yüksəlmək baxımından əla şansdı. Belə ki, debütant qələbə qazanacağı təqdirdə ölkə çempionunu qabaqlayacaq. Hər iki komandanın növbəti oyunda daha bir ciddi rəqib - “Neftçi”ylə qarşılaşacağını da nəzərə alsaq, qış fasiləsi ərəfəsində fərqli mənzərə ilə qarşılaşmaq mümkündü.
Onu da qeyd edək ki, bu komandalar arasında birinci dövrədə keçirilən oyun da kifayət qədər gərgin alınmışdı. Hesabı “Marafon”un açması təcrübəli “Araz”ın üzvlərini xeyli gərginlikdə saxlamışdı. Hətta əsəbləri tarıma çəkilən Eduardo qırmızı vərəqə alaraq, oyunu erkən başa vurmalı olmuşdu. Üstəlik, baş məşqçi Joze Alesio da Silva hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılmışdı. Bugünkü oyun ərəfəsində heyətlərlə bağlı ciddi itki yoxdu. Qeyd edək ki, zirvə mücadiləsini “CBC Sport” telekanalı canlı yayınlayacaq.
Turun ikinci oyununda isə əzəli rəqiblər üz-üzə gələcək. Artıq illərdi bir-biri üçün arzuolunmaz rəqibə çevrilən “Ekol”la “Neftçi”nin ilk dövrədəki duelini birincilər qazanmışdı. Onsuz da son turlarda işi rəvan getməyən “Neftçi” büdrəmək istəmir.”Ekol” isə qələbə qazanacağı təqdirdə yenidən üçüncü pilləyə yüksələcək.
FK.İD – “Xəmsə” görüşü də gərginlik vəd edir. Komandaların ilk dövrədəki oyununda buna şahid olmuşduq. Fasiləyə qədər qolsuz heç-heçədən sonra iki ardıcıl qol buraxan “Xəmsə” təslim olmamış və oyunun başa çatmasın 10 dəqiqə qalmış “status-kvo”nu bərpa etmişdi. Çempionatın yeganə sponsorsuz komandasının ötən matçda yenidən xal qazanması düşərgədə ab-havanı yüksəldib. Debütantda isə əksinə, “Araz”a böyükhesablı yenilgi azmış kimi, təcrübəli Rəcəb Fərəczadə, Ağatahir Əzimov kimi oyunçuların yoxluğu hiss olunur.
Artıq turun oyunlarına təyinatlar da açıqlanıb:
Marafon – Araz
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
19 dekabr. Bakı İdman Sarayı. Saat 14.30
Neftçi – Ekol
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov.
Hakim-inspektor: Rafiq Pənəhpur.
19 dekabr. Bakı İdman Sarayı. Saat 16.00
FK.İD – Xəmsə
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Aydın Gözəlov.
19 dekabr. Bakı İdman Sarayı. Saat 17.30
1. Araz 9 8 1 0 62-11 25
2. Marafon 10 8 0 2 43-21 24
3. Neftçi 9 4 3 2 32-25 15
4. Ekol 9 4 1 4 21-24 13
5. FK.İD 10 2 3 5 28-38 9
6. Yasamal 10 2 0 8 24-61 6
7. Xəmsə 9 0 2 7 23-53 2
Bombardir: Renat Sultanov (Marafon) – 15.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar