20 dek 12:57olke

“Konyaspor”un meneceri “Şəmkir”ə gəlməsinin səbəbini açıqladı

“Konyaspor”un meneceri “Şəmkir”ə gəlməsinin səbəbini açıqladı
“Sizin oyunçular taktiki planda bir qədər axsayırlar”
Ötən sayımızda Regional Liqada çıxış edən “Şəmkir”ə türk mütəxəssisin baş məşqçi təyin olunduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, Cenk Özcan hazırda Türkiyə superliqasında mübarizə aparan “Konyaspor”un meneceridi. Cenk bəyin Türkiyədə, həm də Azərbaycanda işləməsi, obrazlı desək, bir əldə iki qarpız tutması bizə bir qədər təəccüblü gəldi. Bu səbəbdən dünən Cenk bəylə əlaqə saxlayıb, söhbətləşmək qərarına gəldik. Söhbət əsnasında məlum oldu ki, qardaş ölkənin bir çox klublarında çalışmış mütəxəssis heç də “ağ-qırmızılar”ın baş məşqçisi deyil. O sadəcə, yenidən qurulan “Şəmkir”ə klub kimi formalaşmaqda yardım edir.
- Şəmkir artıq mənim üçün doğma yuvaya dönüb. Ümumiyyətlə, mən həm Azərbaycanı, həm də Şəmkiri çox sevirəm. Bura yaxın dostum İlqar Nəbiyevin dəvəti ilə gəlmişəm. Budəfəki səfərimin əsas məqsədi aşağı yaş qruplarında çalışan məşqçilərə metodiki yardım etmək, uşaqlarla daha səmərəli işləməyin yollarını başa salmaqdı. Məşqçilərə Türkiyədən müəyyən proqramlar gətirmişəm və ilboyu bu əyani vəsaitlərdən istifadə etmələrini tövsiyə etdim.
- Belə başa düşdük ki, siz “Şəmkir”in baş məşqçisi deyilsiz...
- Mən artıq sabah (bu gün) Türkiyəyə qayıdıram. Komandanın baş məşqçisi yerli mütəxəssisdi. Mən sadəcə, “Şəmkir”in klub kimi yenidən formalaşmasına, aşağı yaş qruplarının daha faydalı işləməsinə yardım edirəm. Bugünlərdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla görüşdük. Onunla söhbət zamanı qısa vaxtda nə iş görə biləcəyimizi müzakirə etdik. Bundan başqa, klubun uzunmüddətli inkişaf proqramı ilə bağlı söhbətimiz oldu. İcra başçısı ilə görüşdən belə qənaətə gəldim ki, o rayonda futbolun inkişafında çox maraqlıdı. Onun əsas istəyi komandanın yerli futbolçulardan qurulmasıdı. Bunun üçün də minimum 5 il lazımdı. Həmin müddətdə hansı işlərin görülməli olduğunu sənəd üzərində Alimpaşa bəyə təqdim etdim. Sözün həqiqi mənasında Şəmkirdə, Tovuzda, Qazaxda, Gəncədə çox istedadlı uşaqlar var. Ötən həftə İlqar bəylə birgə adını çəkdiyim rayonları gəzdik, aşağı yaş qruplarının məşqlərini izlədik. Bu potensialdan maksimum yararlanmaq lazımdı. Hətta deyərdim ki, 12-13 yaşları olan uşaqları düzgün hazırlasan, 15 yaşa qədər onlara normal məşqlər keçirilsə, qısa vaxtda Türkiyədə də özlərini göstərə bilərlər.
- “Şəmkir”in əsas komandası cari mövsümdə Region Liqasında çıxış edir. Əsas komandanın durumu ilə maraqlandız?
- Fikrimcə, heyətlə bağlı müəyyən çatışmazlıqlar var. Həftəsonu “Şəmkir”lə bir zonada oynayan komandaların çıxışlarını izlədim. Rəqiblərin heyətində premyer-liqa təcrübəsi olan, yaşları 35-40 arası futbolçular var. “Şəmkir” isə əsasən gənclərdən qurulub. Həmin gənclərə meydanda göstəriş verən, təcrübəli, böyük qardaşlar lazımdı. Azı iki-üç belə oyunçu olsa, nəyəsə ümid etmək olar. Bildiyim qədər bu yöndə işlər görülür.
- Hazırda superliqa təmsilçisi “Konyaspor”un menecerisiz. Bu üzdən sizə bu sualı vermək məcburiyyətindəyəm. Nəyə görə komandası Çempionlar Liqasının qrupunda oynayan ölkənin bir futbolçusu belə qardaş ölkənin superliqa klublarının heyətində çıxış etmir? Bizimkilər zəifdi, yoxsa ortada biz bimədiyimiz başqa səbəblər var?
- Azərbaycan bizimlə qardaş ölkədi. Heç vaxt bura gələndə vətən üçün qəribsəmirəm. Çünki biz bir millət, iki dövlətik. Məsələyə futbol tərəfdən yanaşsaq, açığı, sizin oyunçular bir qədər taktiki planda axsayırlar. Bunu açıq demək lazımdı. Texnikaları olsalar da, ondan düzgün istifadə etmirlər. Mən “Konyaspor”dan əvvəl “Kasımpaşa”, “Qalatasaray”ın əvəzedici heyətində, “Ankaragücü”ndə, əsas yığmada və U-21-də çalışmışam. Bu üzdən azərbaycanlı futbolçuları izləmək imkanım olub. Ancaq son illərdə inkişaf sezilir. Qurban Qurbanovun yığmaya baş məşqçi təyin olunması da vaxtında atılmış addım, düzgün qərardı. Ən sevindirici məqam isə odu ki, aşağı yaş qruplarına nəzarət də Qurban bəyə tapşırılıb. Bu da o deməkdi ki, Azərbaycanın müxtəlif yaş qrupları üzrə mililəri eyni sistemlə futbol oynaycaq. Bu isə vacib detaldı. 2002-ci ildə Türkiyə yığması dünya üçüncüsu oldu. Həmin vaxt Belçika heç mundiala qatılmamışdı. Ancaq sonradan dövlət səviyyəsində proqram qəbul olundu və həmin sənədə uyğun da iş quruldu. O ildən Belçikanın bütün yığmaları 4-4-2 sistemi ilə oynamağa başladı və nəticə də göz qabağındadı. Onlar hazırda reytinqdə ilk “5-lik”dədi. Və yaxud İslandiya nümunəsinə baxaq. Onlar da eyni sistemlə çalışdıqdan sonra uğur özünü çox gözlətmədi. Qurban Qurbanova vaxt vermək lazımdı. Bir ildən sonra “niyə belə oldu” deyib, onu divara sıxmaq düzgün olmaz.
- Çox gözəl danışırsız. Ancaq bütün söylədiklərinizi niyə Türkiyədə tətbiq etmirsiz? Son illər əsas yığma ilə yanaşı, aşağı yaş qruplarında da Türkiyə nəticə qazana bilmir.
- Bizim probelmimiz başqadı. Bizdə bütün klublar nəticəni düşünüb, legionerlərə güvənirlər ki, belədə yerli gənclər inkişafdan qalırlar. Oynamaq şansı qazanmayan futbolçu yığmaya nə fayda verə bilər? Superliqada çıxış edən komandalara 14 əcnəbinin adını sifariş ərizəsinə salmağa icazə verilir. Birinci dəstədə isə bu rəqəm 10-du. Hamı da çalışır ki, gətirdiyi legioner kənarda qalmasın, meydana çıxsın. Bu da sonda yığmanın nəticələrinə təsir göstərir. Biz istəyirik ki, İngiltərə modeli tətbiq olunsun. Heç olmasa, gələn legionerlər öz ölkələrinin yığmalarında çıxış etsinlər, ustalıq səviyyələri yüksək olsun. Belə olanda onun yanında məşq edən türk gənc də nəsə öyrənə bilər. Necə ki George Hacının yanında Əmrə Belözoğlu yetişdi. Ancaq indikilərin səviyyəsi o qədər də ürəkaçan deyil. Mənə elə gəlir, proses belə davam etməyəcək. Türkiyə Futbol Federasiyası gec-tez yığmaların mənafeyini nəzərə alıb, qaydalarda dəyişiklik edəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar