18 dek 21:44olke

“Qarabağ” sıradan çıxdı, hər kəsin iddiası artdı

“Qarabağ” sıradan çıxdı, hər kəsin iddiası artdı
Kubokun 1/4 final oyunları ilə mövsümün ilk yarısı başa çatdı. Bu mərhələdə həm gözlənilən nəticələr oldu, həm də sensasiyalar baş verdi. Öncə onu qeyd edək ki, birinci divizion təmsilçilərindən heç biri 1/8-dən “sağ çıxa bilməmişdi”. Belə deyək, ardıcıl 4-cü mövsüm 1/4 finalda aşağı dəstə təmsilçilərindən heç biri təmsil olunmadı. Elita iştirakçılarının yarımfinala çıxmaq uğrunda kəllə-kəlləyə gəldiyi qarşılaşmalar isə yetərincə maraqlı alındı.
İki cütdə proqnozlar doğrulsa da...
Yarımfinala kimlərin adını yazdıracağını ilk oyunlardan sonra proqnozlaşdırmaq elə də çətin deyildi. Lakin bunlardan ikisi özünü doğrultdu. Belə ki, “Qəbələ” ilə “Keşlə”nin 1/4-i uğurla dəf edəcəyi gözlənilirdi. “Qırmızı-qaralar” ilk dueldə “Səbail”i minimal hesabla (1:0) məğlub etmişdi. Roman Qriqorçukun yetirmələrinin səfərdə bu üstünlüyü əldən verəcəyi inandırıcı deyildi. Düzdü, “Səbail” ara-sıra rəqiblərinə başağrı olmağı bacarır. Ancaq həm ilk oyunun nəticəsi, həm də qüvvələr nisbəti “Qəbələ”ni aşkar irəli çıxarırdı. Doğrudu, “Bayıl Arena”dakı görüşdə meydan sahibləri erkən qolla bir qədər ümidləndi. Ancaq Qriqorçukun komandasının “status-kvo”nun bərpasını yubatmaması böyük ölçüdə cütün taleyini həll etdi. Hətta qonaqlar bu oyundan inamlı qələbə (4:2) ilə ayrılmağı da bacardı. “Keşlə” də ilk görüşdə önəmli üstünlük əldə etmişdi. “Kəpəz”i Bakıda 2 cavabsız qolla məğlub edən Ramiz Məmmədovun yetirmələri yarımfinalın “qapısını aralamışdı”. Paytaxt təmsilçisinin Gəncədəki görüşdə də hesabı açan tərəf olması suallara aydınlıq gətirdi. Baxmayaraq ki, “sarı-göylər” oyunun gedişində dönüş yaradaraq hesabı öz xeyrinə dəyişə bildi. Lakin 2:1-dən sonra da Yunis Hüseynovun komandasına 2 qol lazım idi və hazırkı durumunda “Kəpəz”in bunu bacaracağı reallıqdan uzaq görünürdü. “Keşlə” isə təkcə hesabda tarazlıq yaratmağı gecikdirmədi, həm də qərb səfərindən qələbə ilə dönməyi bacardı. Bu iki cütdə favoritlər üstün oldu.
...ikisi gözlənilməz oldu
Qalan iki cütdə isə favoritlər yarımfinaldan kənarda qaldı. Düzdü, “Neftçi” ötən il məhz bu mərhələdə “Zirə”ni yolundan kənarlaşdırmışdı. Lakin onda “ağ-qaralar” səfər oyununda 3 cavabsız qolla qalib gəlib, evdəki duelə rahat çıxmışdı. Bu dəfə isə ilk matçdan sonra üstünlük “qartallar”ın tərəfindəydi. Zirədə 1:0 hesabıyla qalib gələn Ayxan Abbasovun yetirmələri cavab oyununa üstün yollanmışdı. Bəlkə də elə bu arxayınlıq qəsəbə təmsilçisinə baha başa gəldi. İlk oyundakı üstünlüyü qorumaq fikri ilə meydana çıxan “qartallar” bunun acısını çəkdi. Həddən artıq istəkli olan “Neftçi” özü üçün ən arzuolunmaz rəqib sayılan “Zirə”ni ilk hissədə vurduğu 2 qolla məğlub etdi. Abbasovun komandasının 1 qol vurmaq çabaları isə fayda vermədi və “ağ-qaralar” inamlı qələbə ilə adını yarımfinala yazdırdı. Maraqlıdı ki, həm çempionat, həm də kubok oyunlarını nəzərə alsaq, “Neftçi” qəsəbə təmsilçisini ilk dəfə öz meydanında məğlub etdi. Bu mərhələnin ən sürpriz nəticəsi isə “Sumqayıt” - “Qarabağ” duelində qeydə alındı. Kubokda son 3 mövsümün qalibinin 1/4-də mübarizəni dayandırcağını çox az adam düşünərdi. Ən maraqlı məqamlardan biri isə “kimyaçılar”ın bunu baş məşqçi Samir Abasov olmadan bacarmasıdı. Abasov “Atletiko”nun düşərgəsində təcrübədə olduğundan komandanı meydana köməkçisi Seymur Rəhimov çıxarmışdı. İlk oyunda “Qarabağ” əzmkar qələbə (2:1) qazanmışdı və əksəriyyət “köhlən atlar”ı artıq yarımfinalda görürdü. Lakin sən saydığını say... Meydanda əsl əzmkarlıq nümayiş etdirən, “Qarabağ”a, demək olar, qol vəziyyəti yaratmağa imkan verməyən sumqayıtlılar son illərin məğlubedilməzini şoka saldı. Təbii, “Sumqayıt” mübarizə, rəqibdən çəkinməmək və istək nəticəsində buna nail oldu. Ancaq “Qarabağ”dakı problemlər göz qabağında idi. Bədavi Hüseynovun zədələnməsindən sonra onsuz da müdafiədə problemlər ara-sıra nəzərə çarpırdı. Digər tərəfdən komandanın kapitanı Rəşad Sadıqov da PRO kurslarının tələbinə görə ölkə xaricindədi. Üstəgəl, Dino Ndlovu, Riçard Almeyda kimi önəmli füqurlar zədə üzündən matçı buraxırdı. Lakin “Qarabağ”ın 1/4-də “ilişməsinin” səbəbi təkcə bunlar deyildi. Qurban Qurbanov özü də oyunsonrası mətbuat konfransında futbolçuların istirahət əhval-ruhiyyəsində olması fikrinə “yox” deyə bilməyəcəyini söylədi. Deməli, sadaladıqlarımızla yanaşı, bir qədər arxayınlıq, oyuna lazımınca köklənməmək nəticəni müəyyənləşdirdi. Maraqlıdı ki, bundan öncəki iki mövsümdə “Sumqayıt”ı bu mərhələdə məhz “Qarabağ” dayandırmışdı. 3-cü cəhddə isə “kimyaçılar” əvəz çıxmağı bacardı. Özü də Sumqayıtı təmsil edən komandanın yarımfinala vəsiqə qazanması düz 25 il öncə baş vermişdi. Həmin vaxt “İnşaatçı” finala qədər irəliləyə bilmişdi.
Kubokda mübarizə qızışdı
Əslində “Qarabağ”ın kubokla vidalaşması digər 4 komandanın iştahını artırdı. Axı, “köhlən atlar”ın mübarizəni davam etdirməsi “ikinci cəbhə”nin aşkar favoritinin olması demək idi. Ancaq indi “Qəbələ” ilə yanaşı, “Neftçi” və “Sumqayıt”ın da iddiaları var. Çünki ən qorxulu rəqib artıq sıradan çıxarılıb. “Keşlə” hazırkı durumuna görə bir addım geridə qalsa da, fasilədə çox şey dəyişə bilər. Klubun üzərindən transfer qadağası qalxacaq və heyətin gücləndirilməsi kubok mübarizəsinə birbaşa təsir edəcək. Odu ki, həm “Qəbələ” ilə “Neftçi”ni, həm də “Sumqayıt”la “Keşlə”ni yarımfinalda güzəştsiz, ölüm-qalım savaşı gözləyir. Kimin həlledici oyuna vəsiqə qazanmasından asılı olmayaraq, final haqda da eyni sözləri demək olar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar