18 dek 21:14olke

“Transfer pəncərəsi” yanvarın 1-də açılacaq

“Transfer pəncərəsi” yanvarın 1-də açılacaq
Futzal üzrə ölkə çempionatında qış fasiləsinə hələ 3 tur qalır. Bu həftə iki tur baş tutacaq. Belə ki, 12-ci tur ayın 19-na, 13-cü tur isə 22-nə salınıb. Dörd dövrədən ibarət yarış ayın 26-da yarılanacaq ki, 14-cü turdan sonra komandalar istirahətə buraxılacaq. “Transfer pəncərəsi” isə yanvarın 1-də açılacaq. İştirakçılar yeni ilin ilk günündən başlayaraq, 3-cü dövrənin startına kimi, başqa sözlə, ayyarım ərzində heyəti gücləndirmək imkanına malik olacaq. Belə ki, təşkilatçılar 3-cü dövrəni fevralın 15-dən sonra başlatmağı planlaşdırır. Millinin Avropa çempionatındakı çıxışı çempionatın təqviminə təsir göstərə bilər. Yanvarın 30-dan fevarlın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək yığmamızın yolu finala qədər uzansa, Futzal Federasiyası milli üzvlərinə istirahət vermək üçün yüksək liqanın bərpasını bir neçə gün uzada bilər.
***
U-17 ilk qələbəsini qazandı
Həftəsonu futzal üzrə birinci liqada 9-cu tura yekun vurulub. Bəribaşdan qeyd edək ki, yüksək liqada olduğu kimi, “birincilər”in yarışında da son turun oyunları “Olimpik Star”da baş tutub. Oyunlarda maraqlı nəticələr qeydə alınıb. Tur 17 yaşadək futzalçılardan ibarət millinin çempionatda ilk xal(lar)ını qazanması ilə əlamətdar olub. “Gilan”la qarşılaşan Fuad Rzayevin komandası ilk qələbə sayəsində turnir cədvəlində bir qədər irəliləyib. Lider “Green Log” və daha bir iddialı, liderin yaxın izləyicilərindən olan “Qarabağ” da turu 3 xalla qapayıb.
Turun ikinci oyun günündə 4 matç baş tutub ki, “Baku Fire” ilə ADBTİA hərəyə 3 qol vurub, 1 xalla kifayətləniblər. “İtaldizayn”la “Yeni Günəşli”nin görüşündə isə cəmi 1 qol vurulub və qələbəni birincilər bayram edib. “Hell Energy” isə “Standard”la dueldən qalib ayrılaraq ikinci pillədəki mövqeyini qoruyub. Üstəlik, əsas rəqiblərindən birini “zərərsizləşdirməyi” bacarıb. “Baku Fans” isə turda rəqib qapısına ən çox qol vuran iki komandadan biri olub. “Star” darmadağına məruz qalıb.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Romana – Green Log 4:9
Gilan – U-17 3:10
Yasamal-2 – Qarabağ 4:8
Baku Fire – ADBTİA 3:3
Standard – Hell Energy 0:4
İtaldizayn – Yeni Günəşli 1:0
Baku Fans – Star 9:2
Yeri gəlmişkən, bu gün birinci liqada əvvəlki turlardan təxirə salınan iki oyun keçiriləcək. “Olimpik Star”da əvvəlcə ADBTİA ilə “Yeni Günəşli”, ardınca “Baku Fire” “Star” ilə qarşılaşacaq. İlk oyun saat 20.00-da, ikinci 21.00-da start götürəcək.
1. Green Log 9 8 0 1 45-18 24
2. Hell Energy 9 7 1 1 70-11 22
3. Qarabağ 9 7 1 1 56-18 22
4. Standard 9 6 0 3 63-28 18
5. Baku Fans 9 6 0 3 46-24 18
6. İtaldizayn 9 5 1 3 41-19 16
7. ADBTİA 8 4 3 1 37-20 15
8. Baku Fire 8 4 2 2 43-25 14
9. Yeni Günəşli 7 4 0 3 28-12 12
10. Yasamal-2 9 3 0 6 37-43 9
11. U-17 8 1 0 7 20-44 3
12. Gilan 9 1 0 8 26-93 3
13. Star 8 0 0 8 16-78 0
14. Romana 9 0 0 9 13-106 0
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar