17 dek 15:15olke

"Qəbələ" "Səbail"i əvvəl sevindirdi, sonra ağlatdı

"Qəbələ" "Səbail"i əvvəl sevindirdi, sonra ağlatdı
Səbail – Qəbələ 2:4 (1:2)
Səbail: 1. Emil Balayev, 23. Ayron Stati (26. Kamal Qurbanov, 57), 99. Maudo Jarjue, 13. Murad Musayev, 3. Tamazi Tsetsxladze, 20. Eltun Yaqublu (k), 6. Murad Ağayev, 18. Adrian Popoviçi, 66. Pərviz Qaraxanov (11. Elman Taqayev, 69), 17. Vüqar Nadirov (98. Kamran Əliyev, 59), 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 14. Yamin Ağakərimzadə, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Voislav Stankoviç, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov (17. Roman Hüseynov, 78), 14. Cavid Hüseynov (k) (4. Elvin Camalov, 61), 28. Stiven Jozef-Monroz, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov (18. İlqar Qurbanov, 76), 45. Famussa Kone, 9. Baqali Dabo.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
Qollar: A.Popoviçi, 16 (1:0). F.Ozobiç, 22 (1:1). R.Qurbanov, 44 (1:2). F.Kone, 56 (1:3). B.Dabo, 75 (1:4). E.Taqayev, 78 (2:4).
Vərəqələr: R.Qurbanov, 24 (qeyri-idman hərəkəti). V.Nadirov 37 (qeyri-idman hərəkəti). F.Kone, 59 (qeyri-idman hərəkəti). U.Abbasov, 77 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev (hamısı Bakı).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Gəncə).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
15 dekabr. Bakı. Bayıl Arena. 250 tamaşaçı.
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
İlk oyun – 0:1.
İlk oyunda minimal hesabla qalib gəlməsinə baxmayaraq, "Qəbələ" sanki ona paytaxtda daha asan olacağını əvəlcədən düşünürmüş. Hər halda, Roman Qriqorçukun heyət seçimi belə deməyə əsas verir. Ukraynalı mütəxəssis meydana hücum planlı futbolçuları buraxmış, üçlü müdafiə taktikası seçmişdi. Yarımmüdafiəçilər arasında dağıdıcı xüsusiyyətli heç kim yox idi. Cavid, Asif, Filip, həmçinin cinahdakılar Ruslan və Jozef-Monroz, hücum cütlüyü Daboyla Konenin eyni vaxtda meydanda olması o deməkdi ki, müdafiədə boşluq çox olacaq. "Səbail" isə əksinə, beşli müdafiə ilə əks-hücumlara bel bağlayırdı. İnsafən, paytaxt təmsilçisində bu heç də pis alınmırdı. Bir neçə yarımçıq həmlədən sonra Samir Əliyevin komandası axır ki istəyini reallaşdırdı. 16-cı dəqiqədə müdafiədən irəli göndərilən topu irəlidə saxlayan Nurlan Popoviçini vaxtında gördü. Cərimə meydançasına soxulan rumın hücumçu "Səbail"i hesabda önə keçirdi. Ancaq meydan sahiblərinin sevinci cəmi 6 dəqiqə çəkdi. Ozobiç uzaqdan mükəmməl zərbə ilə əvvəlcə qapı tirini, ardınca toru silkələdi. Bu artıq oyunun əlavə vaxta qədər uzanmayacağı demək idi. "Səbail" fasiləyə kimi 1:1 hesabını qoruya bilsəydi, ikinci hissədə nəyəsə ümid etmək olardı. Ancaq 44-cü dəqiqədə Daboyla Ozobiçin əməyinin qarşılığını qolla verən Ruslan Qurbanov bütün ümidlərin üstündən xətt çəkdi.
Düzdü, itiriləsi heç nəyi qalmayan "Səbail" ikinci hissəyə fəal başladı. 48-ci dəqiqədə Popoviçinin 20 metrdən zərbəsi qüvvətli alınmasa da, az qala Bezotosnının ehtiyatsız davranışı qolla nəticələnəcəkdi. Top onun əllərinin arasından çıxıb dirəyi sürtərək kornerə çıxdı. İki dəqiqə sonra Cavid topu, demək olar, boş qapıdan çıxardı. Kapitan Nurlanı qabaqlayıb real qolu əngəllədi. "Qəbələ"nin 3-cü qolundan əvvəl isə fəallığı ilə seçilən Popoviçinin qapıya göndərdiyi topu Bezotosnı barmaqlarının ucuyla tirin üstündən aşıra bilmişdi. “Vurmayana vurarlar” prinsipi 56-cı dəqiqədə işə düşdü. Qismətin cinah ötürməsini Kone tora qovuşdurmaqla fərqi 2 topa çatdırdı. Sonuncu 65-ci dəqiqədə dubl edə bilərdi. Onun qapıya paralel vəziyyətdən asmasından sonra top tirdən meydana qayıtdı. Bu epizodda Emil Balayev də "çərçivə"ni itirmişdi. 75-ci dəqiqədə "Qəbələ" "Səbail"i növbəti dəfə meydanın mərkəzinə dəvət etdi. Bu dəfə Dabo adını tabloya yazdırdı. Buna baxmayaraq, matçda son nöqtəni də hesabı açan Samir Əliyevin komandası qoydu. Meydana sonradan çıxan Taqayev 78-ci dəqiqədə baxımlı qola imza atdı - 2:4. Ancaq bu heç nəyi dəyişmədi və "Qələbə" adını yarımfinala yazdıraraq, "Neftçi”yə rəqib oldu.
MİRAĞA

Maraqlıdı...
* "Qəbələ"li azarkeşlərin sayı 25-30 nəfər olsa da, "Red Black Army" fanklubunun üzvləri fəallığı ilə seçilirdi. Üst geyimlərini çıxarıb soyuq havaya meydan oxuyan azarkeşlər oyunboyu şüarlar səsləndirdi. 4:1-dən sonra "beş, beş" qışqıraraq komandalarından növbəti qolu istəsələr də, "Səbail"in fərqlənməsi onları bir anlıq susdurdu.
* Qriqorçuk 90 dəqiqə deyindi. Gah yetirmələrinə, gah da hakimə irad bildirən mütəxəssis hətta iki epizodda meydana da girdi.
* İkinci yarıda yan xətt hakimi Nahid Əliyevin "Qəbələ"nin ehtiyat oyunçular skamyasındakılardan biriylə dialoqu diqqəti çəkdi. Qonaqların hücumu zamanı laysman ofsayd bayrağını qaldırdı və əl işarəsi ilə "4-ü birdən" göstərdi. Davamında isə "yalançının..." deyən şəxsə "lap da" şəklində cavab qaytardı ki, bu da gülüşə səbəb oldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar