17 dek 15:07olke

“Sumqayıt” “Qarabağ”ı şoka saldı

“Sumqayıt” “Qarabağ”ı şoka saldı
Sumqayıt - Qarabağ (Ağdam) 2:0 (1:0)
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev (13. Bəhlul Mustafazadə, 72), 9. Amil Yunanov (97. Xəyal Nəcəfov, 90+2), 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov (10. Cavid İmamverdiyev, 75).
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Məşqçi: Seymur Rəhimov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev (91. Coşqun Diniyev, 71), 10. Pedro Enrike, 8. Miçel, 11. Mahir Mədətov (90. Ramil Şeydayev, 76), 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak (22. Əfran İsmayılov, 70), 77. Vild-Donald Gerye, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 49. İbrahim Əliyev, 88. Elşən Abdullayev.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: K.Mirzəyev, 22 (1:0). A.Yunanov, 90 (2:0).
Vərəqələr: B.Həsənalızadə, 51 (qeyri-idman hərəkəti). V-D.Gerye, 58 (qeyri-idman hərəkəti). Y.Jezniçak 63 (qeyri-idman hərəkəti). Miçel, 87 (hakimə etiraz). M.Cənnətov, 88 (oyunun bərpasını ləngitmək). A.Yunanov, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
15 dekabr. Sumqayıt. Kapital Bank Arena. 1326 tamaşaçı.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
İlk oyun - 1:2.
İlk oyunda "Qarabağ" əzmkar qələbə qazanmışdı. Elə cütün favoriti də məhz "köhlən atlar" göstərilirdi. Samir Abasov PRO kursunun tələbinə uyğun İspaniyaya təcrübəyə yollandığından, "Sumqayıt"ı meydana köməkçisi Seymur Rəhimov çıxarmışdı.
İlk 20 dəqiqədə qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. "Qarabağ" topa daha çox nəzarət etsə də, yerli azarkeşləri həyəcanlandıracaq hücum qura bilmirdi. "Sumqayıt"ın əks-hücumları isə daha yaddaqalan olurdu. Hesab açılana kimi Axundovun cərimə zərbəsi təhlükəli alınmışdı. 22-ci dəqiqədə isə Turalın başladığı hücumu Azər topu qapı önünə paralel ötürməklə davam etdirdi. Müdafiəçilər təhlükəni uzaqlaşdıra bilməyincə Kamal dəqiq zərbəylə "atəşkəsi pozdu". Qeyd edək ki, ilk oyunda da hesabı "kimyaçılar" açmışdı. Bundan sonra qonaqlar bir qədər təzyiqi artırdı. 34-cü Mehdi çıxışda səhvə yol verdi və Mahir başla topu boş qapıya ünvanladı. Ancaq Rail həlledici müdaxilə ilə "status-kvo"nun bərpa olunmasına imkan vermədi. Az sonra Mədətov yenidən diqqət mərkəzinə düşdü. O yenə də başla fərqlənməyə yaxın oldu. Bu dəfə tir Mahirin sevinməsinə mane oldu. Hissənin sonlarında isə Vüqar hesab arasındakı fərqi artıra bilərdi. Lakin Bəybalayev əla fürsəti qaçırmaqla sumqayıtlı azarkeşləri üzdü.
İkinci hissənin əvvəllərində də bir müddət qapılar qarşısında yaddaqalan vəziyyət görmədik. Bir saatın tamamında "Sumqayıt" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandı. Həmin epizodda qonaqlar Geryenin Axundova qarşı kobud oynamadığını, meydan sahibləri isə qayda pozuntusunun cərimə meydançasının daxilində olduğunu iddia edirdi. Ancaq kobudluq kənarda olmuşdu. Bəxtiyar isə ələ düşən imkanı dəyərləndirə bilmədi. Yeri gəlmişkən, "kimyaçılar"ın əks-hücumlarının yetərincə təhlükəli alındığını qeyd etməliyik. Oyunun axarı Qurbanovu heç cür razı salmadığından əvəzetmələrə əl atdı. Lakin dəyişikliklər də ciddi mənada fərq yaratmadı. Dəqiqələr ötdükcə "Qarabağ" kortəbii şəkildə irəli atılır, hücumlar kəsərsiz qurulur, Cənnətovu narahat edəcək zərbələrin, demək olar, şahidi olmurduq. "Köhlən atlar" hətta ÇL oyunlarında bundan daha çox qol vəziyyəti yaradırdı. 85-ci dəqiqədə "Sumqayıt" rəqibi yenidən meydanın mərkəzinə dəvət edə bilərdi. Ancaq Axundovun zərbəsi qüvvətli alınsa da, dəqiq deyildi. Bununla belə, "gənclik şəhəri" təmsilçisi daha bir qol vurmağı bacardı. 90-cı dəqiqədə İmamverdiyevdən topu qəbul edən Amil bir toxunuşla onu Qaranın ayaqları arasından keçirib qapıçı ilə duelə çıxdı. Dəqiq zərbəylə toru silkələyən Amil tribunaları coşdurdu. Qalan dəqiqələrdə "Qarabağ" 1 qol vurub, oyunu əlavə vaxta daşımaq istəsə də, bunu bacarmadı. Beləliklə, "Sumqayıt" əsl əzmkarlıq nümayiş etdirərək son illərin məğlubedilməzinə çevrilən "Qarabağ"ın yarımfinala yolunu kəsdi. Meydan sahiblərinin sevincini, tribunaların coşqusunu görməyə dəyərdi. Hər halda, onlar neçə illərdi heç bir komandanın bacarmadığını reallaşdırmışdı. "Kimyaçılar"ın yarımfinalda "Keşlə" ilə qarşılaşacağını da xatırladaq.
FARİZ

Maraqlıdı...
* Oyunu PFL-in prezidenti Ramin Musayev də canlı izləyirdi.
* 37-ci dəqiqə gursəsli sumqayıtlı azarkeşlərdən biri "Kamal, oyna, yatırsan" qışqırdı. Mirzəyevin isə "oynayıram da" cavabını verməsi gülüşlə müşayiət olundu.
* Coşqun meydana çıxarkən 4-cü hakim səhvə yol verdi. O tabloda yarımmüdafiəçinin nömrəsini "22" göstərdi.
* Amil Yunanov qol vurandan sonra yerli azarkeşlərdən ikisi tribunanın aşağısından meydana tullanaraq sevincini hücumçu ilə qeyd etdi. Təbii, mühafizəçilər dərhal fanatları kənara çıxardı. Yeri gəlmişkən, bu qolun ardından "Sumqayıt" azarkeşləri səs "bomba"sından istifadə etdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar