15 dek 22:45olke

Fəhminlə Rahil “Səbail”, Tərzinlə Məqsəd “Keşlə” yolunda

Fəhminlə Rahil “Səbail”, Tərzinlə Məqsəd “Keşlə” yolunda
Tərlan Əhmədovlu “Neftçi”nin qış planları məlumdu
Premyer-liqanın ardınca cari ildə kubok yarışlarına da fasilə verilməsi o deməkdi ki, klublar qış fasiləsinə yollanır və sonrakı planları qurmaq vaxtıdı. Artıq bir çox premyer-liqa təmsilçisi özləri üçün götür-qoy edib. Sadəcə, bəzi məsələlərə tam aydınlıq gəlməyib deyə, saytları “susur”. Mövsümə uğursuz başlayan, lakin Tərlan Əhmədovun gəlişindən sonra vəziyyəti xeyli yaxşılaşan “Neftçi”nin fasilə dönəmində ən çox diqqətçəkən klublardan olacağı sirr deyil. Heyətlə bağlı yeniliklər qaçılmazdı.
Üç legioner gedəcək...
İlk növbədə komandadan göndərilən futbolçuların məsələsinə baxılmalıdı. Daha dəqiq desək, baş məşqçinin ehtiyac duymadığı futbolçuların böyük əksəriyyətinin müqavilə müddəti davam edir deyə, klubun öz xoşu ilə qapını göstərməsi mümkünsüzdü. Bunun üçün hər iki tərəf qarşılıqlı razılığa gəlməlidi. Çexiya “Karvina”sından 1 illik icarəyə götürülən Pavel Dreksa ilə razılaşmanın müddəti bu ayın sonunda başa çatır. Odu ki, Əhmədovun şans vermədiyi müdafiəçi vətəninə qayıtmalı olacaq. Daniel Seqoviya ilə Mateo Mujek də adları “qara siyahı”da olan legionerlərdi. Artıq hər ikisinə özlərinə yeni iş yeri axtarmaq məsləhət görülüb. Əsas heyətə düşə bilməmələri özlərinə də xoş deyil. Üstəlik, fantastik məbləğdə maaş almırlar ki, iki ayaqlarını bir başmağa dirəyib getmək istəmədiklərini desinlər. Tərslik edib “Neftçi”də qalsalar belə, Tərlan Əhmədov komandada olduğu müddətdə şans qazanmayacaqlar. Ona görə də “ağ-qaralar”ı tərk etməkdə özləri də maraqlıdılar. Rəhbərlik hansı yolla olur-olsun, Elxan Abdullayevin cəlb etdiyi əcnəbilərlə yolları ayırmağa çalışacaq.
...onların yerinə üçü gələcək
Bu üç nəfərin gedişindən sonra onların əvəzinə başqa legionerlərin gətirilməsi planlaşdırılıb. Biri müdafiənin sol cinahına, biri müdafiənin mərkəzinə və ən vacibi, hücum xəttinə. Artıq bu yöndə çalışmalara başlanılıb. Hətta 10-a yaxın futbolçunun baş məşqçi ilə klub rəhbərliyinin gözdən keçirdiyi deyilir. Sadəcə, yekun qərar verilməyib. Qarşıdakı 7-10 gün ərzində bakılıların maraq dairəsinə düşən futbolçularla yekun danışıq aparılacaq.
Artıq indidən maraqlananlar var
“Ağ-qaralar”ı tərk edənlər arasında yerlilər də olacaq. Əslində bu haqda klub prezidenti Orxan Hüseynzadə Klublar Komitəsinin son iclasından sonra jurnalistlərə verdiyi müsahibədə danışmışdı. Fəhmin Muradbəyli, Məqsəd İsayev və Rahil Məmmədovun icarəyə veriləcəyi, Tərzin Cahangirovla isə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyi məlumdu. Adıçəkilən futbolçulara hansı klubların maraq göstərməsi haqda məlumatımız var. Vaxtilə Samir Əliyevin rəhbərliyi altında çıxış edən Fəhmin Muradbəylini artıq “Səbail”in üzvü saymaq olar. Əliyev cinah yarımmüdafiəçisini israrla sərəncamında görmək istəyir. Elə Fəhmin də getməkdə maraqlıdı. “Zirə” variantı da var, amma daha istəkli görünən “Səbail”di. Samir bəy yaxından tanıdığı Rahil Məmmədovun da “Səbail”də olmasında maraqlıdı. Bu iki futbolçu qış fasiləsində Bayıl təmsilçisinə icarəyə veriləcək. Məqsəd İsayevlə “Keşlə” yaxından maraqlanır. Heyətlə bağlı ciddi problemləri olan sabiq “bankirlər” müdafiənin gücləndirilməsində maraqlıdı. Elə Tərzinə göz qoyan da “Keşlə”di. Mirhüseyn Seyidovla Nizami Hacıyevin futboldan ömürlük uzaqlaşdırılmasından sonra orta sahədə boşluq yaranıb. Sadəcə, bir problem var. Tərzini komandada görmək istəyən indiki baş məşqçi Ramiz Məmmədovdu. Cahangirov illər əvvəl “Qəbələ”də məhz Məmmədovun rəhbərliyi altında oynayıb. Ramiz Məmmədovu Yuri Maksimov əvəzləsə, Tərzinin keçidi sual altına düşəcək.
Elnur Cəfərov transferə çıxarılacaq
U-21-in düşərgəsində olduğu vaxtda etdiyi hərəkətə görə əvəzedici komandaya göndərilən Elnur Cəfərovun məsələsi isə açıq qalıb. O gündən bu yana müalicəsini davam etdirən futbolçu, onsuz da, oynamaq iqtidarında deyil. Ən yaxşı halda təlim-məşq toplanışına qədər zədəsi tam sağalacaq. Tərlan Əhmədova lazım olmayacağını baş məşqçi məhz qəzetimizə açıqlamasında demişdi: “99 faiz “Neftçi”də qalmayacaq”. Əhmədov Cəfərovun davranış qaydalarından hədsiz narazıdı deyə, onunla yolların ayrılmasını istəyir. Yaxın günlərdə baş məşqçi rəhbərliyə təqdim edəcəyi hesabatda Elnurla bağlı qeydlərini göstərəcək. Ya transferə çıxarılıb birdəfəlik satılacaq, ya da hansısa kluba icarəyə veriləcək. Maraq üçün qeyd edək ki, “Kəpəz” yarımmüdafiəçinin keçidində hədsiz maraqlıdı. Vaxtilə Yunis Hüseynovun rəhbərliyi altında “Xəzər Lənkəran”da oynaması bir amildisə, digər məqam hazırda gəncəlilərin heyətində iki lənkəranlı – Kamran Abdullazadə ilə İlyas Səfərzadənin top qovmasıdı.
Ruslan Qurbanovla Cavid İmamverdiyev olmayacaq
Gedən yerlilərin əvəzinə yenilərin gətirilməsi mütləqdi. Bu mənada ağıla daha çox uzun illər ağ-qara formanı geyən Cavid İmamverdiyevlə Ruslan Qurbanovun adı gəlir. Hər ikisi azarkeşlərin sevimlisi olduğundan, fanatlar da bu keçidlərin reallaşmasını istəyir. Lakin hər şey göründüyü qədər asan deyil. İş burasındadı ki, Cavid “Sumqayıt”la müqavilə bağlayanda 20 min manat “podyomnı” alıb. Üstəgəl, futbolçuya yaydan bu yana aylıq maaş verilir. 2 illik anlaşmaya imza atması da bir başqa dərddi. Ona görə də İmamverdiyevin yanvarda “Neftçi”yə qayıtması çox çətin görünür. Elə Ruslan Qurbanovun da. “Qəbələ”də ümidləri gözlənilən qədər doğrultmayan milli üzvü yenidən “ağ-qaralar”a qoşulmaq istəyir. Hətta təxminən bir ay əvvəl “feysbuk”da “Neftçi”nin formasındakı şəklini paylaşmaqla buna işarə vurmuşdu. Di gəl ki, bu iş də alınana oxşamır. Dərd burasındadı ki, Ruslan “Neftçi”ni tərk edəndə qapını o dərəcədə pis çırpıb ki, yenidən içəri daxil olması üçün açarı tapa bilmir. Rəhbərliklə mübahisədə geridönüş üçün əlyeri qoymadığından, klub başbilənləri Qurbanov soyadını ağlının ucundan belə keçirmir.
Yanvarın 5-i Bakıda, 17-si Antalyada
Bir başqa məsələ “Neftçi”nin qış hazırlıq planıdı. İşlərə böyük ölçüdə nöqtə qoyulub. Deməli, dünən baş tutan “Neftçi” – “Zirə” matçından sonra komanda üzvləri üçhəftəlik istirahətə buraxılıb. Bir də yanvarın 5-6-da yığışacaqlar. Bakıda baş tutacaq ilk mərhələdə ilk iki gün tibbi baxışa sərf olunacaq. Ayın 7-dən 15-nə qədər planlaşdırılan toplanışda isə əsas diqqət fiziki hazırlığın yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə, dəqiq desək, yanvarın 12-də paytaxtda bir yoldaşlıq görüşü keçiriləcək. Rəqibin birinci divizion təmsilçisi olacağı gözlənilir. Yanvarın 16-da istirahət edəcək futbolçular və məşqçilər heyəti ertəsi Antalyaya, Bələk bölgəsinə yola düşəcək. Ayın 31-də isə ikihəftəlik Antalya toplanışı başa vurulacaq və komanda Bakıya qayıdacaq. Üçgünlük istirahətdən sonra 15-ci tur çərçivəsində baş tutacaq “Kəpəz”lə oyunun hazırlıqları davam etdiriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar