15 dek 22:40olke

Ayxan Abbasov Manqanın gedəcəyini təsdiqlədi

Ayxan Abbasov Manqanın gedəcəyini təsdiqlədi
Tərlan Əhmədov: "Nizamini artıq gündəmdən çıxarmışıq"
"Neftçi” - "Zirə" oyunundan sonra mətbuat konfransı keçirilən zala ilk olaraq meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov daxil oldu. O əvvəlcə matçla bağlı ümumi fikirlərini bildirdi:
- Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdu. İlk hissədə daha maraqlı oynadıq. Ancaq ikinci yarıda rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm.
- Erreraya oyun zamanı narazılığınız oldu. Onu buna görə əvəzlədiz?
- İqnasionun artıq gücü tükənmişdi. Bu oyunun aqressivliyi hiss olunurdu. “Neftçi” son illərdə “Zirə”yə qalib gələ bilmirdi. Errera son dəqiqələrdə yorulmuşdu.
- Qış hazırlıq planı bəllidi?
- Bəli, hazırdı. Ayın 5-dən hazırlığa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdı.
- Namiq Ələsgərovun oyunundan razı qaldız?
- Elə futbolçular var ki, potensialından çox aşağı oynayır. Onlardan biri də Namiqdi. Mən hələ də onun potensialını aça bilmirəm. Bura “Neftçi”di. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidi, rəqabət olmalıdı. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdu.
- Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Ancaq onun bağışlanmaq ehtimalı var. Bağışlansa, onun komandaya transferi nə dərəcədə mümkündü?
- Apellyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Klubun rəhbərliyi var. Müzakirə olunmalıdı. “Neftçi” tarixi olan komandadı. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.
- Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...
- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harda olmasını menecerindən soruşun.
- Mirabdulla Abbasovun oyunu haqda nə deyə bilərsiz?
- Onun potensialı çoxdu. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin ən pis xüsusiyyəti tənbəlliyidi. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədi ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.
- Qarşılaşmanı millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsüz?
- Hələ ki görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşüb fikir mübadiləsi apara bilərik.
- Namiq Ələsgərov qışda komandadan ayrılacaq?
- Xeyr, onun ayrılması gündəmdə deyil.
Daha sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı start götürdü. O da həmkarı kimi öncə oyunla bağlı düşüncələrini dilə gətirdi:
- Belə oyundan sonra danışmaq çətindi. Bizim üçün 2 "cəbhə"də vuruşmaq ağırdı. İki oyunçumuz - Sadiq Quliyev və Aleksandr Şemonayev yox idi. Ümumi götürsək, qışaqədərki çıxışımız normaldı. Kubokda yarımfinala çıxmasaq da, uşaqları təbrik etdim. Bizi qarşıda 2 dövrə gözləyir, ona hazırlaşmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqların üzərində işləyəcəyik.
- Elə futbolçularınız var ki, bu cür təzyiqdə oynaya bilmirlər...
- Doğrudan da, təzyiq var idi. “Neftçi”nin var gücü ilə hücum edəcəyini bilirdik. Birinci hissədə etdiyimiz səhvləri gələcəkdə buraxmamalıyıq. Heyətdə bəzi futbolçuların alternativi yoxdu. Zədəlilər sağalandan sonra komandada daha güclü rəqabət olacaq. Bu oyun da bizim üçün təcrübə idi.
- David Manqanın “Zirə”dən ayrılacağı haqda xəbərlər yayılsa da, bu gün ona şans verdiz, lakin fasilədə əvəzlədiz. Bu nə ilə bağlı idi?
- Manqa legionerlərimizin arasında ən saf insandı. Onunla yollarımızı ayırırıq. Manqa bizə kömək etməyi çox istəyirdi. Çempionatın əvvəlindən özünü yaxşı hiss etmirdi, nəsə onda alınmırdı. İnanmırdım ki, bu gün nədənsə çəkinsin. Taktiki gedişimiz var idi, buna görə Manqanı meydana buraxdım. 0:2 hesabı ilə geridə olanda isə Vüsal İsgəndərliyə şans verdim. Ümumiyyətlə, Manqadan narazı olmasam da, onda Azərbaycanda alınmadı.
- Hakimliklə bağlı nə deyə bilərsiz?
- Hakim səhv etsə belə, futbolçular səbrli olmalıdılar. Yan xətt hakimləri göz görə-görə autu səhv verirdilər. İlin sonunda belə gərgin olmaq bizim üçün də xoş deyil. Amma mübarizədə gərginlik də normaldı.
- Heyəti gücləndirməsəz, növbəti dövrələrdə sizə çətin olmayacaq?
- Çalışacağıq ki, komandaya 1 legioner dəvət edək. Amma qışda əcnəbi futbolçu tapmaq çətindi. Bilirik ki, digər komandalar güclənəcək. Lakin zədəlilərimiz sağalandan sonra bizdə də problem olmayacaq.
- İkinci hissədəki oyunu qol buraxana qədər oynasaydız, nəticə xeyrinizə ola bilərdi?
- Azərbaycanda dəb alıb ki, biri deyir, hücum futbolu oynayıram, digəri başqa söz deyir. Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi. Qalan şeylər normal idi. “Neftçi” qapımızın önünə gələ bilmirdi, rəqibi əks-hücumlarda tuta bilərdik. İki imkanımız oldu, dəyərləndirməyi bacarmadıq. Amma rəqib böyük qüvvə ilə üstünə gələndə, geriyə çəkilməyə məcbur olursan. Mənim futbola baxışım belədi. Düz yoldayıq, gələcəkdə bu işləri daha kəsərli etməliyik.
- Hansı mövqeyə legioner gətirmək fikrindəsiz?
- İrəli xəttə əcnəbi futbolçu transfer etməyi düşünürük.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar