15 dek 22:37olke

Kubokda “Neftçi”, çempionatda “Zirə”

Kubokda “Neftçi”, çempionatda “Zirə”
Neftçi (Bakı) – Zirə 2:0 (2:0)
Neftçi: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Errera (19. Fəhmin Muradbəyli, 83), 9. Hüqo Barqas, 17. Rəhman Hacıyev (27. Məqsəd İsayev, 90+4), 22. Mirabdulla Abbasov (7. Namiq Ələsgərov, 86).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 16. Pavel Dreksa, 20. Elnur Süleymanov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov.
Baş məşqçi: Tərlan Əhmədov.
Zirə: 85. Kamal Bayramov, 28. Təmkin Xəlilzadə, 11. Viktor İbokoyi, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 7. Sadio Tounkara (99. Nicat Qurbanov, 80), 9. David Manqa (17. Vüsal İsgəndərov, 46), 38. İlkin Muradov (87. Müşfiq İlyasov, 70), 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Orxan Əliyev, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov.
Baş məşqçi: Ayxan Abbasov.
Qollar: H.Barqas, 36 (1:0). M.Abbasov, 45+1 (2:0).
Vərəqələr: R.Abışov, 17 (qeyri-idman hərəkəti). M.Duriç, 69 (qeyri-idman hərəkəti). S.Tounkara, 78 (hakimin qərarına etiraz). V.Mustafayev, 85 (qeyri-idman hərəkəti). K.Bayramov, 90+3 (qeyri-idman hərəkəti) – sarı. Y.Krneta, 90+4 (hakimi təhqir etmək) – qırmızı.
Hakimlər: FARİZ YUSİFOV, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
15 dekabr. Bakı. Bakcell Arena. 2000 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.
Zirədə keçirilən ilk matçda meydan sahiblərinin qələbəyə sevinməsi budəfəki qonaqların işini asanlaşdırmışdı. Belə deyək, qol vurmaq baxımından ciddi məsuliyyət yox idi. Yarımfinala adlamaq üçün, sadəcə, qapının toxunulmazlığını qorumaq kifayət edirdi. Əvəzində “ağ-qaralar” minimum 1 qol vurmalıydı.
İlk 15 dəqiqədə hər iki komandanın ehtiyatlı oyuna üstünlük verməsi gözlənilən idi. Əks-hücumlara bel bağlayan “Zirə”dən fərqli, “Neftçi”lilər topa daha çox sahib olsalar da, böyük qüvvə ilə irəli atılmaq qorxusu təhlükəli vəziyyət yaratmaqlarına imkan vermirdi. Odu ki, meydan sahibləri əsasən cinah hücumlarına bel bağlayıb, Mirabdulla ilə Barqasın cərimə meydançası daxilindəki bacarığına bel bağlayırdı. Bu tapşırıq heç də özünü doğrultmurdu. Düzdü, məcburiyyətdən müdafiənin mərkəzində şans qazanan İbokoyinin müəyyən səhvləri diqqəti çəkirdi. Lakin Kamalı məyus etmək mümkünsüzə çevrilmişdi. 22-ci dəqiqədə Fariz Yusifov “Neftçi” azarkeşlərini başını tutmağa məcbur etdi. Rəhman Hacıyev rəqib müdafiəçi ilə mübarizədə yerdə qalsa da, hakimin qərarı penalti yox, “davam” oldu. 10 dəqiqə sonra qonaqlar qola yaxın oldu. Manqanın ötürməsindən sonra Qadze topu qəbul etsəydi, çox güman, hesab açılacaqdı. Riçardın bacarmadığını Barqas etdi. Eminin bir hərəkətlə rəqibini yerə sərib qapı qarşısına ötürdüyü topu argentinalı hücumçu tora qovuşdurmaqda çətinlik çəkmədi. Qoldan sonra zirəlilərin hücuma daha çox diqqət ayıracağı gözlənilsə də, əsas tapşırıq qapıda növbəti qolu görməmək idi. Top saxlamaq bacarığı yaxşı olan “Neftçi”yə qarşı belə oyun sərgiləmək isə olduqca təhlükəlidi. Növbəti qolun axtarışları ilk hissənin sonuncu saniyələrində bəhrə verdi. Azarkeşlər fərqli ifaçıların ifasında ilk qolun bənzərinə tamaşa etdi. Bu dəfə ötürməni verən Errera, qolu vuran isə Mirabdulla oldu. Halbuki komandalar fasiləyə yollananda tablodakı “1-lər” bərabər ola bilərdi. 40-cı dəqiqədə Antondan sıyrılan Qadzenin zərbəsində cüzi dəqiqlik çatsaydı.
Ayxan Abbasovun ilk hissədən narazı qalması gözlənilən idi. Odu ki, “Zirə” ikinci yarıya əvəzetmə ilə başladı. Abbasov Manqanın əvəzinə Vüsal İsgəndərliyə şans verdi. Nəticənin gətirdiyi arxayınlıqdan, ya başqa nədən idisə, fasilədən sonra “Neftçi”lilər top itkisi ilə yadda qalırdı. Tərlan Əhmədovun üzünü Rəşad Sadiqova tutub, “nə oldu” sualını verməsi də buna görəydi. Zirəlilər rəqibin çaşqınlığından istifadə edib 53-cü dəqiqədə istəyinə çata bilərdi. Duriçin uzaqdan həmişə görməyə alışdığımız zərbəsi cüzi fərqlə qapının yanından keçdi. 57-ci dəqiqədə 3-cü qola sevinən fanatlarını Elman Musayevin bayrağı susdurdu. Barqasın başla ötürməsindən sonra topu qapıdan keçirən Errera oyundankənar vəziyyətdə idi. İrəliləyən dəqiqələrdə oyunun tempinin aşağı düşməsinin səbəbini dərk etmək çətin deyildi. Cari ilin son matçı olması meydandakı futbolçuların hər birində özünü göstərirdi. Belə deyək, yorğunluq açıq-aşkar sezilirdi. Təxminən 20 dəqiqə sürən səssizliyi Krneta pozdu. Serbiyalı müdafiəçi qapı qarşısına havalandırılan topa başla zərbvə endirsə də, cəhdi istədiyi kimi alınmadı. Cəmi 30 saniyə sonra “Neftçi”dən cavab gəldi. Bu dəfə Mirabdulla Erreranın asmasını başla qapadı ki, top qapının üstündən keçdi. Oyunun sonlarına yaxın qol vurmaq üçün irəli atılan qonaqlar çox çalışsalar da, topu rəqib qapısından keçirmək mümkün olmadı.
Nəticədə “ağ-qaralar” çempionatda heç cür məğlub edə bilmədiyi rəqibinin kubokun yaımfinalına yüksəlməsinə imkan vermədi.

Gözdən qaçmadı...
*13-cü dəqiqədə Ruslan Abışovla mübarizədən sonra yerdə qalan Riçard Qadze “Neftçi“lilərin sərt təpkisi ilə üzləşincə, öncə Derlislə, daha sonra Rəşad Sadiqovla mübahisəyə girişdi. Yaxındakılar qanalı hücumçunu sakitləşdirə bilmidilər deyə, kapitan Kamal Bayramov meydanın mərkəzinə qədər gəlib komanda yoldaşını geri çəkilməyə məcbur etdi.
* Mirabdulla fərqlənəndən sonra qolu öncə meydandakı komanda yoldaşları, daha sonra ehtiyatda qalan futbolçularla bayram etdi. Hakimin ilk hissənin başa çatdığını bildirən fitindən sonra isə Erreraya yaxınlaşıb, qol ötürməsinə görə təşəkkürünü bildirdi.
* İlk hissənin tamamında futbolçular paltardəyişmə otağının yolunu tutarkən iki rəqib futbolçu – Vüqar Mustafayevlə Rəşad Əzizli hansısa söhbəti “xırdalayırdılar”.
* Fasilədə son vaxtların məşhur “Despasito” mahnısı soyuqdan üşüyən azarkeşlərin canını isitdi. Ən maraqlısı nəqarət vaxtı səsgücləndiricilərin səsinin alınması, azarkeşlərin bir ağızdan “despasito” deməsiydi.
* İkinci hissənin ortalarında maraqlı səhnəyə tamaşa etdik. Duriçin Derlislə kəllə-kəlləyə gəldiyini görən Yusifov əsəbləri soyutmaq üçün hər iki futbolçunu yanına çağırdı. “Neftçi”li hakimə yaxınlaşsa da, Milan gəlmədi. Hakimin üç dəfə səsləndirdiyi fitə “Zirə”li məhəl qoymayınca, təcrübəli referinin verdiyi cəza “sarı” oldu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Bu gün, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Bu gün, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Bu gün, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Bu gün, 18:18 Malta ayağımızın altını qazdı Bu gün, 18:15 Haşımov Bebeki bəyənib Bu gün, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Bu gün, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Bu gün, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Bu gün, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Bu gün, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 18:04 Həftənin idman proqramı Bu gün, 18:03 Xal itirməyən iki komanda qaldı Bu gün, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Bu gün, 18:00 Yaxşı ki “Səbail” var… Bu gün, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Bu gün, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Bu gün, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Bu gün, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Bu gün, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar