15 dek 22:18olke

Zaur Axundov baş məşqçi ilə bağlı suala ikibaşlı cavab verdi

Zaur Axundov baş məşqçi ilə bağlı suala ikibaşlı cavab verdi
“Nəinki “Qarabağ”dan, heç bir rəqibdən çəkinmirik”
“Keşlə”nin “Kəpəz”i məğlub edərək ölkə kubokunun yarımfinalına adlaması Zaur Axundovun da əhvalını yüksəltmişdi. Məlum olaylar səbəbindən mətbuatdan yan qaçan Zaur bəy dünən Gəncədə baş tutan matçdan sonra suallarımızı məmnuniyyətlə cavabladı.
- Öncə oyunla bağlı fikirlərinizi bildirərdiz. Bu gün Ramiz Məmmədovun şans verdiyi gənclərin çıxışından razı qaldız?
- Təbii ki, müəyyən çatışmazlıqlar hiss olunurdu. Gənclərin istədiyimiz oyunu nümayiş etdirməsi üçün zamana ehtiyac var. Ancaq qələbə qələbədi. Bu münasibətlə həm baş məşqçini, həm də futbolçuları təbrik edirəm. Açığı, qış fasiləsində həllini gözləyən bir çox problemlər var. Çalışacağıq fasilədə bu çatışmazlıqları aradan qaldıraq.
- Komandanın kubokun yarımfinalına vəsiqə qazanması Ramiz Məmmədovun taleyinə necə təsir göstərəcək? Yayılan söz-söhbətə görə, artıq ukraynalı məşqçi ilə ortaq məxrəcə gəlmisiz...
- Yaxın 2-3 gün ərzində bu məsələ İdarə Heyəti tərəfindən müzakirə olunacaq. Ondan sonra konkret qərar veriləcək. Bir qədər səbrli olun, gələn həftənin ilk günlərində bütün suallara aydınlıq gələcək.
- 2018-ci ilin əvvəlində UEFA tərəfindən “Keşlə”yə tətbiq olunan transfer qadağası aradan qalxacaq. Yəqin ki, bunu nəzərə alaraq, artıq indidən transfer çalışmalarına diqqət ayırırsız.
- Düz qeyd etdiz ki, uzun müddətdən sonra “Keşlə” başqa klublarımız kimi heyətini gücləndirmək şansı qazanacaq. Artıq bəzi futbolçularla danışıqlara başlamışıq. Onların arasında əcnəbilər də var, yerlilər də. Kubokun yarımfinalına vəsiqə qazanmağımıza baxmayaraq, “Keşlə”nin heyətinə əl gəzdirilməlidi. Bunsuz irəli getmək mümkün olmayacaq. Hətta deyərdim ki, kollektivdə ciddi islahatlar aparılacaq.
- Qış fasiləsində “Keşlə”də dəyişikliklər necə faiz təşkil edəcək?
- Deyərdim ki, heyətin 30 faizi dəyişəcək. Ancaq əsas dəyişikliklər yayda olacaq.
- Kubokun yarımfinalına vəsiqə qazanmaqla avrokubok şansınızı da artırmış olduz. Bu imkandan necə yararlanmağı düşünürsüz?
- Əlbəttə ki, biz də bunu nəzərə alırıq. Fasilədə komanda elə hazırlıq keçməlidi ki, yaxaladığımız bu gözəl şansı əldən verməyək.
- Gəlin razılaşaq ki, bu gün üçün kuboka ən real namizəd “Qarabağ”dı. Bu sizi narahat etmir?
- Biz heç nədən çəkinmirik. İmkan varsa, yararlanmalıyıq. Bilirsiz ki, uzun illərdi idman sahəsindəyəm və daim ambisiyalı insan olmuşam. Odu ki, nəinki “Qarabağ”dan, heç bir rəqibdən çəkinmirik. Çalışacağıq neqativ halları aradan götürüb yolumuza davam edək.
- Qeyd etdiz ki, baş məşqçi ilə bağlı məsələyə İdarə Heyətinin toplantısından sonra aydınlıq gələcək. Bəs şəxsən siz Ramiz Məmmədovun işindən razı qaldız?
- Ramiz müəllim çox peşəkar mütəxəssisdi. Ona böyük hörmətim var və aramızda artıq neçə illərə söykənən münasibət var. İnsan kimi çox mükəmməldi. Çox istəyərik ki, o daim bizimlə yanaşı klubda olsun. Ancaq biz onu “sükan arxasına” dəvət edəndə aramızda söhbət olmuşdu. Ondan xahiş etmişdik ki, 4 çempionat və kubok görüşlərində yardım etsin. Yenə deyirəm, gəlin bir qədər səbrli olaq. İnşallah, növbəti həftə baş məşqçi məsələsinə aydınlıq gələcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar