14 dek 17:46olke

“Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir

“Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir
Fariz Nəcəfov: “Ölkə çempionatı tək “Qarabağ”dan ibarət deyil”
Klublar Komitəsinin dünənki toplantısından sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov media nümayəndələrinin əhatəsinə düşdü. O komanda ilə bağlı suallara aydınlıq gətirdi, limit məsələsinə bir daha toxundu.
- Çempionatın ilk yarısı başa çatdı. Komandanın çıxışı sizi qane etdi?
- Daha yaxşı ola bilərdi. Komandanın çıxışından razıyıq, bəzi oyunları çıxmaq şərti ilə. Xüsusilə də ikinci dövrədə daha yaxşı çıxış etdik. Komanda öz oyununu tapıb. Ümid edirəm ki, qarşıdakı 2 dövrədə də yaxşı nəticəyə imza atıb, çempionluq şansını sona qədər davam etdirəcəyik.
- “Qarabağ” nə qədər güclü olsa belə?
- Əlbəttə. Futbol elə idman növüdü ki, gözlənilməz nəticələr çox olur. Ancaq “Qəbələ” çempion olsa, bunu gözlənilməz hal kimi qəbul etmək doğru deyil. Çünki biz bunun üçün çalışırıq. Əsas rəqibimiz “Qarabağ” nə qədər güclü olsa da, bizim də üstün tərəflərimiz var.
- Qış fasiləsi ilə bağlı planlar necədi? Mətbuatı bu məqamda transfer çalışmaları daha çox maraqlandırır. Hansı dəyişikliklər, yeniliklər gözlənilir?
- Məşqçi ilə söhbətimiz olmayıb, amma kubok oyunundan sonra da görüşəcəyik. Onu deyə bilərəm ki, komandada ciddi dəyişiklik gözlənilmir. Hər kəsin müqavilə müddəti davam edir. Həmişə demişəm ki, komanda mövsümün sonunda Avroliqa üçün tam hazır olmalıdı. Beynəlxalq arenada yaxşı çıxış etmək üçün bu vacibdi. Ancaq premyer-liqanın limit məsələsi uyğun gəlmir, çünki legioner oyunçularımızı çox saxlaya bilmirik. Güclü yerli futbolçular da çox azdı. Limit dəyişdirilsə, yaxşı olar. Bu, avrokuboklarda yaxşı çıxış etməyimizə kömək edər. Bizdə bəzi legionerlər var ki, heyətə düşə bilmirlər.
- Ehtiyatda qalan legionerlərlə bağlı planınız necədi?
- Həmin futbolçuları böyük ümidlə transfer etmişdik. Ancaq heyətə düşə bilmirlər, oyun təcrübələri yoxdu, üstəlik, özləri də narazıdı. Narazılıqlarını haqlı sayıram. Çünki bura oynamaq üçün gəliblər. Amma limitə görə ehtiyatda qalırlar. Baş məşqçini də qınamıram. Onun razı qaldığı heyət var və başqalarını əlavə edə bilmir. Məcburdu ki, kimsə ehtiyatda qalsın. Bu isə artıq problem deməkdi.
- Bəlkə yerli futbolçulara üstünlük verəsiz? “Qarabağ”da ehtiyatda qalan belə oyunçular çoxdu…
- Onların klubu ilə müqaviləsi var. Bizdə isə başqa yerli, keyfiyyətli futbolçular yoxdu. Akademiyadan gələn yeni nəsil futbolçularımız var. Onların gələcəkdə əsas fiqurlardan olacağını əminliklə vurğulaya bilərəm. Lakin buna müəyyən zaman lazımdı ki, tam püxtələşsinlər. Buna qədər limit dəyişdirilməli, azaldılmalıdı. Demirəm, tam götürülsün. Avrokuboklarda uğur qazanmaq istəyən komandaları zəiflətmək olmaz.
- Legionerlərin sayı artırılmalıdı?
- Bu qaçılmazdı.
- Yəqin limitlə bağlı AFFA və PFL rəhbərliyi ilə söhbətiniz olub. Qarşı tərəfin buna münasibəti necədi? Limitin dəyişdiriləcəyinə ümid yeri var?
- Açığı, görünmür.
- Bəs hansısa dəlil ortaya qoyurlar? Ramin Musayev nə deyir?
- Ramin Musayev limitin dəyişdirilməsinin tərəfdarıdı. Amma bu Musayevin həll edəcəyi məsələ deyil. İcraiyyə Komitəsinin qərarı olmalıdı. Bu məsələni də gündəmə gətirən yalnız bizim klubdu, başqa klublardan dəstək gəlmir. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Bu limitin yeni futbolçu nəslinin yetişməsinə heç bir xeyri olmadı. Artıq neçə ildi limit tətbiq olunur. Kimsə deyə bilməz ki, hansısa futbolçu limitə görə inkişaf edib milliyə düşdü. Ortaya sübut qoymaq lazımdı. Amma belə futbolçu yoxdu. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçular olsa, bu söhbəti açmazdım. Deyərdim ki, avrokuboklarda özümüzkülər oynasın, təcrübə qazansın. Ancaq belələri yoxdu.
- Endi Hallidey və Deyv Bultuis kimi oyunçuları icarəyə vermək istəmirsiz? Onların daim ehtiyatda oturmasının kluba bir xeyri yoxdu.
- Deyirəm ki, avrokuboklarda yaxşı oynamaq üçün bizə hələ əlavə olaraq 1-2 belə futbolçu lazımdı. Bu da limitə gətirib çıxarır. Məqsədimiz ancaq avrokuboklarda yaxşı çıxış etməkdi və təklifimiz də bunun üçündü. Başqa nə məqsədimiz ola bilər? Ölkəmizi təmsil etməyin yeganə yolu Avroliqada uğurlu çıxış etməkdi. Bunun üçün klublara dəstək olmaq lazımdı. “Qarabağ”da keyfiyyətli yerli futbolçular cəmləşib, onların bizim kimi problemləri yoxdu. Ancaq ölkə çempionatı tək “Qarabağ”dan ibarət deyil. Başqa komandaları da düşünmək lazımdı. “Neftçi”, “Zirə” və ya “Kəpəz” olsun, onlar üçün də bu lazımdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar